Bazar günü, 2023-02-05, 4:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

BİR NEÇƏ ŞƏXSƏ QIZ VERMƏYİN
2012-12-11, 7:36 AM
BİR NEÇƏ ŞƏXSƏ QIZ VERMƏYİN
İlahi maarifdə qeyd olunur ki, övlad Allahın əmanəti, Haqqın neməti, Pərvərdigarın bəxşişidir. Ulu Tanrının əmanətini qorumaq, ona yetirincə dini tərbiyə vermək, izdivac zamanı isə onun üçün yaxşı, pak və pakizə həyat yoldaşı seçməkdir.
Ər evinə gedən qız həyat yoldaşı və onun ailəsinin təsiri altına düşür. Hər halda, o mühitdə ər vasitəsi ilə ondan müəyyən şeylər tələb olunur. Buna görə də, qızın getdiyi ailə ilahi və mömin ailə olmalıdır. Həyat yoldaşı öz çıxarı qədərincə zahiri və daxili gözəlliklərə malik olmalıdır. Allah bütün bunları nəzərə alaraq ilahi və islami şərtlərə uyuşmayan şəxslərə qız verməyi qəti surətdə qadağan etmişdir.
Bir rəvayətdə Peyğəmbərin (s) dilindən deyilir: «Nikah bir növ bəndəlik və itaətdir. Sizlərdən hansınız qızını ərə verirsə, onu ərinin bəndəlik və itaət dairəsinə daxil edir. Buna görə də qızınızı kimə verməyinizə diqqət yetirməniz zəruridir». ("Bihar" c.103, səh.371)
İlahi göstərişlərə, dinə, haqq əqidələrə əhəmiyyət verməyən şəxsə, Quranın ifadəsi ilə desək, fasiq şəxsə qız vermək düzgün deyil. Əxlaqsız, təkəbbürə, qürrələnməyə, paxıllığa, tamaha, hərisliyə, səxavətsizliyə aludə olan və acı dil, nadan, səfeh, anormal, öz yaşayışını idarə edə bilməyən və qadın üçün problemdən başqa heç bir şey yaratmayan, şərabxor, səviyyəsiz və Allahın haramlarından çəkinməyən şəxslərə qız vermək qəti şəkildə qadağandır, həmçinin şəriətə zidd və insanlıqdan uzaqdır.
İndi isə bu mövzuda bir sıra rəvayətlərə nəzər salaq:
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Öz kəramət sahibi olan qızını dinsiz bir şəxsə ərə verən valideynə hər gün min lənət yağdırılır». (İzdivac dər İslam,55)
Hüseyn ibn Bəşşar imam Musa ibn Cəfərə (ə) yazdı: «Qohumlarımdan biri qızıma elçi göndərib. Lakin çox pis əxlaqa malikdir». Həzrət (ə) cavabında yazdı: «Əgər əxlaqı pisdirsə, ona qız vermə».("Bihar" c.103, səh.235)
İmam Sadiq (ə) «Nisa» surəsinin 5-ci ayəsinə əsaslanaraq ictimai, fərdi və əmanət məsələsində etimad olunmayan, mal verilməyə ləyaqəti olmayan nadan və səfehə qız verməyi qəti surətdə qadağan etmişdir. (İzdivac dər İslam 54-55)
Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Bilin ki, mən Allah tərəfindən şərabın haram olmasını elan etdikdən sonra şərab içən şəxs hər hansısa ailənin qızına elçilik etsə, cavab eşitməyə layiq deyil». (Həmin mənbəə)
İmam Rza (ə) buyurmuşdur: «Qızını şərabxora verməkdən çəkin. Əgər onu belə bir şəxsə ərə versən, sanki öz iffətli qızını zina olunmağa vermisən». ("Bihar" c.79, səh.142)
Bəli, ilahi vacibatlara əhəmiyyət verməyən, günahdan çəkinməyən, insani keyfiyyətlərə, lazımi ağıla malik olmayan, süst iradəli, haram içkilərdən çəkinməyən şəxs Haqqın əmanəti olan pak və möminə qıza sahib çıxmağa layiq deyil. Əks təqdirdə, qızın zay olması ilə yanaşı, ondan cəmiyyət üçün yararlı olmayan, ərinin bütün pis xüsusiyyətlərindən təsirlənən övladlar dünyaya gələcək. Bəşər elmi bu həqiqəti kəşf etməzdən öncə, altıncı İmam (ə) bu barədə buyurmuşdur: «Haramın təsiri nəsildə (övladlarda, törəmələrdə) özünü göstərir».("Vəsail" c.17, 1-ci bab, səh.81, 22043-hədis)
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 631 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 AGAHUSEYN   (2013-06-12 3:54 PM) [Daxil et]
ALLAH qorusun pis insanlardan bizi

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]