Çərşənbə axşamı, 2024-04-16, 8:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Dinimiz həyat yoldaşı ilə gözəl rəftar etməyi tapşırır
2013-05-10, 4:43 AM
Dinimiz həyat yoldaşı ilə gözəl rəftar etməyi tapşırır

Həzrət Peyğəmbər (s) buyurur: "Müsəlman kişinin xoşbəxtliyi bundandır ki, layiqli həyat yoldaşı olsun, böyük evi, minik üçün vasitəsi və yaxşı övladları olsun”.

İmam Əli (ə) buyurur: "Həyat yoldaşınla xoşrəftar ol ki, həyatın səfalı olsun”.

İmam Baqir (ə) buyurur: "Allah yanında sizlərin ən əzizi o kəsdir ki, həyat yoldaşına daha çox ehtiram qoyar”.

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, kişi öz həyat yoldaşına nəzər salar, Allah da onlara rəhmət gözü ilə baxar”.

Həzrət Zəhra (s.ə) buyurur: "Sizlərin ən yaxşısı o kəsdir ki, insanlarla rəftarda mülayim və mehriban olar. Ən dəyərli insan o kəsdir ki, həyat yoldaşına qarşı mehriban və bağışlayandır”.

İmam Sadiq (ə) buyurur: "Beş şey vardır ki, əgər ondan biri kimdəsə olmasa, həyatında daima çatışmamazlıq olar, qəlbi nigaran olar. 1. Sağlamlıq. 2. Təhlükəsizlik. 3. Çoxlu ruzi. 4. Həmrəy və birlikdə olanı”. Hədisi yazan soruşur ki, birlikdə olanı kimdir? İmam (ə) buyurur: "Həyat yoldaşı övladları və yaxşı sirdaşı. 5. Rifah”.



İmam Səccad (ə) buyurur: "Qadının haqqı budur ki, biləsən ki, Allah Təala onu sənin üçün rahatlıq və ünsiyyət mənbəyi qərar vermişdir. Bu nemət, Onun tərəfindəndir. Ona görə ona ehtiram qoy və onunla mehriban ol. Baxmayaraq ki, sənin haqqın daha vacibdir, ancaq bu onun haqqıdır ki, sən onunla mehriban olasan”.



Həzrət Peyğəmbər (s) buyurur: "Sizlərdən ən yaxşısı o kəsdir ki, qadını üçün ən yaxşısı olsun və mən həyat yoldaşım üçün sizlərdən daha yaxşı olanıyam”.

İmam Sadiq (ə) buyurur: "O kəsdə ki, bu beş şey olmazsa, həyatı xoş olmaz: sağlamlıq, təhlükəsizlik, ehtiyacsızlıq, qənaət və uyğun həyat yoldaşı”.

İmam Əli (ə) buyurur: "O kəsin ki, əxaqı pisdir, ailəsi ondan yorular və üyəri sıxılar”.



Əhli-beytdən (ə) nəql edilir: "Mömin həyat yoldaşının meyl və iştahasına uyğun yemək yeyər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Əgər müsəlman bəndəyə dünya və axirət xeyirini əta etmək istəsəm, ona saleh və layiqli həyat yoldaşı verərəm. O zaman ki, onun simasına baxar, qəlbinə sevinc girər”.

Həzrət Peyğəmbər (s) buyurur: "Üç dəstə qadının qəbir əzabı olmaz, Qiyamət günü də Həzrət Zəhra (s.ə) ilə məşhur olar. O qadın ki, həyat yoldaşının yoxsulluğuna razı olar. O qadın ki, həyat yoldaşının pis əxlaqı qarşısında səbiri əldən verməz. O qadın ki, mehriyyəsini həyat yoldaşına bağışlayar”.



Qurani-Kərim buyurur: "Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur”. ("Nisa” 19).



(Tebyan/ Deyerler.org)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 889 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]