Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ana olmaq – böyük bir şərəfdir
2013-03-28, 6:54 AM | |
Ana olmaq – böyük bir şərəfdir Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, qadın hamilə olar - oruc tutan, gecə ibadəti üçün oyaq qalan, Allah yolunda can, malı ilə cihad edən insan kimidir”. Əgər ana hamiləlik dövrünü Allahı zikr etmək, Quran tilavət etmək, vacibatlarına diqqət etmək, İlahi məclislərdə iştirak etməklə keçirərsə, körpəsinin ruhiyyəsinə əvəzsiz təsir qoyacaqdır. Körpənin dünyaya gəlişi həm ata və həm də ana üçün ən şirin anlardır. Ancaq bu şirin anların acısını qadın təkbaşına çəkir. Onun bu əzab və əziyyəti Məsumların (ə) buyurduğuna görə, böyük savab və əcrə bərabərdir. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, yükünü dünyaya gətirir, onun üçün elə əcr vardır ki, əzəmət və böyüklüyü dərk edilə bilməz”. İmam Sadiq (ə) buyurur: "O qadın ki, doğum zamanı dünyasını dəyişər, Qiyamət günü onun üçün heç bir hesab yoxdur. Çünki övladını dünyaya gətirmək qəmi ilə vəfat etmişdir”. Hədislərdə oxuyuruq ki, qadın övladını dünyaya gətirəndən sonra ona xurma verin. Çünki Həzrət Məryəmə (ə) Allah bu halda xurma yeməsini əmr etmişdi. Ona Mədinə xurmasından yeddi dənəsini yedizdirin. Allah Təala buyurub: "İzzətimə, Cəlalıma, Əzəmətimə and olsun ki, əgər qadın övladını dünyaya gətirən gün xurma yeyərsə, övladı oğlan olarsa, səbirli olar. Qız olarsa, yenə səbirli olar”. Körpənin ilk qidası. Kuleyni nəql edir: "Körpənin ilk qidasını Fərat suyu və İmam Hüseyn (ə) türbəti qərar verin. Əgər olmasa, yağış suyu verin”. Azan və iqamə. Deyilənə görə, körpənin ilk fəaliyyət göstərən orqanı qulağıdır. Quran qulağa xüsusi əhəmiyyət verir. Qulaq ilk doğum anlarından fəaliyət göstərməyə başlayır. Səs uşağın zehninə təsir qoyur. Ona görə də körpə olan evdə haram səslər olmamalıdır. Əks təqdirdə, körpə fikri və ruhi cəhətdən zəhərlənmiş olar. Bir körpənin müsəlman kimi dünyaya gəlməsi üçün qulağına azan və iqamə oxunar. Körpə bu sözləri beyin yaddaşında saxlayar və şüaraltı olaraq ona əməl edər. Qulaq həm də ən son fəaliyyətdən düşən orqandır. Belə ki, bir insan dünyasını dəyişən zaman ona təlqinlər edilər. Ona görə də ilk eşitdiyi azanla son eşitdiyi təlqinlərin insan həyatındakı təsiri çox mühümdür. Məsumlar (ə) buyurur: "Körpə dünyaya gələn zaman yeddi əməl sünnətdir. Onların ən mühümü - ad qoymaq, başı qırxmaq, qırxılmış tükün çəkisi qədər sədəqə vermək, körpənin başına zəfəran yaxmaq, xütnə etmək (sünnət), qonşulara əqiqə yedizdirmək”. İmam Sadiq (ə) əqiqə qurbanını çox vurğulamışdır. İmam Musaya (ə) xütnəyə görə sual verilən zaman belə cavab vermişdir: "Körpəni yeddinci günü xütnə etmək sünnətdəndir”. Həzrət Baqir (ə) buyurur: "Sadiq adlar o adlardır ki, haqq bəndəliyinin iyini versin. Övladlarınız üçün ən üstün adlar - peyğəmbərlərin adlarıdır”. Beləliklə deyə bilərik ki, ana olmaq - İslam dininin nəzərinə görə çox şərəfli məqamdır. Bunun üçün ona dünya və axirət neməti əta edilər və günahları bağışlanar. Dünyaya gətirdiyi övladını saleh övlad kimi yetişdirərsə, Qiyamət günü şəfaətçisi olar. (Erfan/ Deyerler.org) | |
Views: 1165 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |