Cümə axşamı, 2024-04-25, 7:21 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

HƏZRƏT SƏCCADIN (Ə) «BƏNZƏRLİK» HAQQINDA NƏZƏRİ
2012-12-11, 7:37 AM
HƏZRƏT SƏCCADIN (Ə) «BƏNZƏRLİK» HAQQINDA NƏZƏRİ
Həzrət imam Baqir (ə) buyurur: «Atam Zeynəl-Abidin (ə) həcc miqatlarından birində bir xanımla rastlaşdı. Onun əxlaqı atamı özünə cəlb etdi. Həzrət (ə) onun ailəli olub-olmadığını soruşduqda, «Ailəli deyil»-deyə cavab verdilər. Atam qadının əsil-nəsəbi haqqında axtarış aparmadan ona elçilik etdi. Sonunda, bu elçilik izdivacla nəticələndi.
Ənsardan olan bir kişi bu məsələdən xəbərdar oldu. Bu evlilik, bu sadəlikdə izdivac ona çox ağır gəldi. «Mümkündür, o qadın əsilsiz-nəsəbsiz və nəticədə, İmamın (ə) məzəmmətinə səbəb olsun»-deyə düşündü. Bir müddət axtarış apardı. Məlum oldu ki, o qadın Şeyban tayfasındandır. İmamın (ə) yanına gəldi. Məsələni İmam (ə) danışıb, «Şükür Allaha, sizin həyat yoldaşınız tanınmış və möhtərəm bir ailədəndir»-deyə ərz etdi. İmam (ə) ona buyurdu: «Mən sizin bu işlərə diqqət yetirmək səviyyəsindən daha ağıllı olduğunuzu düşünürdüm. Məgər bilmirsənmi ki, uca Allah İslamın bərəkəti ilə bütün səviyyəsizlikləri aradan qaldırımış və qüsurların yerini doldurmuşdur. İndi müsəlman hansı mövqedə olmasından asılı olmayaraq möhtərəmdir. Ona heç bir səviyyəsizlik aid etmək olmaz. Bu xislətlər cahiliyyətə məxsus idi». ("Bihar" c.100, səh.374)
Bu şərif hədisə əsasən eyni qəbilədən, eyni şəhərdən və ya var-dövlət baxımından eyni səviyyədə olmaq bənzərliyə səbəb olmur. İslamın hökmünə əsasən ərəb əcəmdən, ağ qaradan, Qüreyş qeyri-Qüreyşdən heç bir şeylə fərqlənmir. İnsanlar bir-birindən təqva ilə fərqlənir. İki müsəlman qadın və kişi iman, təqva, əxlaq, əmanətdarlıq, iffət, paklıq və təharətə malik olmaqla, bir-birinə tay olurlar. Biri ərəb, digəri əcəm, biri şəhərli, digəri kəndli, biri varlı, digəri yoxsul, biri ağ, digəri qara və biri əsilli-nəsilli, digəri isə kimsəsiz olsa belə, onlar bir-birinə taydırlar.
Əli ibn Əsbat həzrət Cavada (ə) yazdı: «Mən qızlarımı ərə vermək üçün özüm kimi imanlı, əxlaqlı birisini tapmamışam». Həzrət (ə) onun məktubuna cavab olaraq belə yazdı: «Qızların haqqında yazdıqlarını aldım. Allah sənə öz rəhmət və lütfünü şamil etsin. Qızlarını ərə vermək məsələsinə bu qədər diqqət yetirmək lazım deyil. Peyğəmbər (s) buyurmuşdur: «Əgər əxlaqını, dinini bəyəndiyiniz biri elçiliyə gəlsə, qəbul edin. Əks təqdirdə, yer üzündə böyük bir fitnə-fəsada yol açacaqsınız». (Həmin mənbəə,373)
İmam Sadiq (ə) İbrahim adlı bir kişiyə buyurdu: «Heç bir mömin var-dövlətdən təhlükəli fayda qazanmamışdır. Malın ziyanı, çobansız sürüyə hücum edən iki canavarın ziyanından çoxdur. Bu canavarlar qoyunlara nə edirlər?» İbrahim dedi: «Yırtıb dağıtmaqdan başqa bir şey etmirlər». İmam buyurdu: «Doğru deyirsən. Malın ən kiçik ziyanı budur ki, bir müsəlman digər bir müsəlmanın qızına elçi göndərsin və o, yoxsul olduğu üçün qızını ona verməsin».
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 681 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]