Cümə günü, 2024-03-29, 3:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

Ailədə bunlar varsa, o ailə artıq zədələnmişdir
2012-11-20, 12:05 PM
Ailədə bunlar varsa, o ailə artıq zədələnmişdir

Tərəflər arasında həyat yoldaşı olmaq sanki bir mükəlləfiyyətdir və bu mükəlləfiyyət məcburən yerinə yetirilirsə

İslamazeri.az-ın "Daily Telegraph”-a istinadən verdiyi xəbərə görə, mütəxəssislər evliliklərin tez dağılmasının və ya zədələnməsinin səbəblərini araşdırıblar.
Belə qənaətə gəliblər ki, müasir dövrdə insanları ən çox texnologiya uzaqlaşdırır.
Yeniliklərə yaranan maraq insanlar arasında uçurum yaradır.
Bir-birlərinə ayıracaqları vaxtı həmin işlərə sərf edirlər.

Araşdırmaya görə, əgər ailədə bunlar varsa, o ailə artıq zədələnmiş deməkdir:


Həyat yoldaşınız yatmağa gedir, siz isə televizora baxırsınız və bir-birinizdən xəbəriniz yoxdursa;
Biriniz yatarkən digəriniz kitab oxuyursa və ya internetdədirsə;
"Nə olub?” sualının cavabı "Heç” –dirsə;
Bir yerdə vaxt keçirməmək üçün bəhanələr axtarırsınızsa;
Yoldaşınız iş haqqında danışarkən onun çətinliyini bölüşmək əvəzinə "yenə də iş” deyib şikayətlənirsinizsə, yaxud hər hansı probleminizi danışarkən laqeydlik görürsünüzsə;
Bir-birinizin ailəsini ziyarət etməkdən xoşlanmırsınızsa;
Tərəflər arasında həyat yoldaşı olmaq sanki bir mükəlləfiyyətdir və bu mükəlləfiyyət məcburən yerinə yetirilirsə;
Uşaqlar xaricində danışacaq movzu qalmamışdırsa;
Bir-birini əzizləməyin yerini atmacalı sözlər alıbdırsa.
islamazeri.az
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 792 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]