Bazar günü, 2024-12-22, 7:23 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

HƏYATIN SONU
2012-11-21, 9:05 AM
HƏYATIN SONU
Enişli-yoxuşlu həyat yolunun sonu ölüm, əzəmət dolu bir dünyaya keçmək və öz əqidələrinin, əməllərinin səmərəsi, məhsulu ilə qarşılaşmaqdır.
Quran qadın və kişilərə diri ikən axirətləri haqqında düşünməyi tövsiyə edir:
«…Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın»(Mizanül-hikmə, 10-cu cild, səh. 494-495.).
İnsanın həyatı sona yetməzdən öncə həyata keçirməli olduğu çox mühüm məsələlərdən biri də, var-dövlətinin üçdə bir hissəsi haqqındakı vəsiyyətidir. Bunun xeyiri insan öldükdən sonra onun özünə aiddir. Vəsiyyət edən şəxsin vəsisi bu pulu mərhumun malından ayırıb, vəsiyyətnamədə göstərilən qaydada xərcləməlidir.
Bütün ənbiya və övliyalar vəsiyyət məsələsinə xüsusi diqqət yetirmiş və dünyadan vəsiyyətsiz getməmişlər.
Vəsiyyət Quranın «Bəqərə» surəsinin 180-cı ayəsinin buyuruğu və Peyğəmbərin (s), məsum imamların şiələrə olan tapşırığıdır.
Həzrət Peyğəmbər (s) buyurur: «Vəsiyyət etmək hər bir müsəlman üçün zəruridir»;(Həmən mənbə.) «Müsəlman gecə yatarkən vəsiyyətnaməsinin başının altında olmaması yaxşı iş deyil»;(Həmən mənbə.) «Vəsiyyət edərək dünyasını dəyişən şəxs düzgün qaydada, Peyğəmbərin (s) sünnəsi, təqva və şəhadət əsasında dünyasını dəyişmişdir. Allah onu bağışlayacaqdır».(Nəhcül-bəlağə, 254-cü hikmət. )
Çox yaxşı olar ki, vəsiyyətə çox az əməl olunduğu bir vaxtda insan özü öz vəsiyyətini həyata keçirsin. Yəni, pulunu sərf olunacağı qaydada özü xərcləsin.
Əli (ə) bu məsələyə toxunaraq buyurur: «Adəm övladı özü öz vəsiyyətini həyata keçirsin. Öldükdən sonra pulunun xərclənməsini istədiyin qaydada, bu gün özün sağ ikən xərclə».
Bərge eyşi be qure xişe ust
Kəsi nəyarəd ze pəse to pişe ust.
Tərcüməsi:
Öz qəbrinə azuqəni özün göndər,
Səndən sonra bir kimsə onu göndərməyəcəkdir, özün göndər.
Hər halda çalışmaq lazımdır ki, özünüzdən sonra istifadə olunmaq üçün qoyduğunuz pul halal olsun. Haramdan irs olmaz. Özünüzdən sonra müəyyən yerlərə xərclənmək üçün vəsiyyət etdiyiniz pul da halal olmalıdır. Əks təqdirdə, onun sizin axirətinizə heç bir xeyiri dəyməyəcək. Var-dövlətinizin qalan üçdə iki hissəsini isə Qurana əsasən bölün ki, varislərinizə zülm olmasın.
Vəsi və vərəsə (varis) Quran əsasında tənzimlənmiş vəsiyyətnaməyə düzgün əməl etməlidirlər. Bu, vacib bir əməl olaraq ibadət sayılır.
Varisin pulu bölməzdən öncə mərhumun bütün borclarını ödəməsi vacibdir. Digərinin haqqı ilə qarışmış var-dövlətdən istifadə etmək haramdır.
Miras bölünərkən mərhumun həyat yoldaşının, ata-anasının, övladlarının hüquqları Quranda buyurulduğu qaydada qorunmalıdır. Əks təqdirdə, ilahi göstərişlərin hüdudlarından kənara çıxaraq, qiyamət əzabına düçar olacaqlar.
İrsin bölünməsi məsələsində risalələrə və yaxud fiqh elmi sahəsində mütəxəssis olan şəxslərə müraciət edin. Əgər irs düzgün qaydada bölünərsə, mərhumun ruhu şad olar.
Mərhumun varisləri bilməlidirlər ki, o, yaşadığı dövrdə onlar üçün hər bir zəhmətə qatlaşmışdır. Ola bilər ki, bu yolda bəzi günahlara aludə olmuşdur. Ona görə də onu unutmamalı, onun üçün namaz qılıb, dua etməli və bəzən qəbri üstünə getməlidirlər. Çünki Allah-təala onun ruhuna sizinlə ünsiyyətdə olmağa icazə verir və bu, onların bərzəxdə sizin üçün dua etmələrinə səbəb olur.
Dostlarımdan biri deyirdi: «Bir dostum problemlə qarşılaşdıqda yubanmadan Tehrandan Quma gələr, bir az valideynlərinin qəbri yanında əyləşərdi. Onlar üçün Fatihə oxuyar, dua edərdi. Valideynlərinin adından sədəqə verər və onlardan özü üçün dua etmələrini xahiş edərdi. Sonra yenidən Tehrana qayıdardı. Beləliklə də, günəş qürub edənə qədər problemi həll olardı».
Valideynin övladı üçün minlərlə zəhmətə qatlaşması, vəfatından sonra isə unudulması düzgün deyil.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 745 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]