Bazar günü, 2024-12-22, 8:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Evlilik
2012-11-18, 6:39 AM

Evlilik

Evlilik barədə özünüzə belə sual verin:


Mənim istəyim Allahın istək və razılığı ilə üst-üstə düşür?

Ailə qurmazdan əvvəl üzünüzdən soruşun:

* Mən onu sevirəmmi? Sevincli və kədərli günlərində ona həmdəm ola biləcəyəmmi?

*Ad günlərimdə mənə hədiyyə almadıqda ona olan sevgim azalmayacaq?

*Biz bir-birimizi xoşbəxt edə biləcəyikmi?

*Bir-birimizin valideynləri ilə yola gedə biləcəyikmi?

*Onun təminatına qane olacağam?

İnsan evlənən zaman dininin yarısını kamilləşdirmiş olur. Digər yarısını qorumaq üçün ilahi təqvanı qazanmalıdır.

Ailə qurun! Çünki bu iş sizin ruzinizi artırar.
İslamda evlənmək qədər Allaha sevimli və əziz olan heç bir bina qurulmamışdır.
Yuxuda olan evli şəxs, Allah yolunda gündüzlər oruc tutan, gecələr ibadət edən subaydan üstündür.

Sevdiyiniz Allaha xatirdirsə, demək sevdiyiniz həqiqi sevgidir. Belə olduqda yaxşı və pis günlərdə onunla birlikdə olmağı özünə borc biləcək və bundan əsla narahat olmayacaqsınız.

Xoşbəxtliyi təmin edən isə qarşılıqlı anlaşma, güzəştdir. Öz valideynlərinizə necə qayğı göstərirsinizsə, həyat yoldaşınızın da valideynlərinə qarşı etni qar\yğı nümayiş etdirin və Allaha xatir onların razılığını qazanmağa calışın. Təminatınız qənaetbəxş olmadıqda heç bir nəticə verməyəcək, dedi-qodular əvəzinə Həzrət Fatimənin (ə) sadə həyat tərzi gözünüzün önünə gətirin. Bir anlıq onun cehizliyinin 23 əşyadan ibarət olduğunu yadınıza salın. Ailənin bir o qədər də sadə quruluş olmadığı artıq sizə bəlli oldu. Sadə həm də məsuliyyətlidir. İctimai sabitliyinin təmin olunmasına səbəb olduğu üçün Quran məsumlara bu işdə maddi vəziyyəti yaxşı olmayanları evləndirməyi sövq edir. ("Nur" surəsi. ayə 32)
Peyğəmbər (s.ə.s) bu haqda buyurur: " (Evlənmək mühüm sünnətimdəndir, sunnətimi tərk edən məndən deyil)"
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 787 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]