Bazar günü, 2024-12-22, 4:25 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Ailənin başçısı niyə kişi olmalıdır?
2014-03-03, 3:38 PM
Ailənin başçısı niyə kişi olmalıdır?
 
Ailənin başcısı kişi olmalıdır. Səbəb isə yaradılışdandır. Ailədə vəzifələr qadın və kişinin fitri xarakterinə görə bölüşdürülmüşdür. Qadın anadır, tərbiyəçidir, nəvaziş göstərəndir, övladlarına sevgini, əxlaqı, mərhəməti, həyanı, emosionallığı aşılayandır. Qəddarlıq, sərtlik, gərginlik anadan uzaq olmalıdır ki, övladlarını psixoloji cəhətdən sağlam tərbiyə edə bilsin. Ana nəvazişinin azlığı, ananın övladıyla sağlam rabitənin az olması uşaqda aşağıdakı təsirləri qoyur:
 
Özünü ifadə etmə zəifliyi
Özünə güvən azlığı
Şiddətli utancaqlıq
Özünəqapanma
İnsanlara qarşı güvənsizlik
Qaraqabaqlıq
Ümidsizlik
Qərarsızlıq
 
Deməli ananın öhdəliyi kifayət qədər mühüm və müqəddəsdir. Yəni bu mənəvi-psixoloji missiyanı icra etmək üçün anaya əlavə öhdəliklər yükləmək yolverilməzdir. Yəni ana özü psixoloji cəhətdən rahat olmalıdır ki, övladına da bu məqamları normal aşılasın. Çünki qadın kişi kimi intensiv pul qazanmaq yükünü, ailənin bütün qərarlarının yükünü öhdəsinə götürərsə, avtomatik olaraq onun səbri azalacaq, kobudlaşacaq, qaraqbaq olacaq, gərginliyi artacaqdır. Yəni hormonal olaraq kişi hormonlarını aktivləşdirəcəkdir. Bu da psixoloji və əqli problemlərə yol açacaqdır.
 
Qadınlar barədə bəzi hədislərə diqqət edək:
 
İmam Əli (ə): «Qadına onun gücündən artıq olan işi tapşırma. Çünki o, işçi deyil, bir güldür. Onu əzizləməkdə də həddini aşma və elə eləmə ki, (sənin yanında) kimisə şəfaət etməyə cürət etsin.» (Mustətrəfatus-Səraer, səh.143, hədis8 ) Allahın Peyğəmbəri (s): «Öz işini qadına tapşıran camaat heç vaxt qurtuluşun üzünü görməz.» (Nəvadirul-Ravəndi, səh.12 )
İmam Əli (ə): «Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir: Qürur, qorxaqlıq və xəsislik. Çünki qadın məğrur olsa özünü (naməhrəmin) ixtiyarına verməz. Xəsis (tutumcul) olsa, özünün və ərinin malını saxlayar, qorxaq olsa başına gələn (bədnamlığına səbəb ola biləcək) hər şeydən qorxar.» (Tuhəful-Uqul, səh.35 )
 
Ata-evin kişisi
Evin böyüyü, evin kişisidir. Qadının əsas vəzifələrini yuxarıda qeyd etdik. Yaradılış nizamında da kişi əvvəl, qadın isə sonradan kişiyə köməkçi, yardımçı, tamamlayıcı rolunda xəlq olunmuşdur. Yəni qadın kişinin ən yaxını, onun köməkçisi olmalıdır. Bu qaydadır. Əfsuslar olsun ki, müasir dövrümüzdə bir qrup xanımlar bunu anlamaq istəmir, öz həyat yoldaşlarını dinləməyi, onlara tabeçiliyi, onları evin böyüyü kimi qəbul etmirlər vəya etmək istəmirlər. Bu səbəbdən də ailələrdə mübahisələr, dava-dalaşlar olur və bunlar övladlara da təsir edir. Övlad öz ailəsində valideyn münasibətlərini necə görürsə, şüuraltı bu ona təsir edir.
 
Praktiki olaraq da qadına tabe olan kişilərin zəif və sınmış olduqlarının şahidi oluruq. Bəli, qadınından qorxan, çəkinən, liderliyini qoruyub saxlaya bilməyən kişi səhv edir. Ən sadə nümunə yeni evlənən xanımların öz həyat yoldaşlarının öz valideynləriylə görüş və yardımlarına mane olmasıdır. Bəli, bu ciddi problemdir. Evin kişisi konkret mövqe bildirməldir ki, xahiş edirəm mənim işlərimə və qərarlarıma qarışma və valideynlərimdən ayrı salma! Əks halda qadın kişinin bütün işlərinə müdaxilə edəcək və tədricən kişini mövqesiz bir hala gətirəcəkdir. Bu ailədə böyüyən oğlan uşağı xüsusilə kişilik xüsusiyyətlərindən zəif bir şəkildə böyüyəcəkdir. Halbuki bu dünyada hər zaman kişilik xüsusiyyətinə böyük ehtiyac vardır. Müasir imperialistlər cəmiyyətdə kişilik xüsusiyyətlərini-cəsarəti, mərdliyi, şücaəti  məhv etməklə cəmiyyətləri pozurlar, fəsadı yayırlar və öz ideologiyalarını yayırlar.
 
Qadınlara qarşı ifrat tolerantlıq-bəzi kişilərin səhvi
Bəzən bir qrup kişilər öz xanımlarının xətrinə dəyməmək üçün onların demək olar bütün istəklərinə, qərarlarına razılıq verirlər. Adını da qoyurlar tolerantlıq, əxlaq, qadına hörmət, qadını dinləmək və s. Bu sözsüz ki, çox səhvdir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi son sözü kişi deməlidir. Əlbəttə bu diktatura mənasına gəlməməlidir. Qadın da öz yerini bilib kişiyə ciddi müdaxilə etməməli və onun qərarlarına təsir etməkdən daşınmalıdır. Öz fikrini deyə bilər xanım, amma kişiyə deməlidir ki, son söz sənindir və qərarı sən verirsən. Qadına qarşı ifrat tolerantlıq aşağıdakı problemləri özüylə gətirəcəkdir:
Kişinin ailə başçısı olaraq mövqeyinin getdikcə zəifləməsi və ailə idarəçiliyinin xanıma təhvil verilməsi
Ailə idarəçiliyində (maddi-mənəvi) qərar yalnışlıqları
Qadının hormonal pozğunluğu-gərginləşməsi, kobudlaşması
Kişinin psixoloji problemlərinin yaranması və gərginliyi
Ailədə rabitə qırıqlığı
Xüsusilə oğlan övladının kişilik xüsusiyyətlərindən zəif olaraq böyüməsi
Qız övladının kişi haqda təsəvvürlərinin səhv istiqamətlənməsi
 
Ailədə həyat yoldaşlarının münasibətilə bağlı bəzi hədislər:
 
1 -Muhəmməd peyğəmbər (s): «Qadının öz ərinə bir içim su verməsi gündüzləri oruc tutub, gecələri namaz qılmaq üçün oyaq qaldığı bir ilin ibadətindən üstündür».
2 -İmam Əli (ə) buyurur: «Qadının cihadı ərinə yaxşı baxmasıdır».
3 -İmam Sadiq (ə) buyurur: «Ərinə əziyyət edib onu kədərləndirən qadın Allah dərgahından qovulmuşdur. Əri ilə nəzakətli olub onu incitməyən, həmişə sözünə qulaq asan qadın isə necə də xoşbəxtdir».
4 -Muhəmməd Peyğəmbər (s): «Əlbəttə, qadınların ən yaxşısı çox övladlı, qəlbi mehr-məhəbbətlə dolu, hicablı-örpəkli, iffətli, ərinin qarşısında təvazökar olan, qohumlarının yanında əziz olanlar eləcə də bədənini və zinətini ərinin yanında aşkar edib (ancaq) yad kişilərdən gizlədən, ərinin sözünə canla başla qulaq asıb əmrlərinə itaət edən, xəlvətdə gözəl libaslar geyib əri üçün bəzənən və özünü onun ixtiyarında qoyan qadınlardır.»
5 -Fatimeyi-Zəhra (s.ə) qadınlara buyurur: «Sizin ən yaxşılarınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır».

ihq.az
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 2053 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/2
Total comments: 3
0  
3 Ənfal   (2014-04-26 5:59 AM) [Daxil et]
imanli, istinad əlavə edilsə problem deyil. Allah sizdən də razı olsun

0  
2 imanli   (2014-03-22 10:07 PM) [Daxil et]
isterdim ki muselmanin muselman uzerinde haqlarina aid movzu yazasiniz ALLAH(c.c)sizlerden razi olsun insallah

0  
1 Hüseynçi72   (2014-03-06 12:40 PM) [Daxil et]
Salam Allah razi olsun Sizlerden.. bilmey isteyirdim bu saytda olan melumatlari bawqa saytlarda paylawmaga hallaig var? Allah razi olsun

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]