Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
Ailədə davranış qaydaları
2012-11-15, 11:35 AM | |
Ailə ictimaiyyətin tə`məl daşı hesab olunur. Əgər bu tə`məl daşı sağlam və düzgün ailə tərbiyəsi əsasında qoyularsa, pak bir mühitin ərsəyə gəlməsinə zəminə olacaqdır. Amma əgər ailədə təlim-tərbiyə sönük və puç əxlaq əsasında icra olunarsa təbii ki, qeyri insani bir cəmiyyətin formalaşmasına səbəb olacaqdır. Ailədə əxlaq davranışlarını, üç əsas hissəyə bölmək olar. 1) Ər-arvad davranışı 2) Övlad valideyin davranışı 3) Valideyin övlad davranışı Ər-arvad davranışı Ər və arvad, hər bir ailənin qayəsi mehvərləridirlər. Bu iki mühüm şəxsi mehr və əməyi sayəsində ailə kamilləşir və ictimayi mühitdə özünə layiq olan məqamı kəsb edir. Amma çəx təssüflər olsun ki, bir çox ailələrdə ər və arvadın e`tinasız yanaşdığı bə`zi məsələlər mühüm problemlərə çevrilir və sonradan bunun qarşısını almaq ya çox çətin və ya da qeyri mümkün olur. Ər və arvad həyatın bütün”eniş-yoxuşunda” isti soyuğunda” bir-biri ilə şərikdirlər və onlara üz gətirən bütün problemləri aram və düzgün şəkildə həll etməlidirlər. Onlar bağladığı əhd peymana sadiq qalmalı, bir birinə qarşı maddi və mə`nəvi köməyi əsirgəməməlidirlər. Özlərinin heysiyyətlərini qoruyub saxlamalı və lazimi kamilliyə çatmaq üçün səy etməlidirlər. Ər arvadın əsas xüsusiyyətləri 1) Ehtiram Ər və arvadın ümdə vəzifələrindən biri də bir birinə qarşı ehtiram etmələridir. Ailədə olan ehtiram və hörmət məcburiyyət üzündən olmamalıdir, bəlkədə Allaha və pak olan sevgi, məhəbbətlərinə xatir həyata keçməlidir. Allah taala Qur`ani kərimdə buyurur: "Biz Adəm övladını ehtiramlı etdik” (İsra, 80). Sözsüz ki, Allah tala yanında ehtiramlı olan bir şəxs digər fərdlərin yanında da ehtiramlı olmalıdır. İmam Baqir(ə) buyurur: "Ailə qurqn bir şəxs öz yoldaşını əzizləyib hörmət etməlidir” Başqa bir hədisdə Allahın Rəsulu ərini qəzəbləndirən və ya xoşhal edən qadınlar haqqında buyurmuşdur: "Vay olsun o qadına ki, ərini narahat edib qəzəbləndirər və xoş o qadının halına ki, ərini özündən razı edər”. 2) Məhəbbət Məhəbbət ailənin davamıdır.Əgər bir ailədə qarşılıqlı məhəbbət, sevgi olarsa şübhəsiz ki, bu ailəni heç bir problem və çatışmamazlıq sarsıda bilməz, qurduqları sadə və mə`nalı həyatlarını heç bir maddi istəklərə qurban verməzlər. Allah taala, məhəbbəti ər və arvad arasında meyar hesab edərək buyurur: Biz onların arasında məhəbbət və rəhmət qərar verdik (Rum, 21). Əksər hallarda ər və arvad bir birilərinə olan məhəbbəti dilə gətirməli özlərinin həqiqi sevgilərini e`lan etməlidirlər. Bu sevgi və məhəbbət e`lanı onları yersiz bədgümanlıqdan nicat verəcəkdir. Allahın elçisi Məhəmməd (s) buyurur: "Qadınlarınıza olan məhəbbətinizi zahir edin, bu halda onların sizə əlaqə və xatircəmliyi çoxalacaqdır”. Rəsuli əkrəm digər bir hədisdə qadınların pisixalogiyasına işarə edərək buyurur: Kişinin qadınına söylədiyi "səni sevirəm” kəlməsi heç vaxt onun qəlbindən silinməyəcəkdir”. 3) Mülayimlik Adətən hər bir insan, başqaları ilə şirin, mehriban və mülayim davranmağı özünə borc bilir və hər cür kəskin, tünd və qəzəbli davranmaqdan lazımi qədər çəkinir. Onların bu əxlaqı hakim olduqları kollektivdə, ictimaiyyətdə səmimi dostluğun mehribanlığın yaranmasına zəmin olar. Allah taala, Qur`ani kərimdə buyurur: "Ürəyi daşlıqvə qəzəb ayrılığa səbəb olur” (Ali-İmran, 159). Qətiyyətlə demək olar ki, səmiyyət, mehribanlıq və mülayimlik ailədə daha lazımlı və zəruridir. Dünya xanımlarının seyyidəsi Həzrəti Fatimə (ə), ümməti mehriban və mülayimliyə də`vət edərək buyurur: "Sizin ən yaxşınız camaatla mülayim və mehriban rəftar edənlər, ən dəyərliləriniz isə öz həyat yoldaşı ilə mehriban olanlardır”. 4) Güzəşt. İctimayyətdə lazım olan mühüm məsələlərdən biri də güzəşt və əfvdir. Bu gözəl və insani əxlaqın cəmiyyətdə təşəkkül tapması , kin-küdurətin , bədbinliyin və digər rəzil əxlaqların yox olub getməsinə səbəb olur. Mütəal Allah Qur`ani kərimdə buyurur: "Əgər Allah tərəfindən günahlarınızın bağışlanmağını istəyirsinizsə, özgələrin nöqsanlarına göz yumun, və onları bağışlayın”. (Nur, 22) Əli (ə) güzəşt və əfvi cavanmərdlik hesab edərək buyurur: "Özgələrinin günahlarını bağışlamaq cavanmərdliyin nişanəsidir”. Güzəşt və bağışlamaq ailədə ər və arvad münasibərində çox lazımlı və inkar edilməz həqiqətdir. Həzrət Əli (ə) bunun zəruriyyətini xatırladaraq buyurur: "Hər bir halda qadınlarla mülayim və güzəştli olun (hətta öz vəzifələrinə əməl etməsələr də) onlarla mehriban və yaxşı davranın.Mümkündür bu yolla onlar da öz vəzifələrini layiqincə yerinə yetirsinlər”. Övlad- valideyn davranışları Allah-taala Qurani-kərimdə özünün məqam mənzilətindən sonra valideyinin yüksək məqam sahibi olduğunu önə çəkir və onlara hörmət etməyi əmr edərək buyurur: "Allahdan başqasına itaət etməyin və valideyinlərinizə yaxşılıq edin” ("İsra”, 23). Ayədən məlum olduğu kimi hər bir şəxs Allaha itaət və ibadət etməklə yanaşı, öz ata-anasının da xidmətində durmalı, onlara qulluq etməli və Allahın əmrinə müxalif olmayan buyuruq və göstərişlərindən çıxmamalıdır. Valideynə xidmət və ehtiram Bir nəfər Peyğəmbərin hüzuruna gəlib dedi: "Atam və anam dünyadan köçmüşdur. Yenə də onlara yaxşılıq etmək üçün imkan varmı? Həzrət buyurdu: Bəli. Onlar üçün namaz qil, əhdlərini yerinə yetir, Allahdan günahlarının əfv olunmasını dilə, dostlarının ehtiramını saxla, əlaqələrini kəsdikləri qohumlarla əlaqə yarat”. İmam Sadiq (ə) "Valideyinlərinizə yaxşılıq edin” ayəsinin təfsirində belə buyurur: "Ata-anaya ehsan və yaxşılıq onlarla mehriban və mülayimliklə rəftar etmək və həmişə xidmətində hazır olmaqdır”. İslam Peyğəmbərinin yanına biri gəlib dedi: "Mənə nəsihət et. Həzrət buyurdu: "Allaha heç zaman şərik qoşma, bu işin cəhənnəm əzabında yanmağına bais olacaq. Ata ananın diri və ya ölü olmasından asılı olmayaraq onlara yaxşılıq et”. Valideynləri həmişə özünüzdən razı edin Allahın peyğəmbəri Məhəmməd (s) buyurmuşdur: "Bir şəxs ata anası ondan razı halda sübh edərsə, Allah-taala cənnətin iki qapısını üzünə açacaq. Amma ata və ana övladından gecə-gündüz ərzində narazı olarsa, Allah cəhənnəmin dörd qapısını üzünə açacaqdır”. Həzrət buyurur: "Cənnətin könül oxşayan iyi beş yüz illik fasilədən hiss olunur, amma qohumlarla əlaqəsini kəsən və ata- anasının qarğışına səbəb olan şəxs heç vaxt o gözəl iyi duymayacaqdır”. Allahın Rəsulu hicrətə hazırlaşdığı vaxt, bir nəfər ona yaxınlaşıb dedi: "İstəyirəm məndə sizinlə mühacirət edəm. Amma ata-anam nigarandırlar və onların göz yaşları məni narahat edir. Peyğəmbər buyurdu: "Evinə qayıt və onları ağlatdığın kimi də xoşhal et”. Üç əsas vəzifə İmam Sadiq (ə) buyurmuşdur: "Üç şeyi tərk etmək heç kəsə icazə verilmir: 1) Dost-düşmənliyindən asılı olmayaraq baxmayaraq əmanətə xəyanət etməmək; 2) Kimliyindən asılı olmayaraq əhdə vəfa etmək; 3) Kafir ya müsəlman olmasına baxmayaraq ata-anaya məhəbbət və xidmət etmək”. İmam Kazim (ə) buyurur: "Bir nəfər Peyğəmbərdən (s) valideyinin hüququ barəsində soruşduqda Həzrət belə buyurdu: Övlad onları adı ilə çağırmasın, önlərində yol getməsin, onlardan qabaq oturmasın və övlad elə rəftar etməsin ki, onun ucbatından ata-anasını məzəmmət etsinlər”. Valideyn-övlad davranışları İmam Səccad (ə) buyurur: "Övladın haqqı odur ki, uşaq valideyinə mənsubdur və onun bu dünyada yaxşı və pis əməllərinə cavabdehdir. Ona yaxşı ədəb öyrətməli, aləmləri yaradan Rəb-bimizi tanıtdırmalı və Allaha ibadətdə ona kömək etməlidir. Yəqin bilin ki, əgər övladlarınıza yaxşılıq etsəniz savab yetişəcək, yox, əgər pislik etsəniz cəzasını görəcəksizniz”. Hər bir valideyin uşaqlarının təlim-tərbiyəsində ciddi səy göstərməli və bu yolda imkan daxilində əlindən gələni əsirgəməməlidir. Hər bir ailədə tərbiyə olan övlad valideyinin, xalqın, millətin gələcəyidir. Əgər övlad layiqli tərbiyə olunub ərsəyə gətirilsə, sabah ölkəsinin keşiyində duracaqdır. Həzrət Məhəmməd (s) buyurmuşdur. "Valideyinin övlad üzərində hüquqları olduğu kimi övladın da valideyin üzərində qarşılıqlı hüquqları vardır”. İlkin vəzifələr Əmirəlmöminin Əli (ə) övladın hüquqlarını belə xatırladır: "Hər bir atanın borcudur ki, övladına gözəl ad qoysun, gözəl tərbiyə versin və ona Quran oxumağı öyrətsin”. Başqa bir hədisdə islam Peyğəmbəri uşaqlara namazı təlim verməyi tövsiyə edərək buyurur: "Övladlarınız yeddi yaşına çatdığı zaman onlara namazı öyrədin”. Məlumdur ki, namaz və Quran əhval-ruhiyəsi əhatəsində tərbiyə olunan bir uşaq yetkinlik yaşına çatdıqdan sonra da bu yolu davam etdirəcək və azğın, əyri yollara düşməyəcəkdir. Beləliklə tərbiyə aldığı islam əxlaqına əsasən həmişə valideyinlərinin və xalqın xidmətində duracaqdır. Övladlara qarşı ədalətli olmaq Valideyinin əsas və həssas vəzifələrindən biri də övladları arasında ədalət və bərabərliyi gözləməkdir. Peyğəmbər (s) bu haqda belə buyurmuşdur: "Övladlarınıza hədiyyə aldıqda ədalətə riayət edin”. Başqa bir hədisdə buyurmuşdur: "Allahdan qorxun və övladlarınızın arasında insafla rəftar edin, necə ki, sizinlə də ədalətlə rəftar edilməyi xoşlayırsınız”. Mehribanlıq İmam Sadiq (ə) İslam peyğəmbərindən (s) rəvayət etdiyi bir hədisdə buyurur: "Allah övladını öpən valideyini mükafatlandıracaq və onları şad edənləri isə qiyamət günü şad edəcəkdir. Peyğəmbər (s): "Övladlarınızı sevin və onlara məhəbbət göstərin”-deyə buyurmuşdur”. Övladın ən çox ehtiyac duyduğu hisslərdən biri də ata-ananın nəvaziş və məhəbbətidir. Onlar hiss etməlidirlər ki, valideyinləri onlara qarşı səmimi, mehriban və qayğıkeşdirlər. Belə olduğu zaman uşaqlar da hər bir hadisə ilə üzləşdikdə valideyinə müraciət edəcək, onların xeyirxah məsiləhətlərinə qulaq asacaqlar. Valideyin məhəbbətindən məhrum olan uşaqlar, evdə özlərini yad hiss, edir, ailə mühitindən narazı və həmişə məyus, naümid olurlar. Əqrə ibni Habis Peyğəmbər (s) İmam Həsəni (ə) öpərkən dedi: Mənin on övladım var. İndiyə kimi heç birini öpməmişəm. Həzrət (s) buyurdu: "Özgələrinə məhəbbət və rəhm etməyənə Allah rəhm etməyəcək”. İmam Sadiq (ə) buyurur: "Uşaqlara qarşı heç bir fiziki hədd təyin etməyin, əksinə onları düzgün üsullarla tərbiyələndirin”. Əhdə vəfa etmək Valideyinlər çalışmalıdırlar ki, övladlarına verdiyi vədləri yerinə yetirsinlər. Əks halda uşaqlar onlara qarşı etinasızlıq edəcək və onların sözlərinə əhəmiyyət verməyəcəklər. İmam Kazim (ə) buyurur: "Övladlarınıza vəd verdiyiniz sözə əməl edin ki, onlar sizi özlərinin ruzi yetirənləri zənn edirlər”. Niyam Aqil | |
Views: 1416 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |