Bazar günü, 2024-12-22, 7:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Qadın » Ailə xoşbəxtliyi

AİLƏDƏ OLAN QARŞILIQLI HÖRMƏT
2012-11-20, 7:06 AM
AİLƏDƏ OLAN QARŞILIQLI HÖRMƏT


Hədislərin birində oxuyuruq: "Bir zirək qadın Peyğəmbərin (s) xidmətinə gələrək, ona deyir: "Ey Allahın Rəsulu! Mənim bir sualım var və bu sual bütün Mədinə qadınlarının, bütün dünya qadınlarının və Qiyamətə qədər olan bütün qadınların sualıdır”. Peyğəmbər (s) buyurdu: "Bu nə sualdır?” Dedi: "Ey Rəsulallah, kişilərə elə imtiyazlar verilir ki, bu qadınlara verilmir”. Buyurdu: "Məsələn?”. O qadın dedi: "Ey Allahın Rəsulu, siz əmr etmisiniz ki, qadınlar cəbhəyə getməsinlər. Axı nə üçün ? Bu qədər böyük bir savaba kişilər çatırlar, ancaq qadınlar deyil?”. Peyğəmbər (s) bu sualdan çox xoşhal oldu və buyurdu ki, dünya qadınlarına de: "Əgər bir qadın cihad etmək istəsə, əgər bir qadın cəbhəninn ön sırasında olmaq istəsə, gərək ailə qursun, evdar olsun və ərinin rahatlığını təmin etsin. Yeməyi o niyyətlə bişirsin ki, əri evə gələndə rahat olsun, süfrəni ona görə açsın ki, əri rahat olsun, evdarlıq ona görə etsin ki, uşaqları böyüsünlər. Və bu qadının savabı cəbhəyə gedən kişilərin savabı kimidir”.

İslamın və Böyük Peyğəmbərin (s) fikrinə görə, ailə - yəni, cəbhənin ön sırası, ailə - yəni, cihad deməkdir. Hədislərdə oxuyuruq ki, əgər o qadın ki, süfrə açar, onu toplayar, yemək bişirər və qabları yuyar - Allah onun bütün günahlarını ərinə xatir etdiyi bütün bu işlərə ğörə bağışlayar.

Artıq bu xislət qadında vərdiş halını alacaqdır və o fədakarlıq etməyə öyrəşəcəkdir, belə ki, daim başqalarının rahatlığını düşünəcək və övladlarının qayğısına qalan bu qadın ailədə heç vaxt təkəbbür göstərməyəcəkdir. Zünki qarşılıqlı anlayış görən bu qadın bilir ki, təvazökarlıq yaxşı xüsusiyyətdir, ancaq təkəbbür Allahın bəyənmədiyi sifətlərdən biridir. Bu sifət o qədər pisdir ki, hətta iblis Həzrət Nuhun yanına gəlir və deyir: "Nuh, istəyirəm sənə bir nəsihət verəm və o budur ki, ehtiyatlı ol ki, təkəbbürlü olmayasan. Əgər təkəbbürlü olsan, dünya və axirətin əldən gedəcəkdir. Allah and içmişdir ki, təkəbbürlü adamı zəlil edəcəkdir və təkəbbürlü adam birbaşa cəhənnəmə gedəcəkdir”.

İmam Sadiq (ə) buyurur: "O kəsin ki, qəlbində bir zərrə təkəbbür olsa, o behiştə daxil olmayacaqdır”



Təkəbbürlü insan heç cəmiyyətdə də özünə yer tapa bilmir. Bəs onun əksi olan təvazökarlıq ha-radan yaranır? Təvazökarlığı ailə verə bilər. Belə ki, o qadın ki, ərinə cavab qaytarmaya və ərinin qarşısında təvazökar ola və o zaman ki, kişi qadına bir söz deyər və ondan "baş üstə” cavabı ala və qadın ondan bir şey istəyəndə kişi "baş üstə” deyər – bu ailədə sözsüz ki, təvazökarlıq olar. O qadın ki, təkəbbürlüdür, amma ərinin xoş üzünü görürsə, istəyinin qarşısında "baş üstə” cavabını alırsa - bu qadında olan təkəbbür təvazökarlığa çevrilər. O kişi ki, evdə həyat yoldaşına kömək edər, sözsüz ki, qadının ona olan münasibəti ehtiram və qarşılıqlı anlayış üzərində olacaqdır. Hədislərdə oxuyuruq ki, Peyğəmbər (s) keçini sağar, çörək bişirər, evi süpürərdi. Hədislərin birində oxuyuruq ki, Peyğəmbər (s) bir gün Əmirəl-möminin (ə) evinə gəlir və onu mərci təmizləyən halda görür və Həzrət Fatimə (s.ə.) də başqa işlə məşğul idi. Peyğəmbər (s) buyurdu: "Ya Əli! O kəs ki, arvadına kömək edər, min həcc və min ümrə savabına çatar”.

Ailə - yəni həcc və ümrə yeri, yəni cihad yeri və bundan başqa kişi bu zaman təvazökar olsa, onun təkəbbürü öz-özünə yoxa çıxar. Əgər insan bacararsa həmişə təvazökar olsun - bu çox yaxşıdır. Əgər ailə məktəb olsa, riya və təkəbbürü qəlbdən çıxartmaq olar. Bir şərtlə ki, həmin adam dərs oxumaq istəsin. Belə ki, bir uşaq məktəbə gedir, ancaq nadincliyi üzündən dərs oxumur və elm öyrənmir – müəllim ha çalışsın – uşaq istəməsə, xeyri yoxdur. Ailə də belədir - gərək oxumağı istəyəsən, təvazökar olmağı istəyəsən. Məktəb uşaqlara dərs verdiyi kimi, ailə də həm kişiyə, həm qadına dərs verir. Əgər yaxşı tələbə olmaq istəyirsinizsə, Allahın bəyəndiyi bəndə olmaq istəyirsinizsə, onda əfv etməyi bacarmalı, fədakarlıq etməyi öyrənməli və bütün bu sifətlərin ləzzətlərin əvəzolunmazlığını dərk etməliyik.

Ailənin təməlini qoyan ər və arvad bir-birini əfv etməyi bacarmalı, bir-birinə qarşılıqlı hörmət göstərməyi öyrənməli, bir-biri üçün fədakarlıq etməlidirlər. Və bu ailədə əgər ər və arvad təvazökardırlarsa, bu ailəni həyat məktəbi adlandırmaq olar və ondan bu dünya və axirət üçün çox şeyləri öyrənmək olar.

iman.ge
Category: Ailə xoşbəxtliyi | Added by: Ənfal
Views: 844 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]