Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
ÇOX TƏLƏBKAR OLMAQ
2012-11-21, 9:04 AM | |
Ev işlərində, kişi üçün müvəffəqiyyət şəraitindən biri budur ki, çox tələbkar olmasın. Hədsiz tələbkar olmağın, bəhanə axtarmağın müxtəlif nümunələri vardır ki, ev mühitində bəhanə axtarmaq bu məsələyə aiddir. Bəzən insan cəmiyyətdə və ya evdə bəhanə gəzir. O zaman bu əməldən özünüz və başqalarının narahatlığından başqa bəhrə aparmayacaqsınız. Hədsiz tələbkarlıq mənfi baxışlı olmağın bir hissəsidir. Bəhanə axtarmaq nəticəsində mehriban ailə münasibətləri bir-birinə dəyərək ixtilaf və münaqişələrin yaranması üçün zəminə yaradır. Təəssüflər olsun ki, mənfi baxışlılar üçün bəhanə axtarmaq zəminəsi həmişə hazırdır. Hər adamın danışıq və rəftarında səhv və nöqsanlar mövcuddur. İnsan nə qədər mənfi baxışlı olub bəhanə axtarmaqdan daha çox fayda axtararsa, bir o qədər də səfa, səmimiyyət və məhəbbət azalıb aradan gedər. Elə buna görə də həyatda bəhanə axtarmaq və mənfi baxışlı olmaqdan bacardıqca uzaqlaşıb yüksək himmət, geniş ürək və saf qəlbli olmalısınız. Hansı mühitdə yaşasanız belə mühitdə gördüyünüz səhv və nöqsanlara göz yummaqdan əlavə, ümumiyyətlə özünüzü pisliklər və nöqsanları görməməzliyə alışdırın. BAĞIŞLAMAQ Allah təbarək və taala Müqəddəs kitabımız Quranda bizə əfv etmək və bağışlamağı əmr etmişdir. Əgər insan əfv etməyi bacararsa, başqalarının eyb və səhvlərini gördükdə ondan keçər. Amma, əgər birinin bağışlayan qəlbi olarsa ümumiyyətlə pislik, səhv və çatışmamazlıqları görməyib qəlb genişliyinə malik olar. UŞAQLARIN RUHİ SAĞLAMLIĞINDA AMİLLƏR Uşaqlarınızın ruhi cəhətdən sağlam olmalarını istəyirsinizsə evdə hədsiz tələbkar və bəhanə axtaran olmayın, çalışın mənfi baxışlı və dardüşüncəli olmaqdan uzaqlaşasınız, ürək genişliyinə malik olaraq çətinlik və müsibətlərlə mərd-mərdanə qarşı-qarşıya dayanasınız. Səy edin öz yoldaşınızla qarşılıqlı razılaşma əldə edəsiniz. Bu barədə hədisdə oxuyuruq: "Kişi hətta yeməkdə belə öz ailəsi ilə həmahənglik edərək onların bəyəndiyi yeməyi yeyir.” Bu həmahənglik başqa cəhətlərdə də lazımdır. Məsələn, paltar seçməkdə həyat yoldaşının zövqünə uyğun paltarı seçməli, söhbət etdiyiniz zaman isə onun bəyəndiyi söhbətlərdən etməlidir. Beləliklə, qadın və kişinin hər biri ayrı-ayrılıqda özünü ailə ilə həmahəng edərək onların ardınca gedərək onlarla müvafiq olmalı, məğrurcasına onları özünə tabe etməyə çalışmamalıdır. Bu hədisdən belə nəticə alırıq ki, evdə hədsiz tələbkar və bəhanəçi olmamaqla yanaşı ailə üzvləri ilə müvafiq olmağınız da gərəkdir. Bu zaman ailənin məhəbbətini cəlb, səmimiyyətini artıq, rəfaqətini isə geniş etmiş olarıq. MÜBAH İŞLƏRDƏ TƏLƏBKAR OLMAMAQ Hədsiz tələbkarlığın başqa nümunələrindən biri də mübah (vacib, haram, müstəhəb və məkruh olmayan) işlərdə çox tələbkar olmaqdır. Əgər mübah əməllərdə tələbkar olmasaq, məkruh əməllərin qarşısını da ala bilərik. Bəzi vaxtlar hətta məkruh (Allah bəyənməyən) işlərdə də tələbkarlıq göstərməməliyik ki, baş verə biləcək haram işlərin belə qarşısını ala bilək. Əgər insan Allah-Taalanın icazə verdiyi, habelə həm ağlın qəbul etdiyi, həm də müsəlman camaatın nəzərinin əksinə olmayan işlərdə hədsiz tələbkar olub quru "müqəddəslik” etsə, mənfi təsiri olacaqdır. MƏKRUH ƏMƏLLƏRDƏ TƏLƏBKARLIQ Unutmayın ki, əgər moizə və ya nəsihət halında olub məsləhət və zərər verə biləcək amilləri açıqlamaq fikrinə düşsək, məkruh əməlləri yerinə yetirməyib mübah işləri daha çox əncam verməyimiz haqqında israr etməliyik. Lakin əməl vaxtı ailədən hədsiz tələbkar olmamalıyıq ki, nəticəsi xoşagəlməz olsun. Buna görə də əgər həyat yoldaşınız məkruh bir iş görərsə, bu zaman onun qarşısını kobudluq və hiddətlə almamalısınız. Belə ki, mümkündür bu tələbkarlıq inadın yaranmasına səbəb olub lazım olan nəticəni verməməklə yanaşı, əks təsir göstərsin. Qadının evdə meyl göstərib istədiyi şeylər yerinə yetirilərsə, bu əməl evdən xaricdə baş verə biləcək bir çox ziyanların qarşısını tamamilə alar. Əziz oxucular, üzümü sizə tutub tövsiyə edirəm ki, təqvalı olun, çalışın ki, evdə heç vaxt "quru” olmayasınız. Eləcə də qadın və uşaqların haqqında yersiz tələblərdən özünüzü qoruyun. VACİB İŞLƏRDƏ TƏLƏBKARLIQ Çox vaxt hədsiz tələbkarlıq Müqəddəs Şəriət qaydaları, eləcə də cəmiyyətin nəzər və əqli ilə uyğun olmur. Biz o yerdə çox tələbkar olmalıyıq ki, Allah Özü çox tələb etmiş olsun. Məsələn, vacibi işlərdə. Əlbəttə, elə işlərdəki tələbkarlıq heç də kobudluq və tündlük mənasına deyildir, əksinə, onların vacibi işlərimizdə ciddi və möhkəm olmağımızı çatdırır. Haram işlərdə də bu cürdür. MÜBAH İŞLƏRDƏKİ TƏLƏBKARLIQ BARƏSİNDƏ İSLAMIN NƏZƏRİ Mübah, bəzən isə məkruh işlərdə həddindən artıq tələbkarlıq düzgün deyil. Məsələn, həyat yoldaşınızı dörd divar arasında oturdub "ata-ana və ya qohumların evinə getməyə haqqın yoxdur” deyəsiniz. Beləliklə, səy edin mübah işlərdə tələbkar olmaqda həddi aşmayasınız. İslam Şəriətindən qabağa keçməyin, əksinə Şəriətimiz buyurduğu işləri yerinə yetirin. Unutmayın ki, kobudluq və ya tələbkarlıqla qadını təftiş və moizə edə bilməyəcəksiniz. Hədsiz tələbkarlıq göstərmək bir çox işləri zay və tələf etmək deməkdir. İctimaiyyətdə, ailə mühitində və ya hər hansı bir işdə həddini aşmaq və tələb etməyin hər ikisi ziyan gətirəndir. İslam həmişə orta həddi istəyir. Deməli, mübah işlərdəki tələbkarlıq Müqəddəs İslam Şəriətinin qanunu deyil və belə işlərdə dəlilsiz qadın və uşaqlarımıza əziyyət verməməliyik. MADDİ İŞLƏRDƏ TƏLƏBKAR OLMAMAQ Ailədəki tələbkarlığın üçüncü nümunəsi iqtisadi məsələlərə aiddir. Əgər kişi öz ailəsini iqtisadi baxımdan təmin etməyi bacararsa, çox savabı vardır. Bu barədə hədislərimiz də çoxdur. Məsələn: "Öz ailəsinin rifahı naminə çalışıb səy göstərən bir kimsə Allah yolunda mücahid edənlər kimidir.” Başqa bir hədisdə oxuyuruq ki, "bazara gedən bir nəfər arvad-uşağı üçün bir şey alıb onları sevindirsə, Allah da ondan razı olar.” Eyni zamanda, ən pis insanlar imkanları ola-ola arvad-uşaqlarını maddi çətinliyə məruz qoyanlardırlar. Bu barədə hədislərdə belə deyilib: Bir gün İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) bütün var-dövlətini Allah yolunda bağışlayan bir şəxsin cənazəsinə namaz qılır. Lakin, Həzrətə bu şəxsin bütün var-yoxunu Allah yolunda verib arvad-uşaqlarını ac-yalavac saxlaması xəbərini çatdırırlar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) narahat olur və buyurur: "Əgər bilsəydim cənazəsinə namaz qılmazdım.” AİLƏ RİFAHININ ƏHƏMİYYƏTİ Ailəni rifahda yaşatmaq sədəqə və bəxşiş verməkdən daha yaxşıdır. Atalar sözü olan "mənzili işıqlandıran çıraq məscid üçün haramdır”, çox gözəl deyilib, sanki İslam təlimindən sərçeşmə almışdır. Demək lazımdır ki, bəziləri yersiz xərclər edirlər, məsələn, bir qonaqlıq vermək üçün neçə minlərlə pul xərcləyirlər, belə ki, sonrakı gecələr arvad-uşaqları ac yatmağa məcburdurlar, yaxud xaricdə israfa yol verirlər, amma öz ailələri üçün pul xərcləməyə paxıllıq edirlər. Bu adət çox pisdir, haram olmasa da harama yaxındır. Həmçinin, bəzi kişilər isə özlərinə, öz yemək-içmək və geyiminə həddən artıq diqqət yetirərək ailələrinə fikir vermir, onları çətinlikdə qoyurlar ki, bu da insanlıq sifətindən uzaqdır. Səy edin ailənizi hamıdan və hər bir şeydən əvvəl bilib, onların rifahı üçün şərait yaradasınız. Ailəni heç vaxt çətinlikdə qoymayın. Onların sevinc və xoşhallığını ələ gətirin, çalışın bu məsələyə hətta yemək yeyəndə də riayət edəsiniz. Belə ki, tək və ya xaricdə yemək yeməyin. Bir yerə qonaq getdikdə ailəliklə qonaq gedin. Belə nəticəyə gəlirik ki, ailə yalnız iki halda çətinliyə düşə bilər ki, hər iki hal sağlam ağıl və İslam nəzərindən məqbul sayılmır: 1–Mübah işlərdə hədsiz tələbkarlıq; 2-Paxıllıq. | |
Views: 824 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |