Bazar günü, 2024-12-22, 7:16 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

ALLAH bala dilində
2012-11-20, 7:33 AM
ALLAH bala dilində
Dünyada hər bir varlığn fani, lakin Allahın əzəli və əbədi olduğunu bilib uşaqlara Allah barədə danışmaq onlarda yenilməz arxa və güvən yerinin formalaşmasına səbəb olur.

Fanilikdən əbədiliyə
Yəqin ki, hər bir valideyn "Ata, Allah baba hardadır? O necədir?" kimi suallarla qarşılaşıb. Bəzi hallarda valideynlər şəxsi düşüncə səviyyələrinə uyğun cavab verir, "bəzən "hələ balacasan, böyüyəndə bilərsən" deməklə yaxalarını birtəhər uşaq sorğu-suallarından qurata bilirlər. Amma bu, həll yolu deyil, uşaq zehni ağ vərək kimi təmiz və safdır. Valideynlər ilkin məlumatları onlara necə yazarlarsa, uşaqlar həmin düşüncə ilə böyüyər, ya sağlam ya da təhrif olunmuş əqidə ilə tərbiyə olunarlar. Lakin adi mövzularda uşaqlarla rahat söhbət etmək mümkün olsa da, Allah peyğəmbərlik, axirət və bu kimi mövzularda hər hansı bir fikir söyləmək və bu fikir üzərində onların zehnlərində təsəvvür yaratmaq olduqca çətindir.
Hələ müasir dövrün uşaqlarının əvvəlkilərindən düşüncə baxımından daha üstün olduqlarını nəzərə alsaq, mövzunun həm əhəmiyyətinin artdığını, həm də xeyli çətinləşdiyinin şahidi olarıq. Belə ki, 15-20 il bundan əvvəlki uşaqların ağlına hələ gəlməyən mövzular bugünkü uşaqlar üçün olduqca adi və sadə məsələdir. Və bu düşüncə tərzi özünü bütün sahələrdə biruzə verir. 15-20 il bundan əvvəl Çarli Çaplinə, Mikki Mausa baxıb qəhqəhə çəkən uşaqlar bu gün onlara nəinki gülmür, heç baxmaq belə istəmir. Bütün bunlar bu günün valideynlərinin üzərinə ağır vəzifələr qoyur və onları bir qədər fərqli tərbiyə üsulundan istifadə etməyə vadar edir.
Amma hər bir çətinliyin bir çıxış yolu var.
Uşaqlar ətrafdakılara ehtiyac duyduqlarından onlara Allah barədə söhbət etmək daha çox əhəmiyyət kəsb edir. Uşaqlar onlara lazım olan oyuncaqların, yeməklərin və paltarların valideyinlər tərəfindən aldığını görür və onlara olan ehtiyaclarını hiss edirlər. Onlarda "ata-anama qulaq asmasam, mənə filan oyuncağı və paltarı almaz" fikri yaradıb onlara itaət edirlər. Bəs gecə ilə gündüzün bir-birini əvəz etməsi, yağışın yağması və s.? Axı bu kimi halllarda onlar bütün bunların baş verməsində valideynlərinin rolu olmadığını görür və yenə də başqa bir qüvvəyə ehtiyac duyduqlarını başa düşürlər.
Uşaqların verdikləri suallar tək bunlarla məhdudlaşmır. Yaxınlarından birinin dünyasını dəyişdikdə "Ata, indi o hardadı, nə vaxt gələcək, yanında kim var?" kimi suallar verdikdə, cavablar sadə olduqca qəlizləşir. Çünki qarşı tərəfimiz özümüz yaşda olan deyil, hələ çox şeyi başa düşməyən, amma başa düşmək istəyən azyaşlı uşaqdır. Bəs bu ehtiyacları onlara nə yolla başa salmaq lazımdır?

Əlaqə yaratmaq
Valideyinlər uşaqların verdikləri sualların qarşısında acizlik göstərməməli, "bilmirəm" deyib yaxalarını bir kənara çəkməməlidirlər. Valideynlər, hər şeydən əvvəl, hədislərini, kiminsə dünyaya gəlişini və dünyadan köçməsini Allahla əlaqələndirməlidirlər. Bu valideynlərin atmalı olduqları ilk addımdır.

Fikir azadlığı
Uşaqlar Allah barədə doğru təsəvvür olunsun deyə, onlara fikir və sual azadlığı vermək lazımdır. çünki mənəvi saflığa nail olmağın ən doğru yolu Allah barədə sərbəst danışmaq və fikir mübadiləsi etməkdir.
Psixoloqlar belə belə bir fikirdədir ki, uşaqlara öz fikir və əqidələrini bildirməyə imkan vermək lazımdır. Bundan sonra verəcəyimiz suallarladüşüncə dairələrini genişləndirin. Onlarda irəliləyiş müşahidə etdikdəəmin ola bilərsiniz ki, həmin bu yoldan istifadə edərək onların düşüncə tərzini daha da inkişaf etdirə bilərsiniz. Növbəti sayımızda uşaqların yaş fərqindən aslı olaraq onların din və Allah barədə necə söhbət etməli olduğumuzu öyrənə biləcəksiniz.

Hədis güzgüsündə
Həzrət Muhəmməd (s) buyurur: "Nə qədər ki, uşaqların ətrafındakılar onları Allahdan uzaqlaşdırmayıblar, onlar yaradıldıqları sağlam fitrətə sahib olarlar"
Bəzi valideynlər elə güman edirlər ki, uşaqları ilə Allah barədə danışmaq onların işi deyil və onlar böyüdükdə özləri bunu başa düşməli və ya ruhanilər tərəfindən öyrədilməlidirlər? Bir halda ki, bu, məhz onların üzərinə düşən vəzifədir, onların bu işdə səhlənkarlıq göstərmələri böyüdükdə acı nəticələr verə bilər.
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 832 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]