Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
2013-07-23, 5:17 AM | |
Evliliyin 5 meyarı
Quran bizim həyat proqramımızı müəyyən etdiyi kimi evliliyin
meyarlarını da təyin etmişdir. Hər bir müsəlman həyat yoldaşı seçən
zaman bu meyarlara diqqət etməlidir. Çünki ancaq bu zaman dünya və
axirət saədətinə çata bilər.
1. İslam və iman. Həyat yoldaşını seçən zaman ilk şərt - onun dini və əqidəsidir. Əgər qadınla kişi əqidə cəhətdən həmfikir olarsa, gələcək ailələrinin xoşbəxt olacağının ilk meyranı yerinə yetirmiş olarlar. Əgər onlardan biri müşrik olarsa, bu evlilik batil olar. Quran açıq şəkildə buyurur ki, müsəlman kişi heç bir zaman müşrik qadınla evlənməməlidir. Həmçinin müsəlman qadın kafir kişi ilə evlənməməlidir. "Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır. Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar”. ("Bəqərə” 221). Çünki müşrikin getdiyi yol - atəş yoludur. İnsanı ancaq zülmətə və cəhənnəmə aparar. Halbuki, müsəlmanın getdiyi yol - behişt, rəhmət yoludur. Mömin insanların yolu - Allahın yoludur. Bu yolun yolçusunun fikir və düşüncəsi müşrikdən fərqlidir. Bu ailə necə vəhdət təşkil edə bilər ki? Ona görə də ailənin birinci şərti imandır. Hər iki ailə üzvü eyni yolda irəliləməlidir.
2. İffətdə bərabər olmaq. "(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi vardır”. ("Nur” 26). Yəni, həm qadın və həm də kişi fikri, əməli paklığa malik olmalıdırlar. İffət baxımından bir-birini tamamlamalıdırlar.
3. Allaha itaət etmək. "Ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr – Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin”. ("Təhrim” 5). Hər kim imanlı bir ailəsinin olmasını istəyirsə, gərək hər şeydən əvvəl müsəlman həyat yoldaşı axtarsın.
4. İman və saleh əməl. "Hər kim – kişi, yaxud qadın imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. ("Nəhl” 97).
5. Təqva. "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır”. ("Hucurat” 13).
İmam Sadiq (ə) yaxşı bir həyat yoldaşı haqqında buyurur: "Sizlərdən hər kim evlənmək qəsdi edər, yaxşı olar ki, iki rükət namaz qılsın. Allahdan istəsin ki, ona iffətli, əmin, təvazökar, namusunu və sirrini hifz edən həyat yoldaşı nəsib etsin”. Ona görə də evlənmək istəyən hər bir gənc bu meyarlara diqqət etməli və onlara əməl etməyə çalışmalıdır.
(Tebyan/deyerler)
| |
Views: 960 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |