Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Həyat yoldaşının haqqı
2012-12-10, 9:42 PM | |
Allah Təala buyurur: "Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. ("Rum” 21). Başqa yerdə buyurur: "Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur”. ("Əraf” 189). Hədislərə nəzər salaq: 1. Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ey Peyğəmbər! Həqiqətən bu iş qəribədir. Bir kişi elə bir qadınla evlənir ki, nə qadın kişini görmüşdür və nə də qadın onu. Ancaq o zaman ki, evlilik baş verir, kişi ilə qadın dost və həmdəm olurlar”. Həzrət Peyğəmbər (s) buyurur: "Allah sizin aranızda mehr və dostluq qərar vermişdir”. 2. Muhəmməd ibni Yəhya nəql edir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurub: "Peyğəmbər (s) döyüşlərin birindən qayıdırdı və çox sayda insan qətlə yetirilmişdi. Qadınlar yaxınlaşır və ərlərini soruşurdular. Bir qadın yaxınlaşdı və dedi: "Ey Allahın Peyğəmbəri! Filankəsə nə olmuşdur?” Peyğəmbər (s) buyurdu: "O, sənin nəyindir?” Dedi: "Qardaşımdır”. Buyurdu: "Allaha şükür et ki, şəhadətə çatmışdır”. Həmin qadın həmd edib dedi: "Ey, Allahın Rəsulu! Bəs filankəsə nə oldu?”. Buyurdu: "O, sənin nəyindir?” Dedi: "Həyat yoldaşımdır”. Buyurdu: "Allaha şükür et ki, o, da şəhid oldu”. Qadın fəryad çəkməyə başladı. Peyğəmbər (s) buyurdu: "Güman etməzdim ki, qadın ərini bu qədər çox istəsin”. 3. Əhməd nəql edir ki, İmam Kazımdan (ə) eşitmişdim ki, buyurub: "Peyğəmbər (s) Cəhəşin qızına buyurdu: "Dayın Həmzəni öldürdülər”. O, həmd etdi. Peyğəmbər (s) buyurdu: "Qardaşını da öldürdülər”. O, yenə həmd etdi. Sonra Peyğəmbər (s) buyurdu: "Ərini də öldürdülər”. O, əlini başına tutaraq, fəryad çəkdi. Peyğəmbər (s) buyurdu: "Qadın üçün heç bir şey ərinə bərabər deyildir””. 4. İmam Sadiq (ə) Həzrət Adəmlə (ə) Həvvanın yaradılışı haqqında belə buyurur: "O zaman ki, Adəmi (ə) gildən xəlq edir, mələklərə buyurur ki, ona səcdə etsinlər. Sonra onu yatızdırdı. Sonra onun üçün Həvvanı (ə) yaratdı. Adəm elə bir gözəl məxluq görür ki, özünə oxşayırdı. Ancaq qadın idi. Onunla danışmağa başladı və Həvva (ə) da onun dili ilə ona cavab verirdi. Adəm (ə) soruşur: "Sən kimsən?” Deyir: "Necə ki, görürsən, Allahın yaratdığı məxluqam”. Bu zaman Adəm (ə) deyir: "Allahım, yanımdakı bu gözəl məxluq kimdir?” Allahdan xitab gəlir: "Ey Adəm! Bu, kənizim Həvvadır. İstəyirsən sənin həmdəmin və həmsöhbətin olsun. Sənin əmrlərinə itaət etsin?”. Adəm (ə) deyir: "Bəli, ey mənim Pərvərdigarım! Nə qədər ki, sağam, Sənin bu işinə şükür edəcəyəm”. 5. İmam Zeynəlabidin (ə) buyurur: "Həyat yoldaşının haqqı odur ki, biləsən Allah Təala onu sənin üçün rahatlıq mənbəyi qərar vermişdir. Bilməlisən ki, bu Allah tərəfindən sənə əta edilən nemətdir. Onu əziz tut və onunla mehriban ol”. (Əhli-beyt (ə) saytı/ Deyerler.org) | |
Views: 1217 | Downloads: 0 | Comments: 2 | Rating: 3.5/2 |