Cümə günü, 2024-04-19, 1:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Cənnət əhlinin böyük hissəsini kim təşkil edəcək?
2012-11-16, 9:18 AM

Cənnət əhlinin böyük hissəsini kim təşkil edəcək?

Kişi ilə qadın bir-birləri ilə İlahi göstərişlər əsasında rəftar etməlidirlər. Bunun isə yeganə çıxış yolu İlahi təqvaya və ədalətə riayət etməkdir. İstər məişət işləri, istərsə də intim məsələlərdə ifratçılığa yol verməməlidirlər. Bundan başqa, hər iki tərəf üzərinə düşən vəzifələrə səhlənkarlıqla yanaşmamalıdır.
Kişinin qadına, qadının da kişiyə qarşı ədalətsizlik edib haqqını tapdalaması və ona qarşı hörmətsiz olması əxlaqdankənar hərəkət hesab olunur.

Qadınlar fiziki və bəzi hallarda ruhi baxımdan kişilərdən zəif olurlar. Əgər İlahi qanunlarda onlara bir sıra güzəştlər olunursa, kişilər bunu hər şeydən əvvəl nəzərə almalıdırlar. Heyz və nifas halında olan qadınların gündəlik vacib namazları qılmaması və vacib orucları tutmaması bu güzəştlərin ən bariz nümunəsi ola bilər.

Möminlərin əmiri Əli (ə) oğlu İmam Həsənə (ə) göndərdiyi məktubdda yazır: "Unutma ki, qadın güc və qüdrət mənbəyi deyil, bir dəstə güldür…".

İmam Sadiqdən (ə) nəql olunan hədisdə buyurulur: "Cənnət əhlinin böyük bir hissəsini zülmə məruz qalan qadınlar təşkil edəcək. Allah-Təala onların zəifliyindən agah olub Öz rəhmətinə qovuşdurar".

Allaha iman gətirən hər bir müsəlman Allahın qadınlara İlahi güzəştini nəzərə alıb onlardan öhdəsindən gələ bilmədikləri işləri tələb etməməlidir. Kişi bilməlidir ki, qadın onun şəxsi mülkiyyəti deyil və ondan istədiyi kimi istifadə edə bilməz.

Qadın da, öz növbəsində ailədə tam mənada sərbəst və azad olmadığını və hər zaman istədiyini edə bilmədiyini dərk etməlidir. Bu barədə nə qədər fəsahətli sözlərdən istifadə edib ədəbi cümlələr qurmaq istəsək də, Peyğəmbər (s.ə.s) və Məsum imamların tövsiyələrinə ehtiyac duyur və onları özümüzə örnək qəarar verməli oluruq. Peyğəmbər (s.ə.s) bu haqda verdiyi bəyanatlardan birində buyurur:

"Əri ilə bədxasiyyət rəftar edən qadının qıldığı namaz və etdiyi xeyirxahlıqlar ərinə kömək edib onu razı salmayınca Allah tərəfindən qəbul olunmaz. Həmin bədxasiyyət qadın bilməlidir ki, gündüzlərini oruc tutub, gecələrini ibadətlə keçirib, Allah yolunda bir nəfəri azad edib bütün var-dövlətini sədəqə versə də, belə davam etməklə Cəhənnəmə ilk daxil olan şəxslərdən olar. Bu, qadınlara aid olmaqla yanaşı kişilərə də aiddir. Həyat yoldaşına əzab-əziyyət verən şəxs gündüzlərini oruc tutsa, gecələrini ibadətlə keçirsə, Allah yolunda bir nəfər bəndəni azad edib bütün var-dövlətini sədəqə versə belə, Cəhənnəmə daxil olan zülmkarlardan biri olar".

Zülm deyildikdə, tək fiziki təzyiqlər deyil, mənəvi əzab-əziyyətlər də nəzərdə tutulur. Bir sözlə, Allah zülm və zülmkarlığı sevmədiyi kimi, Ona bəndəlik edən bəşər övladı da zülmə yol verməməlidir.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 845 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]