Bazar günü, 2019-08-25, 2:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Allah hansı boşanmaları bəyənmir? Boşanmanın ziyanları
2013-12-13, 10:13 PM
Allah hansı boşanmaları bəyənmir? Boşanmanın ziyanları
 

Allahın nəzərinə görə boşanma bəyənilməyən bir əməldir. Boşanma qadınla kişi arasında olan müştərək bir qərardır. Bəzən kişi təlaq üçün addım atır, bəzən də hər ikisi bu işə razı olduqlarını bildirirlər. (Erfan)
 
Psixoloji bir xəstəliyi olan bir kişi evlənir və ancaq bunu deməmişdir, onun nikahı məhv olmuşdur. Bir xəstə qadındır, bunu deməmişdir, toyu məhv olur. Çünki insanları aldatmaq istəyirlər. Ya da bir qızı oğlana göstəriblər, ancaq nikah bağlayanda görür ki, bu başqa bir qızdır. Bu da nikahı məhv edər. Allahın bu cür nikahlarla işi yoxdur. Allah və Peyğəmbər (s) o kişi və qadıının boşanmağını bəyənmir ki, hər ikisi sağlamdır. Heç bir səbəb olmadan, ya da vaxtının yaxşı keçməməsini bəhanə edərək, boşanmaq istəyirlər.
Bəzən belə olur ki, həyat yoldaşı beş uşaq dünyaya gətirmişdir, onun qiyafəsi daha bu kişinin xoşuna gəlmir, daha gözəl bir qadın axtarır. Bu da boşanmaya gətirib çıxarır. Boşanmanın səbəbi  əsasən ya həvəsdir, ya da şəhvət.
 
"Allah üçün bu dünyada özünü cəhənnəm atəşindən azad etmək istəyən insandan sevimlisi yoxdur. Ancaq təlaq kimi nifrət etdiyi əməl də yoxdur. Allahın təlaq kimi heç bir şeydən bu qədər zəhləsi getmir”.
 
Deməli, boşanan insanlar nifrətə layiqdirlər. Həzrət Peyğəmbər (s) buyurur:"Allah ayrılıq və təlaqa etdiyi nifrət qədər, heç bir şeyə qarşı bu qədər nifrət etmir”.
Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Düzdür, Allah təlaqı halal etmişdir və icazə vermişdir. Ancaq icazə verdiyinə baxmayaraq, halal əməllər içində təlaq kimi nifrət etdiyi əməl yoxdur”.
 
Həzrət (s) yenə buyurur: "Allah o insanın düşmənidir ki, həyatında çoxlu təlaq olmuşdur və qadını öz şəhvətinin oyuncağı etmişdir”.
İki il biri ilə yaşayır. Təlaqını verir və sonra başqasını alır və üç il də onunla yaşayır, onu da boşayır. Bu kişinin işi elə budur. O, Allahın nifrət etdiyi bəndədir. Allahın rəhmət qapısı onun üzünə bağlıdır.
 
İmam Sadiq (ə) buyurur: "O evlərdə ki, toy olur, Allah o evə aşiq olar. Bu ev yaxşı evdir. Ancaq o evlərdə ki, orada təlaq söhbəti gedir, Allahın o evə nəzəri kin və düşməncəsinə olar, həmin kişi və qadına nifrət edər və onlardan xoşu gəlməz”.
 
Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: "Allah yanında təlaq kimi nifrət edilən bir əməl yoxdur”.
 
Həzrət Peyğəmbər (s) bir nəfərə buyurur: "Arvad almısan?”. Dedi: "Bəli”. Buyurdu: "Nə edirsən?”. Dedi: "Təlaqını verdim”. Bir gün Peyğəmbər (s) yenə həmin şəxsi görür və buyurur: "Arvad almısan?”. Dedi: "Bəli”. Başqa arvad almışam. Buyurdu: "Nə edir?”. Dedi: "Təlaqını verdim”. Peyğəmbər (s) küçədə yenə həmin kişini görür və buyurur: "Evlənmisən?”. Dedi: "Bəli”. Buyurdu: "Xanımın nə edir?”. Dedi: "Təlaqını verdim”. Peyğəmbər (s) buyurur: "Səbəbi var idi ki, təlaqını verdin? Yəni arvadın dində deyildi?”. Deyir: "Yox”. Buyurur: "Ərinin haqqını yerinə yetirmirdi, bişirib-düşürmürdü?”. Deyir: "Yox”. Buyurur: "Təmiz deyildi, namazı qılmırdı?”. Deyir: "Yox”. Həzrət Peyğəmbər (s) buyurur: "Allah düşməndir və sevmir o kəsi ki, qadını öz oyuncağı etmişdir və o qadınları ki, kişiləri öz oyuncağı etmişdir”.
 
Baxaq görək, Quran nə deyir: "Və əgər o ikisinin (ər ilə arvadın) arasındakı çəkişmə və ziddiyyətdən qorxsanız, onda bir hakim kişinin ailəsindən və bir hakim qadının ailəsindən göndərin ki, əgər (aranı) düzəltmək qəsdləri olsa, Allah o ikisinin arasında uyğunluq yaradar”. ("Nisa” 35). Əgər ərlə arvad niyyətlərini pak etsələr, Allah gələr bu məclisin üçüncü şəxsi olar. Yəni gələr bu ardavla kişinin arasında məhəbbət icad edər. Fəryad çəkməklə və abırın getməsi ilə bu iş düzəlməz. Allah "Loğman” surəsində buyurur: "Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir”. (19). Yəni Allah buyurur ki, bərkdən qışqırmaq - ulaqların işidir. Siz insansınız, öz çətinliyinizi danışaraq, həll edin, çığıraraq deyil.
 
Əgər məsələ boşanmaya qədər gəlib çıxıbsa, Quranın buyurduğu kimi, ərlə arvadla yanaşı hər iki tərəfdən ağsaqqal iştirak etməlidir və qalanları bu işə qarışmamaılıdır. Əgər qarışan olarsa, ən azı qeybət edər, töhmət vurar. Bu da böyük günahdır.
 
Həzrət Peyğəmbər (s) buyurur: "Mən sizi bəylə gəlinin, insanların və onlarınailələrinin arxasınca qeybət etməkdən qorxuduram”.
Allah bizi möminlərdən qərar versin.
 
 
 /Deyerler.org/
 

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 1228 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]