Bazar günü, 2024-12-22, 7:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

AİLƏDAXİLİ YÜKLƏNMƏ
2012-11-21, 8:56 AM
AİLƏDAXİLİ YÜKLƏNMƏ

Son günlər vətənimizdə ailədaxili diqqətsizlikdən şikayətçilərlə rastlaşırıq. Xüsusən yeni övladı dünyaya gəlmiş xanımlar özlərini narahat hiss edirlər. Bu məsələyə münasibət bildirmək qərarına gəldik. İki gənc evləndikdən sonra övladları dünyaya gələn andan problemin narazılıq tərəfi daha da qabarıq hiss olunur. Belə ki, övlada qayğı və diqqət göstərmək mütləqdir. Bu vəzifə də ən çox xanımın üzərinə düşür. Yazıq xanım həm yemək bişirir, həyat yoldaşını işə yola salır, evin digər işlərini görür və nəhayət övladına da baxır. Bu hal xanım üçün olduqca çətin vəziyyətdir. Üstəlik bundan əlavə əvvəlki kimi həyat yoldaşıyla daha çox həmsöhbət ola bilmir, əsas işi körpəylə məşğul olmaq olur. Şübhəsiz ki, bu gərgin günlərdən evin kişisi də təsirlənir.

Məsələnin həlli xanım üçün dayə yaxud ev işlərinə köməkçi bir nəfər təyin etməkdir. Əlbəttə ki, bu maddi cəhətdən imkanlı ailələrdə mövcuddur. Belə hallarda evin xanımına bir o qədər də yük düşmür. Maddi cəhətdən orta səviyyəli ailələrin bu muzdlu köməkçiyə imkanının çatmaması labüddür. Xüsusən bunu qayınanalar eşidəndə yazıq xanımı topa tutacaqlar. Deyəcəklər ki, bəs mən 10 uşağı necə saxlamışam. Siz cavanlar tənbəlsiniz. Ancaq yatırsınız. Halbuki o yaşlı qayınana 10 uşağı qətiyyətsiz, səhv və qarmaqarışıq mühitdə tərbiyə edib. Fəqət özünün bundan xəbəri belə yoxdur. Əlbəttə savadı imkan vermir ki, ailənin, uşaq sayının müəyyən olunmasının və uşaq tərbiyəsinin nə qədər mühüm olduğunu anlasın. İstisnalar qaydanı pozmaz.

Nəticə etibarilə bildiririk ki, bütün təzyiqlərə hətta maddi çətinliyə baxmayaraq evin kişisi xanımına muzdlu köməkçi təyin etməlidir. Bundan 100% əmin olsun ki, bu addım onun ailəsində düzgün rabitənin davamlılığına, ailənin daha da möhkəmlənməsinə və təyinatı üzrə mükəmməlləşməsinə olduqca böyük təsir göstərəcəkdir.

Vüsal Nadiroğlu
Sosial psixologiya üzrə tədqiqatçı
faktxeber.com
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 677 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]