Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
DİN VƏ DİNDARLIQ
2012-12-11, 7:39 AM | |
Müqəddəs İslam dini etiqadi, əxlaqi və əməli bir quruluşdur. İslamda əqidə qəlbin Haqqa bağlılığı, qiyamətə, mələklərə, peyğəmbərlərə və Qurana inamından ibarətdir. İslamda əxlaq təvazö, ədəb, səbir, helm, hövsələ, dözüm, mehribanlıq, səmimiyyət, ədalət, kərəm, səxavət və s. kimi xüsusiyyətlərdən ibarətdir. İslamda əməl namaz, oruc, həcc, zəkat, xüms, əmr be məruf və nəhy əz münkər, cihad, təvəlla və təbərra, ata-anaya yaxşılıq, insanla münasibətdə olanların hamısının hüquqlarına riayət etməkdən ibarətdir. Əlbəttə, bu məsələlər İslamın bütün məsələləri deyil. Bu kamil İslamın, əhatəli dinin bəzi nümunələri, camaatın dünya və axirətinin zəmanətidir. Din, həqiqətdə, həyat günəşi, Haqqa tərəf gedən yolun bələdçisi və insanın dünya və axirətini abad edəndir. Haqqın yaradılış xəzinəsində dindən dəyərli gövhər yoxdur. Belə ki, bütün ilahi peyğəmbər, imam və övliyalar onun təbliğçisi olmuşlar. Bu elə bir dindir ki, onunla zinətlənən ilahi rəng alır və bütün səadət qapılarını öz üzərinə açmış olur. Ondan uzaq düşənlər isə bütün bədbəxtlik qapılarını öz üzlərinə açırlar. Dindarın dəyəri dinin Allah dərgahında malik olduğu dəyər miqdarıncadır. Haqq dininə bürünən insan ən dəyərli insan, varlıq və məxluqdur. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılardır» ("Bəniyyə" 7). Möminin xüsusiyyətləri Quranda və rəvayətlərdə insanın onlarla zinətlənməsi vasitəsi ilə həqiqi mömin olacağı qədərində bəyan olunmuşdur: Namazda xüzu, yersiz və lazımsız sözlərdən çəkinmək, zəkat vermək, şəhvət üzvlərini haramdan qorumaq, əmanətə, əhd-peymana vəfa qılmaq, namaza əhəmiyyət vermək ("Möminun" 2-9), yer üzündə təvazö ilə yerimək, nadanlarla qarşılaşdıqda salam vermək (yaxşı davranmaq), gecələri sübhə qədər səcdə və qiyam halında keçirmək, cəhənnəm əzabından nicat tapmaq üçün dua etmək, infaq edərkən israf etməmək, səxavətli olmaq, hər bir işdə orta yolu nəzərə almaq, şirk, qətli-nəfs və zinadan çəkinmək, digərlərinin uyğunsuz işlərini öz böyüklüyü ilə əfv etmək, Allahın ayələrinə bəsirətlə yanaşmaq, həyat yoldaşları və övladları üçün dua etmək, paklar və təqva əhlləri arasında öncül (rəhbər) olmaq ("Furqan" 64-74). Əli (ə) buyurur: «Möminin adəti dünyaya meylsizliyi, ciddiyyəti dindarlığı, izzəti qənaəti və bütün səyi axirəti üçündür. (Belə bir şəxsin) yaxşılıqları artmış, dərəcəsi yüksəlmiş və nicatı yaxınlaşmışdır»; ("Nizamuş-hikmə" c.1, 333) «Mömin daim zikr edən, çox düşünən, ilahi nemətlərə şükür və bəlalara qarşı səbir edəndir». (Həmin mənbəə) İmam Sadiq (ə) buyurmuşdur: «Mömin qazancı təmiz, gözəl təbiətli, batini pak, malının artığını infaq edən, artıq danışmayan şəxsdir». (Bihar c. 67,səh.293) Möminin dəyəri haqqında rəvayətlərdə qeyd olunur: İmam Sadiq (ə) buyurmuşdur: «Möminin hörməti Kəbədən böyükdür». (Nizanul-hikmə" c.1, səh.330) İmam Baqir (ə) buyurmuşdur: «Mömin səmada məşhurdur. Kişi öz həyat yoldaşını və övladlarını tanıdığı kimi. O, Allah dərgahında müqərrəb mələklərdən də əzizdir». (Həmin mənbəə) Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Allah-təala buyurur: «And olsun izzət və cəlalıma, yaratdıqlarım arasında mömindən sevimlisini yaratmamışam».("Bihar" c.71,səh.158) | |
Views: 1029 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |