Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
DİN ALİMLƏRİ
2012-11-27, 8:14 AM | |
Peyğəmbərlər və imamlardan sonra Quran və hədisləri dərindən bilən şəxslər, fəqih və din mütəxəssisləri Allahın yer üzündə höccətidirlər. Camaat onlara tabe olmalıdır. Onlara - lazımi şəraitə malik olan alimlərə - tabeçilik imam və peyğəmbərə tabeçilikdir. Belə ki, insan bunun sayəsində nicat tapmağa müyəssər olur. Ailə başçısı bu məsələyə olduqca diqqət yetirməli və Quranı, nübuvvəti, imaməti və vilayəti-fəqihi tanıtdırmaq üçün müəyyən vaxt ayırmalı, özü bacarmadıqda isə bu işin mütəxəssisindən istifadə etməlidir. Çünki bu, dünya və axirət səadətinin qarantıdır. Ailə üzvləri bu məsələdə ailə başçısına kömək etməli və onun bu təşəbbüsünü qiymətləndirərək, qədrini bilməli, ailə başçısı bu məsələyə laqeyd olduqda isə onu rəğbətləndirərək buna şərait yaratmalı, razılaşmadıqda isə ona heç bir formada tabe olmamalıdırlar. Belə olduqda, onlar özləri bu məsələnin ardınca getməli və səadət yolunu keçməlidirlər. Ailə başçısı Quran oxumaqla, münacat etməklə ailədə mənəvi bir hal yaratmalı və ailə üzvlərinin gözəl aqibətlərini təmin etməlidir. | |
Views: 700 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |