Main » Files » Qadın » Ailə xoşbəxtliyi |
2012-11-16, 9:29 AM | |
Ailədə boşanma Ayrılmazdan əvvəl özünüzə belə bir sual verin: *Doğrudanmı müştərək ailə heyatımızı heç cür qoruyub saxlaya bilmərik? * Ayrılmaq istəmirəmsə, buna nə qədər səy göstərirəm? *Boşanmağımızın səbəbi nədir? Maddi təminatsızlıq? Cinsi zəiflik? Xəyanət? Yolxucu xəstəlik? Dinsizlik? Qısqanclıq, yoxsa nə? *Boşanmaqda qarşıya cıxan çətinliyi aradan qaldıra biləcəyik? *Bəs uşaq Təkbaşına onu necə tərbiyə edə biləcəyəm? Onu sağlam, əməlisaleh və imanla tərbiyə edib, böyüdüb boya-başa çatdıra biləcəyəm? Tərəf müqabilinizin səhvlərini aramazdan əvvəl özünüzün buraxdığınız səhvlərədə diqqət yetirin. Sonra öz-özlüyünüzdə boşanmağınızda səbəb olan amili müzakirə edin. Maddi təminatsızlıq çətin olsa da dözüləsidir, amma buna görə ailəni dağıtmağa dəyməz. Allaha təvəkkül edin və Peyğəmbərin (s.ə.s), məsum İmamların və səhabələrin sizin durumunuzdan qat-qat aşağı olduğunu nəzərə alıb onlardan ibrət alın.Bosanmağa səbəb olan cinsi zəiflik və ya yolxucu xəstəlikdirsə, yaşadığımız zamanda bunun da həlli tapılıb.Tələsik qərar verib yuvanızı erkən uçurmayın. Belə bir qərarı yalnız tibbin aciz qaldığı yerdə verin. Yox, əgər buna səbəb olan xəyanət, dinsizlik və ya qısqanclıqdırsa, yenə də ilk növbədə, özünüzə nəzər salın. Həyat yoldaşınız sizi qısqanırsa, səbəb sizin xoşagəlməz hərəkət və ya danışıq tərziniz ola bilər. Yox, əgər yersiz qısqanırsa, bu da boşanmağa səbəb olmamalıdır. Ona qalan sədaqətinizlə bunu sübut edin. Əvvəl-axır bir gün səhvini başa düşəcək. Dinsizkil çox ciddi məsələdir.Həyat yoldaşınızı vaxtaşırı məscidlərə aparın, dini söhbətlərə sövq edin, dini savadı olan dostlarınızdan bu işə kömək və məsləhət istəyin, onlarla ailəvi dostluq edin, namaz qılıb onu da namaz qılmağa təşviq edin. Göstərilən şeylər heç bir nəticə vermədikdə ona axirət əzabı barədə danışın. Bu da bir nəticə vermədikdə, əgər həyat yoldaşınız İslamdan çıxıb kafir olmuşsa, boşanın, yox, əgər İslam dinində qalıb dini ayinləri yerinə yetirmişsə, bu halda yenə də ona fürsət verin. Yaranan çətinliyin mahiyyətinə diqqət yetirin və çətinliyin həllində hər şeyə qadir olduğunuzu özünüzə təlqin edib Allahdan kömək diləyin. O sizi tək qoymaz. | |
Views: 864 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |