Bazar günü, 2024-12-22, 3:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

FƏZİLƏTLİ SİMALAR
2012-12-01, 8:50 AM
FƏZİLƏTLİ SİMALAR
Mömin kişi və qadınların bəzi xüsusiyyətləri vardır ki, bu xüsusiyyətlərin nəticələri onların həyatında öz əksini tapır: həyatı şirinləşdirir, pak və axirətin abadlaşmasına səbəb olan bir nəsil meydana gəlir.
«Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandırlar. Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvə və hikmət sahibidir»("Tövbə" 71).
Mənə belə gəlir ki, Quran ayələri baxımından iman əhlinin batin və zahirini tanımaq üçün bu bir ayə kifayətdir.
Belə qadın və kişilər müştərək həyata qədəm qoyduqda onların ailəsi səmimiyyət, bərəkət, sədaqət və nur dolu bir həyat sürəcək. Bu kişi və qadının sürdükləri həyat ideal, pak, axirətləri isə abaddır.
Mərhum Məclisi yazır: «Bəzi kişilər var ki, onlar işləməyə getdikdə arvad-uşaqları deyər: «Haram qazancdan qəti şəkildə çəkinin. Biz aclığa, çətinliyə dözərik, lakin qiyamət əzabına dözə bilmərik».
Doğrusu, bundan fəzilətli nə ola bilər?! Özünü qiyamət əzabından qorumaq üçün problemlərə, çətinliklərə dözmək!
Mən özüm çox böyük şəxsiyyətlər görmüşəm ki, öz ailələrinə iqtisadi vəziyyətlərindən artıq tələblər irəli sürməyi qadağan edərək, işlər yoluna düşdükdə onların istənilən ehtiyacını ödəyəcəyini vəd edib. Ailələri də ona təslim olaraq, ailə başçısını ruhi sıxıntıya salmaqdan çəkinib, bunun nəticəsində də olduqca səmimi bir həyat sürüblər.
Xədiceyi-Kübra öz ərinin çətin, sıxıntılı vaxtlarında onun qəm-qüssəsinə şərik çıxan qadınlardan idi. O, həzrət Peyğəmbərlə (s) elə bir həyat sürmüşdü ki, vəfatından sonra həzrət Peyğəmbərin (s) yadına düşdükdə, onun üçün Allahdan bağışlanmaq diləyir və göz yaşı tökürdü.
O, ailə qurduqları ilk anlarda öz dövrünün bənzərsiz var-dövlətini həzrət Peyğəmbərin (s) qədəmlərinə qurban verdi. Rəsulullah da bu var-dövləti tədricən ehtiyacı olanların problemlərinin həlli və Haqq dininin inkişafı yolunda xərclədi. Belə ki, həmin var-dövlətdən heç bir şey qalmadı. Xədicə ömrünün sonlarında öz həyat yoldaşı ilə birlikdə kiçik bir evdə, olduqca yoxsul vəziyyətdə yaşayırdı. Onun çətin günlərdə, ömrünün sonlarını yaşayarkən göz yaşları axıdaraq həyat yoldaşına dediyi yeganə söz «Allah məndən razıdırmı?» sözüdür. Bu an vəhy mələyi nazil olaraq ərz etdi: «Ey İslam Peyğəmbəri! Allah buyurdu ki, mənim salamımı Xədicəyə çatdır və Mənim ondan razı olduğumu elan et!» Xədicə çox sevindi və Peyğəmbərə (s) dedi: «İndi ölüm və həyat – hər ikisi mənim üçün şirindir».
Dörd yaşlı Fatimə (s) anasının yerini boş gördükdə, «anam hardadır»-deyə atasından soruşdu. Həzrət buyurdu: «Mələkut əhli ilə birgədir».
Bəli, imanını əməlində, əxlaqında göstərən mömin qadın Allahın razılığını qazanmış bir qadındır.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 818 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]