Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ailə təməli
2012-11-20, 12:15 PM | |
Ailə - ərəb mənşəli söz olub olduqca maraqlı etimoloji kökə malikdir. Ailə - bir-birinə dayaq olan, bir-birinə dəstək verən iki tərəf mənasını ifadə edir. Daha dəqiq desək, ailə - tərflərindən biri kənara çəkildikdə, digəri tab gətirə bilməyib yerə çökən hər hansı bir əşyaya deyilir. Bir anlığa uşaqların qurduqları evcikləri gözləriniz önünə gətirin. Fiqurlardan birini çəkdikdə digər fiqurlar tab gətirə bilməyib çökdüyü kimi, ailə üzvlərindən biri onu tərk etdiyi zaman ailə təməli tab gətirə bilməyib çökür. Ailənin bütün ünsürləri əsasdır. Onlardan biri olmadıqda digərinin mövcudluğu da süquta məhkum olur. Əslində, ev - ailənin cismi, ailə isə evin ruhudur. Cisim (ev) almadan ruh heç nəyə yaramadığı kimi, ruh olmadıqda cisim də yararsız olur. Quranda "ev" kəlməsi üçün iki maraqlı ibarədədn istifadə edilir: 1. Bəyt - gecələmək. Ərəblər səhrada qurduqları çadırlarını bilirdmək üçün "bəyt" (gecələmə yeri) kəlməsindən istifadə edirlər. 2. Dar - dolanıb yenidən əvvəlki yerinə qayıtmaq. (Bu mənadan istifadə edərək ərəblər bir-birindən sonra gələn zəmanəyə də dövr deyirlər). Divar - kəlməsi də məhz bu mənadan götürülmüşdür. Belə ki, evin divarları dörd bir tərəfə dövrə vuraraq əvvəlki yerinə qayıdır. Lakin müasir dünya özündə ailə adlı bir qurum saxlasa da, onun yaşam yeri olan evi "dar" halından çıxararaq "bəyt" halına salmışdır. Bir-birini axşamdan - axşama görən ailə üzvləri ruh düşkünlüyündən əziyyət çəkər, ailəçilik ruhunu yaşaya bilmirlər. Robotlaşan ailələr bir-birinin dərdinə şərik ola bilmir. Robotların hissələri dəyişdiyi kimi, onlar da xəyanətə məruz qalıb bir-birini əvəz edirlər. Nəticə: Boşanmaların sayı artır, uşaqların üzünə kədər qonur. Bunlar məsələnin görünən tərəflərinir. Nəzərə alaq ki, milyonlarla kişi və qadın pozğunluğa qurşanır, onların övladları isə tüfeyli həyatda, böyüdükdə isə narkomaniyaya və pozğunluğa üz tuturlar. | |
Views: 853 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |