Bazar günü, 2024-12-22, 7:34 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

GÜZƏŞT VƏ ƏFV
2012-11-20, 7:15 AM
GÜZƏŞT VƏ ƏFV
Qadın və kişinin qarşılıqlı qüsurlara yol vermələri mümkündür. Qadın həyat yoldaşına xidmət göstərərkən, övladlarına baxarkən, yemək hazırlayarkən, eləcə də kişi ailədəki davranışında, ailəni idarə etməsində müxtəlif qüsurlara yol verə bilər. Qüsur, xəta hər iki tərəfdən bağışlanıla biləcək bir məsələdir. Qadın və kişinin lazım olduqda güzəşt etmələri şəri və əxlaqi bir vəzifədir. Onlar bu məsələdə qətiyyən qürura yol verməməli və Haqq göstərişlərinə arxa çevirməməlidirlər.
Güzəşt Quran baxımından bir ehsan olaraq, Allahın sevgisini qazanır.
«(O müttəqilər ki,) İnsanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər»("Ali-İmran" 134).
«Hər kəs pislik edəni bağışlasa və onunla barışsa, onun mükafatı Allaha aiddir»("Şura" 40).
İmam Sadiq (ə) buyurur: «Üç şey dünya və axirət böyüklüyüdür: sənə zülm edən şəxsi əfv etmək, səninlə qohumluq əlaqəsini kəsən şəxslə gəl-get etmək, sənə qarşı nadanlıq edən şəxs qarşısında dözümlü olmaq».("Bihar" c.71, səh.400)
Rəsulullah buyurur: «Həqiqətən, Allah bağışlayandır və bağışlayanları sevir»;("Mizanül-hikmə" c.6, səh.367) «Allah-təala müsəlmanın qüsurundan keçən şəxsi qiyamət günü əfv edəcək»;(Həmin mənbəə) «Camaatın qüsurlarından keçin. Bunun qarşılığında Allah da sizin qüsurunuzdan keçəcək».(Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «Biz Əhli-beytik. Bizim böyüklüyümüz, bizə qarşı zülm edən şəxsi əfv etməkdir».(Həmin mənbəə, səh.368-370)
Əmirəl-möminin Əli (ə) buyurur: «Az əfv etmək eyib, intiqam almağa tələsmək isə böyük günahdır»;(Həmin mənbəə)«Camaatın ən pisi tərəf müqabilinin qüsurlarından keçməyən və digərlərinin eyibini örtməyən şəxsdir».(Həmin mənbəə)
İmam Sadiq (ə) buyurur: «Əfv cəriməsiz, danlaq və qəzəbsiz olmalıdır».(Həmin mənbəə)
Qurana və rəvayətlərə əsasən, əfv Allahın məhəbbət bəslədiyi bir xüsusiyyət, cəhənnəm əzabından nicat qapısıdır.
Nə üçün qadın və kişi bir-birlərinin qüsurlarından keçməklə, Allahın sevimli bəndəsi olmasınlar?! Nə üçün onlar məsum imamlarla, ilahi övliyalarla həmrəy olaraq dünya və axirət səadətinə nail olmasınlar?!
Qadın və kişilər bir neçə dəfə bu üsuldan istifadə edərlərsə, artıq əfv etmək onlarda bir adət halını alaraq, bütün varlıqlarını əhatə edəcəkdir.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 841 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]