Bazar günü, 2024-12-22, 8:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

BOŞANMANIN ÇİRKİNLİYİ
2012-11-16, 9:23 AM
BOŞANMANIN ÇİRKİNLİYİ

Boşanma öz-özlüyündə yaxşı məsələ deyil. Talaq olduqca çirkin, Peyğəmbər (s) və imamların (ə) nifrətinə səbəb olan bir işdir. Boşanmaya, yalnız şəri səbəb üzündən olduqda haqq qazandırmaq olar.
Həva-həvəs üzündən olunan boşanma insaniyyətə zidd, şəri hökmlərlə, insanların şəxsiyyəti ilə oynamaq deməkdir.
Bu fəsildə öncə boşanma məsələsinə aid mühüm rəvayətləri diqqətinizə çatdıracaq, sonra isə bu məsələ haqqındakı Quran ayələrini və Quranın boşanmaya olan baxışını araşdıracağıq.
Hacı Səbzivari «Şərhe-məsnəvi» kitabında məsumlardan belə bir rəvayət nəql edir: «Allah-təala yer üzərində qul azad etməkdən sevimli və boşanmaqdan pis şey yaratmamışdır».
Həzrət Peyğəmbər (s) buyurur: «Allahın halal buyurduqları arasında boşanmadan çox acığı gələn şey yoxdur»;["Nizanül-hikmə, c. 5. səh 546] «Allah-təala qadını əyləncə sanan kişiləri, kişini əyləncə sanan qadınları və hər an boşanmaq ardınca olanları sevmir».[Vəsail. c. 22. səh 8]
İmam Baqir (ə) buyurur: «Həqiqətən, Allah hər bir boşayanın düşmənidir. Hansı ki, qadını və ya kişini bir əyləncə sanır».[Həmin mənbə. səh 7]
İmam Sadiq (ə) buyurur: «Allah toy olan evi sevir, boşanma olan evi isə sevmir».[Həmin mənbə]
Həzrət Peyğəmbər (s) bir kişiyə buyurdu:
- Həyat yoldaşın nə etdi?
Kişi dedi:
- Onu boşadım.
- Heç bir səbəb olmadanmı?
- Bəli, səbəbsiz.
Həmin kişi yenidən ailə qurdu. Peyğəmbər (s) onu gördükdə evlənib-evlənmədiyini soruşdu. Kişi evləndiyini bildirdi. Həzrət (s) buyurdu: «Həyat yoldaşın indi necədir?» Kişi «Onu boşadım»-deyə bildirdi. Həzrət (s) səbəbini soruşduqda, kişi «Heç bir səbəb olmadan»-deyə cavab verdi.
Həmin kişi yenə də evləndi. Həzrət (s) onu gördükdə yenə evlənib-evlənmədiyini soruşdu və kişi evləndiyini bildirdi. Rəsulullah (s) «İndi arvadın nə edir?» buyurduqda, kişi dedi: «Onu boşadım». Həzrət (s) «Heç bir səbəb olmadanmı?»-deyə soruşdu. Kişi yenə də Peyğəmbərin sualına «Bəli» deyə cavab verdi. Bu dəfə Həzrət (s) buyurdu: «Allah-təala qadını əyləncəyə çevirən kişiyə və ya kişini əyləncəyə çevirən qadına lənət edir».["Hucurat" 12]

BOŞANMANIN SƏBƏBLƏRİ


Ailə həyatında kişidə və ya qadında mövcud olan hər hansı bir çatışmazlığa görə onunla yaşamaq mümkün olmazsa, bu zaman boşanmaq üçün heç bir problem qalmır. Belə boşanma şəri cəhətdən də tam düzgün addım hesab olunur.
Belə problemlə qarşılaşdıqda, kişinin və ya qadının ailəsi məsələni dərinləşdirməməlidir. Kişi ilə həyat yoldaşının arasındakı problem şəri səbəbdən doğarsa, onları qeybət, iftira, təhqir, istehza və s. günahlara sürükləməməlidir. Bu tip günahlar kinlərin alovlanmasına, nəticədə isə qiyamət əzabına səbəb olur.
Çox təəssüflər olsun ki, boşanma məsələsi qarşıya çıxdıqda ailələr arasında qeybət, kin və s. günahlar çoxalır.
Qadın və kişi nikah bağladıqda, öz üzərlərinə bir çox öhdəçiliklər götürürlər. Əgər hər iki tərəfdən biri bu öhdəçiliklərə tabe olmazsa, qarşı tərəf boşanmaq hüququna malikdir. Bu zaman qarşıya çıxan hər hansısa bir anlaşılmazlıq səbir və hövsələ ilə həll olunmalıdır.
Burada boşanan ailələrin ilk bulaşdıqları iki günah haqqında danışmaq istəyirəm. Ola bilsin ki, ilahi reallıqlara diqqət yetirərək, bu günahlardan çəkinək.


QEYBƏT

Quranda buyurulur:
«…Ey iman gətirənlər!…Bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar».


İFTİRA

Həzrət Rza (ə) ataları vasitəsi ilə Peyğəmbərdən (s) nəql edir: «Qiyamət günü mömin kişi və ya qadına iftira yaxan, onlarda olmayan hər hansısa bir xüsusiyyətin onlarda olduğunu deyən şəxsi bu dediklərini sübut etsin deyə, odlu bir təpənin üstündə yerləşdirəcəklər».

İBRƏTAMİZ BİR DƏRS

Bir kişiyə dedilər: «Arvadını nə üçün boşayırsan?» Kişi cavab verdi: «Həyat yoldaşının qeybətini etmək günahdır». O, arvadını boşadıqdan sonra arvadı qeyrisinə ərə getdi. Yenə kişidən soruşdular: «Arvadını nə üçün boşadın?» Kişi cavab verdi: «Digərlərinin arvadının qeybətini etmək haramdır».


Müəllif: Hüseyn Ənsarian
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 715 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]