Çərşənbə günü, 2023-02-08, 5:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Ailəsi ilə pis rəftar edənin aqibəti
2012-10-18, 2:32 PM
Ailəsi ilə pis rəftar edənin aqibəti

Həzrət Peyğəmbər (s) buyurub: "İnsanların ən pisi - ailəsinə tələbəkar olanıdır”. Bir nəfər soruşur: "Ailədə tələbkar olmaqda məqsəd nədir?” Buyurur: "O zaman ki, kişi evə daxil olur, arvadı qorxar və uşaqları qorxar və qaçarlar. Evdən çıxan zaman isə arvadı sevinər”.
Pis əxlaq və pis xasiyyət sahibi olmaq - əxlaqi rəzillikdir. İslam onu daima məzəmmət etmiş və bəyənməmişdir. Onun əksi olan xoş əxlaqlılıq və xoş xasiyyət olmaq - əxlaqi fəzilətlərdəndir ki, həm Quran və həm də Məsumlar (ə) onu tərifləmiş və bəyənmişdilər. İmam Sadiq (ə) buyurur: "Hər kim pis xasiyyətlidir - narahat olsun”. İnsan pis əxlaqı nəticəsində həm özünə və həm də ətrafdakılara böyük zərər vurar. Böyük nemətlərdən məhrum olar, aqibəti isə əzabla sonlanar.
 
Bir gün Peyğəmbərə (s) ərz edirlər: "Filan qadın gündüzləri oruc tutur, gecələri ibadət edərək keçirir, ancaq xasiyyəti pisdir. Bu xasiyyətinə görə qonşularına əziyyət verir”. Həzrət (s) buyurur: "Onda heç bir xeyr yoxdur. O, cəhənnəm əhlindəndir”. Həzrət (s) başqa yerdə buyurur: "İnsanın pis xasiyyəti onu cəhənnəmin dibinə çatdırır”. Peyğəmbərimiz (s) başqa yerdə buyurur: "Allah pis xasiyyətli insanın duasını qəbul etməyi qadağan etmişdir”. Soruşdular: "Niyə, ya Rəsulallah?” Buyurdu: "Ona görə ki, günahından tövbə edəndə başqa daha pis günaha batır”.
 
Pis xasiyyətin müalicəsi
Bu xüsusiyyəti müalicə etmək üçün insan bu xüsusiyyətin dünya və axirət əzabını yadına salmalı və dərk etməlidir ki, bu xüsusiyyətə görə həm Xaliq onunla düşməndir və həm də məxluqlar. Ona görə də özünü islah etməyə çalışmalıdır. Hər bir əməl görəndə və ya hər sözü deyəndə fikirləşib desin. Çalışsın ki, xoş xasiyyət olsun. Peyğəmbər (s) buyrur: "Qiyamət günü əməl çəkisinin gözündə xoş əxlaqdan gözəli yoxdur”. Həzrətdən (s) soruşurlar: "Hansı möminin imanı daha üstündür?”. Buyurur: "Xoş xasiyyət olanı”.
Həzrət (s) başqa yerdə buyurur: "Sizlərdən mənim yanımda ən sevimli olanınız və Qiyamət günü mənə ən yaxın olanınız - sizlərin ən xoş xasiyyət olanıdır”. Peyğəmbər (s) buyurur: "Ola bilsin ki, bəndə az ibadət etsin, ancaq xoş xasiyyətinə görə axirətdə əzim və şərəfli dərəcəyə çatsın”. Həyat yoldaşı Ummi Həbibəyə buyurur: "Xoş xasiyyət insan, dünya və axirətin yaxşılıqlarını götürər”. Həzrət (s) yenə buyurur: "Xoş əxlaq sahibini, gündüzləri oruc tutan və gecələri ibadətlə məşğul olan kəsin dərəcəsinə çatdırar”.
İmam Baqir (ə) buyurur: "Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ya Rəsulallah! Mənə vəsiyyət et”. Həzrət (s) ona bir neçə şeyi tövsiyə edir və onlardan biri də bu idi ki, mömin qardaşlarınla xoş üzlə görüş”.
 
İmam Sadiq (ə) buyurur: "Yaxşılıq və xoş xasiyyət ölkəni abad edər və ömürləri uzadar”.
Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, Allah sizlərdən birinə xeyir əta edər, ilk növbədə özünü və ailəsini onunla bəhrləndirər”.
İslam dinində ailə ilk sırada yerləşir. Həzrət Peyğəmbər (s) buyurur: "Ailədən başlayın və hər kim yaxındır, onu müqəddəm bilin”. İmam Səccad (ə) buyurur: "Bazara girsəm və ailəmin ehtiyacı olan əti almaq üçün yanımda pul olarsa, mənim üçün qul azad etməkdən daha sevimlidir”.
Ailəyə həmişə yaxşılıq etmək bəyənilmişdir. Ancaq cümə gününün xüsusi yeri vardır. Həzrət Peyğəmbər (s) buyurur: "Cümə günü ailənizi meyvə və ya ətlə bəhrələndirin ki, cümə gələndə sevinsinlər”.
 
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Ailəyə xidmət etmək böyük günahın kəffarəsi, İlahi qəzəbin yatızdırılmasına səbəb olan amil, behişt hurilərinin mehriyyəsi və dərəcənin artmasına səbəb olar. Ey Əli! Ailəsinə ancaq o kəs xidmət edər ki, ya siddiqdir, ya şəhiddir, ya da Allahın dünya və axirət xeyrini istəyən kəsdir”.
Ailəyə yaxşılıq etmək dünya və axirət mükafatını artırar. Peyğəmbərimiz (s) buyurur: "Evə daxil olanda salam ver və Allah bərəkətini artırar”.
İmam Səccad (ə) buyurur: "Sizlərdən Allah yanında ən bəyənilmişi - sizlərdən ailəsinə daha çox bəhrə verənidir”. İmam Kazım (ə) buyurur: "Hər kim qardaşları və ailəsi ilə yaxşı davranar, ömrü uzun olar”.
 
Həzrət Peyğəmbər (s) Səd ibni Məazı basdırıb, geri qayıdanda insanlar ona ərz edirlər: "Ey Allahın Rəsulu! Sədlə elə davrandın ki, heç kimlə o cür davranmırdın. Cənazəsini cübbə və ayaqqabısız müşayiət edirdin?” Buyurdu: "Mələklər cübbəsiz və ayaqqabısız onun cənazəsinə gəlmişdilər. Mən də onları təqlid edirdim”. Soruşdular: "Bəs niyə gah tabutun sağ tərəfindən və gah da sol tərəfindən tuturdun?” Buyurdu: "Əlim Cəbrayilin (ə) əlində idi və o, tutduğu yerdən mən də tuturdum”. Dedilər: "Onu qüsl etməyi əmr etdin, özün onun üçün namaz qıldın və özün torpağa tapşırdın? Sonra buyurdun ki, qəbir əzabı Sədə gəldi”. Buyurdu: "Bəli! Onun ailəsi ilə rəftarı kobud idi”.
Ailədə xoş əxlaq və xoş xasiyyət nümayiş etdirmək biz möminlərin vəzifəsidir. Axı biz Məsumların (ə) davamçılarıyıq.
 
(Tebyan/ Deyerler.org)

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 789 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 İstiğfar   (2012-10-19 1:11 PM) [Daxil et]
ALLAH RAZI OLSUN

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]