Bazar günü, 2024-12-22, 3:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

HARAM MAL
2012-11-28, 3:51 AM
HARAM MAL
Həzrət Peyğəmbər (s) buyurur: «Allah-təala buyurmuşdur: «Malı haradan qazanmağına etina etməyən şəxsi qiyamətdə hansı qapıdan oda daxil edəcəyimə etina etməyəcəyəm»;("Bihar" c.103, səh.11) «Qeyri-halal yolla qazanc əldə edən şəxsin qazandıqları onun cəhənnəm azuqəsi olacaq».
Zəkatı, xümsü və digər şəri hüquqları ödənilməyən var-dövlət harama qarışmış halaldır. Ondan istifadə etməyə icazə yoxdur. Ailəyə haram və ya harama qarışmış mal yedirtmək böyük bir günahdır.
Əli (ə) buyurur: «Ən pis sərvət Allahın haqqı (xüms, zəkat) ödənilməyən (çıxarılmayan) maldır».("Mizanül-hikmə" c.9, səh.308)
İmam Baqir(ə) buyurur: «Allah qiyamət günü bəzilərini qəbirlərindən çıxarıb məhşərə gətirəcək. Mələklər onları məzəmmət edərək deyəcəklər: «Bunlar həmin şəxslərdir ki, Allah bunlara var-dövlət bəxş etmişdi, lakin öz mallarından haqqı olanlara verməmişdilər».("Bihar" c.7, səh.197)
İmam Həsən (ə) buyurur: «Malı islah etmək mərdlik nişanəsidir».("Bihar" c.103, səh.6)
Əziz qardaşlar! Ailələrinin tərbiyəsinə, maddi xərclərinə görə məsuliyyət daşıyanlar! Sabah ailə quracaq şəxslər! Siz ailənizə onların vacib haqlarını borclusunuz. Hansı ki, İslam fiqhində «nəfəqə» adı altında araşdırılmışdır. Onlar sizin işinizə, kəsbinizə, ticarətinizə məsul deyildirlər. Qiyamət günü sizin iş vəziyyətinizdən xəbərdar olmadıqları halda, bu haramı öhdələrinə götürməyəcəklər. Haram kəsbin cəhənnəmi də haram qazananındır. Onu qazanan iki əzaba ‒ bir əzaba haram mal qazandığı, digər əzaba isə digərlərinə haram yedirdiyi üçün ‒ düçar olacaq. Öz gəlirinizə diqqət yetirin. Allahın halalı ilə kifayətlənin, haramdan uzaq durun. Qazancınızdan vacib hüquqları çıxarın ki, dünya və axirətiniz abadlaşsın.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 481 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]