Bazar günü, 2024-12-22, 8:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Evlilik
2012-11-18, 6:44 AM
Evlilik


Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır. ("Rum" surəsi ayə 21)

İslama görə, sevgi həyat yoldaşını Allaha xatir sevmək, Allaha xatir hörmətini gözləmək, yersiz qısqanmaq, etibarını qoruyub saxlamaq, imanını gücləndirmək, güzəştə getmək, dedi-qoduya yol verməmək, hərtərəfli təmin etmək və daxildəki "mən" i "biz"lə əvəz etməkdir. Belə bir sevginin əvvəli olsa da, sonu həyatın sonu ilə qurtarır.

İslama görə həyat yoldaşının yeganə üstünlüyü onun din və imanıdır. Şan-şöhrət, var-dövlət bəzi hallarda xoşbəxtliyə səbəb olsa da, hec vaxt bədbəxtçiliyin qarşısını ala bilmir.

Xədicəni (Peygəmbərin (s.ə.v.s) zövcəsi) Xədicə edən onun tükənmək bilməyən sərvəti deyil, güclü imanı ilə Həzrət Muhəmmədi (s.ə.s) Allaha xatir sevməsi oldu. Bəlkə də bunları oxuyub sizdə belə bir sual yaranacaq- filan mömin necə ildir namaz qılır, amma həyat yoldaşını az qala qarğalara da qısqanır. Bax burada səhviniz var. Gədiyiniz qənaət düzgün deyil. Çünki Quran bizim ücün ən gözəl nümunə olaraq hansısa mömin deyil, insanların ən şərəflisi Həzrət Muhımmmədi (s.ə.s) və onun məsum əhli-bəytini qərar vərmişdir. Bir anlıq Həzrət Əlinin (ə) və Həzrət Fatimənin (ə) ailə həyatını vərəqləsəniz, hər şeyi başa düşərdiniz.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 766 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]