Cümə axşamı, 2024-04-25, 0:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Ailənin xoşbəxt olması üçün qarşılıqlı hüquqlara riayət edilməlidir
2013-06-22, 8:37 AM

Ailənin xoşbəxt olması üçün qarşılıqlı hüquqlara riayət edilməlidir


 

 Bir ailənin süqut etməsi ərlə arvadın bir-birinin haqlarına agah olmaması, ya da qarşı tərəfin haqlarını görməməzliyə vurması və ya riayət etməməsindən irəli gəlir. Bu zaman ailə bönövrəsi titrəməyə başlayar. Qadınla kişi bir ailənin əsli sütunlarını təşkil edirlər.

"Qadınların boynunda kişilərin (talaq vermək, gözəl davranmaq, başqa bir arvad almaq, səfərə çıxmağı qadağan etmək, övladın başçılığı, irs və sairə) haqları olduğu kimi (fitrət və şəriətin hökmü baxımından) kişilərin boynunda (da) onların (dolanışığının təmin olunması, gözəl davranmaq və varislik kimi) bəyənilən hüquqları vardır”. ("Bəqərə” 228). Bu ayə həyat yoldaşlarının bir-birinə qarşı olan haqlarını bəyan edir.

 

"Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması - Onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. ("Rum” 21). Allah bu ayədə bir qadınla kişinin arasında olan dostluq və mehribanlığı bəyan edir.

 

"Onlarla yaxşı rəftar edin”. ("Nisa” 19). Allah bir çox ayələrində qadınlarla yaxşı rəftar etməyi tövsiyə edir və qadınları İlahi əmanət adlandırır. Ərlə arvad arasında olan yaxşı rəftar ailədə rahatlıq və hüzur yaradar.

 

Hədislərdə oxuyuruq ki, bir təbəssüm və gülüş ailədə olan gərginliyi aradan qaldırar. Başqa bir hədisdə isə oxuyuruq ki, bir ailənin xoşbəxt olması üçün ailə üzvləri bir-birinə güzəşt etməli və əfv etməlidirlər. "(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün)”. ("Şura” 37).

 

Həqiqi möminlər qəzəblənən zaman bir-birini əfv etməyi bacarmalıdır. Bir çox psixoloji problemlər və sui-zənlər əfv ilə aradan qaldırılmışdır. "Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər”. ("Nur” 22).

 

Məgər istəmirsinizmi ki, Allah sizi bağışlasın? Siz bağışlayın ki, Allah da sizi bağışlasın. İmam Səccad (ə) buyurur: "Həyat yoldaşının haqqı budur ki, bilməlisən ki, Allah onu sənin rahatlığın, hüzurun üçün qərar vermişdir. Bil ki, o, Allahın nemətidir. Sizlərdən hər biriniz həyat yoldaşına görə Allaha şükür etməlidir. Allahın neməti ilə yaxşı və mehriban rəftar etməlidir. Baxmayaraq ki, sənin haqqın ondan çox və üstündür, sənə itaət etmək ona vacibdir, o yerə qədər Allahın günahı hesab olmaz, layiqlidir ki, həyat yoldaşını əziz tutasan, onunla mülayim rəftar edəsən. Ancaq onun da sənin üzərində mehribanlıq və əfv haqqı vardır”.

 

Əgər ailə sağlam olarsa, cəmiyyət də sağlam olar. Hər ikisinin bir-biri ilə sıx raitəsi vardır.

"Ey insanlar! Pərvərdigarınızla müxalifətlik etməkdən çəkinin. O kəs ki, sizlərin hamınızı bir insandan xəlq etmişdir. Onun həyat yoldaşını da öz cinsindən xəlq etmişdir. O ikisindən, qadın və kişidən (yer üzündə) çox yaymışdır. Allahdan çəkinin, o zaman ki, bir-birinizdən bir şey istəyirsinizsə, Onun adını çəkin”.

 

"Qadınlarınız sizin tarlanızdır. Buna görə də istədiyiniz tərəfdən və istədiyiniz zaman öz tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad əldə etmək niyyəti ilə) özünüz üçün irəliyə (savab) göndərin. Allahdan qorxun və bilin ki, həqiqətən, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver”. ("Bəqərə” 223).

 

Quranın başqa bir yerində oxuyuruq ki, qadınla kişi bir-birinin libasıdır. Hər ikisi bir-birinin zinəti və bir-birini hifz edənlərdir. "Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız”. ("Bəqərə” 187).

 

Beləliklə deyə bilərik ki, bir ailənin xoşbəxt olması və hüzur içində yaşaması üçün bir-birinin hüquqlarına riayət etməyi və güzəşt etməyi bacarmağı lazımdır. Bir cəmiyyətdə qanun-qayda olduğu kimi, ailənin də öz nizam və qanunları olmalıdır. Ailə hər nə qədər Allaha yaxınlaşmağa çalışarsa, o zaman sağlam və xoşbəxt ola bilər.

 

(Tebyan/Deyerlər)

 

Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 687 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]