Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ailə – məşhurların dilindən
2012-11-16, 9:13 AM | |
Ailə – məşhurların dilindən Kişi aşiq olduğu üçün evlənir. Qadın ərə getmək üçün aşiq olur. A.Dürer Kişi evin beyni, qadın isə ürəyidir. F.Volter Xanımı gözəl olan xoşbəxt olar, gözəl olmayan filosof... Sokrates Bir çox kişi müvəffəqiyyətini ilk xanımına borcludur. İkinci xanımını da müvəffəqiyyətinə... Jim Backus Qadın psixologiyasını otuz ildir araşdırmama baxmayaraq bu böyük suala hələ də cavab tapa bilməmişəm: qadın nə istəyir? Sigmund Freud Tək canımla varlı və dəbdəbəli həyat sürməkdənsə, arvadımla birgə yoxsul yaşamağı üstün tuturam. A.Bullard Fikir və arzuları üst-üstə düşən ər-arvadın həyatı qədər gözəl həyat ola bilməz. B.Franklin Evlilikdə özünü xoşbəxt hiss edən adi insan tək-tənha yaşayan dahidən qat-qat xoşbəxtdir. D.Karnegi Evlilik cismani həzz üçün deyil, nəslin davamı üçün vacibdir. M.Qandi Özündən varlı qadınla evlənən kişi özü üçün arvad deyil, rəis alır. Naməlum Evlilik iki nəfərin bir-birinə deyil, bir səmtə baxmasıdır. Naməlum Yaxşı ər kar, yaxşı arvad kor olmalıdır. J.J.Russo Evlilik müharibə strategiyasına bənzəyir. Bir dəfə buraxılmış səhvləri düzəltmək olmur. F.Sidni Ailə çətinlikləri ər-arvadın iç üzünü aşkara çıxarır. S.Smayls Evlənmək öz hüquqlarını ikiqat azaltmaq və öz vəzifə borclarını ikiqat artırmaqdır. A.Şopenhauer Ər-arvad arasındakı əsl münasibət mübahisə vaxtı üzə çıxır. B.Şou Ana qəlbi möcüzələr xəzinəsidir. P.Beranje Ataların günahını, anaların fəzilətini uşaqların simasında görmək olur. P.Burje Ata olmaq asandır, atalıq etmək çətin. V.Buş Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. Demokrit Kimin rastına yaxşı kürəkən çıxıbsa, oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib. Demokrit Atanın pis vərdişləri övladların qüsurlarına çevrilir. D.Didro Yaxşı ana min müəllimə dəyər. C.Herbert Ən yaxşı ana o anadır ki, lazım gəldikdə uşaqları üçün atanı da əvəz edə bilsin. İ.Höte Atalarınızla yaxşı rəftar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəftar etsinlər. İbn Sina Anan və atan səni eyni vaxtda səsləyirsə ananın yanına get. Hz.Məhəmməd (s) Bütün günahlarımızı bağışlaya biləcək yeganə insan anadır. Naməlum Dünyada yeganə təhlükəsiz qadın anadır. M.Tven Uşağı bütə döndərmək olmaz, yoxsa böyüyəndə qurbanlar tələb edər. Ü.Hacıbəyli Yetim uşağı himayə edənlə mən cənnətdə tam bərabərik. Hz.Məhəmməd (s) Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. J.J.Russo Ata-ana öz uşaqlarına kiçik yaşda danışmağı, sonra isə susmağı öyrədir. R.Terner Uşaqlıqdakı ərköyünlüyün izi ömrün sonuna qədər qalır. İ.Turgenev Öz uşaqlığını yada salmayan adamdan uşaq tərbiyəçisi çıxmaz. M.Ebner-Eşenbax Tərbiyə vermək yuxudan oyatmaq deməkdir. Q.Hippel Ən adi nümunə ən bəlağətli moizədən təsirlidir. Seneka kovser.az | |
Views: 739 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |