Cümə günü, 2024-04-19, 3:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » «NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ » QISA KƏLMƏLƏR BÖLÜMÜ

«NƏHCÜL-BƏLAĞƏ»
2014-01-28, 9:38 PM

133-XƏVARİCLƏRİN NİKBƏTLİ, XARLI SONU

Əli (əleyhissalam)-ın dünənki dostları nadanlıq nəticəsində o Həzrətin yeni düşmənləri oldular və onun əmrindən çıxdılar. Ona görə bunlara Xəvaric deyirlər. Onlar nəinki bununla kifayətlənmədilər, əksinə Əli (əleyhissalam)-a qarşı müharibə e`lan etdilər və Əli (əleyhissalam)-ın arxadaşlarından bir neçə nəfərini öldürdülər. Nəhayət Əli (əleyhissalam) Nəhrəvanda onlarla qanlı müharibə etdi və onların hamısını həlakətə yetirdi (9 nəfərdən başqa ki, qaçdılar). Müharibədən sonra Həzrət onların ruhsuz cəsədlərinin yanına gəldi və onlara nəzər salıb xitabən buyurdu:

«Sizə əzab və nikbət olsun. Doğrudan da o adam ki, sizi aldatdı, sizə əvəz olunmaz zərər və ziyan varid etdi.»

Bir şəxs o Həzrətdən soruşdu:

«Onları kim aldatdı?»

İmam buyurdu: «Hiyləgər şeytan yoldan azdırandır və əmmarə nəfs onları arzularla aldatdı və onların üzünə günah yolunu açdı. Beləliklə onlara qələbə və`dəsi verdi ki, nəhayət onları cəhənnəmin yanar oduna atdı.»

İmam Əli (əleyhissalam) bu sözlərlə xəvaricin süqut, bədbəxtlik və zillətlərinin sirrini onların şeytan fətvasına əməl etmələrində və nəfsani həvəslərində bildi ki, onların fikri və siyasi inkişafına mane oldu və onları səadət sərhəddindən xaric etdi.

Və bu xəbərdarlıq və ixtar bizə və tarixin bütün insanlarınadır ki, xam arzulara ürək bağlamasınlar, ağla tabe olsunlar ki, xəvaricin nikbətli sonu kimi bir aqibət onların ətəyini tutmasın.

134-ƏLİ (ƏLEYHİSSALAM)-IN MƏHƏMMƏD İBNİ ƏBU BƏKRİN MATƏMİNDƏKİ YANDIRICI SÖZÜ

Əli (əleyhissalam)-ın müxlis, məhəbbətli və başbilən simalarından biri o Həzrətdən itaət yolunda şəhadətə yetişən Məhəmməd ibni Əbi Bəkrdir. O ziqə`də ayının 25-də «Həccətül-Vida» səfərində (10 hicri ili) Zul-həlifə diyarında (Mədinənin ehram bağlanan yeri) anadan oldu. Anası Əsma Ümeysin qızı idi ki, əvvəllər Cə`fəri Təyyarın yoldaşı idi və Cə`fərin şəhadətindən sonra Əbu Bəkrin həyat yodaşı oldu Əbu Bəkrin oğlu Məhəmməd də bu anadan doğuldu. Elə ki, Məhəmməd ibni Əbu Bəkr böyüdü, ali Əli və Əli (əleyhissalam)-ın haqq olduğunu bildi və ondan itaət yolunu seçdi. İmam Əli (əleyhissalam)-ın ona o qədər məhəbbəti var idi ki, buyururdu:

مُحمدٌ إِبْنى مِنْ صُلْبِ أبى بَكْرٍ

Əbu Bəkr sülbündən olan Məhəmmməd ibni Əbi Bəkr Əli (əleyhissalam)-ın qarşısında özündən elə ləyaqət və qoçaqlıq nişan verdi ki, Qeys ibni Sə`d ibni Übadəni o Həzrət Misrin valiliyindən çıxardı və onun yerinə Məhəmməd ibni Əbu Bəkri tə`yin etdi.

Məhəmməd Misrə getdi və İmam Əli (əleyhissalam) ona öz istəyinə əsasən höküməti idarə etmək qaydaları haqqında şərhli bir məktub yazdı. Müaviyə Məhəmmədə çoxlu məktublar yazdı ki, onu özünə tərəf cəlb etsin.

Lakin bir nəticə almadı və Məhəmməd ona aldanmadı. Axırda Müaviyə Misri tutmaq üçün Əmr Asın rəhbərliyi altında böyük bir diviziyanı Misrin üzərinə göndərdi. Məhəmməd Misir camaatını müqabiliyə də`vət etdi və ordu hazırladı. Və onu Kənanə ibni Bəşərin komandanlığı altında Əmr Asa tərəf yolladı. İki ordu arasında şiddətli müharbə baş verdi. Nəhayət Kənanə şəhadətə yetişdi və get-gedə Misir ordusu məğlub olub və dağıldı. Sonra Əmr Asın ordusu Məhəmməd ibni Əbi Bəkri tutub Müaviyət ibni Müdəycin yanına apardılar və çox danışdıqdan eləcə də Məhəmməd ibni Əbi Bəkrin möhkəm cavablarından sonra nəhayət Misirdə Müaviyət ibni Xüdəycin göstərişi ilə onun başını bədənindən ayırdılar. Onun pak peykərini ölümş eşşəyin dərisinin arasına qoyub odladılar və bu tərtiblə 38-ci ilin səfər ayında 28 yaşında Məhəmməd ibni Əbu Bəkr şəhadət şərbətini içdi.

Elə ki, Məhəmməd ibni Əbi Bəkrin şəhadət xəbəri Əli (əleyhissalam)-a çatdı çox məhzun oldu və buyurdu:

«O, şəhadətə yetişdi. Onu Allahın hesabına qoyuram. O, nəsihət qəbul edən və xeyirxah bir övlad idi. Çalışqan, iti və kəsici şəmşir, eləcə də sütun idi.»

Əbdürrəhman ibni Müsəyyib Fəzari ki, Əli (əleyhissalam)-ın Şamdakı məxfi mə`muru idi. Əli (əleyhissalam)-ın hüzuruna gəldi və dedi: «Elə ki, Məhəmmədin şəhadət xəbəri Şam camaatına çatdı və elə ki, Müaviyə onun öldürülməsi xəbərini mənbərdə e`lan etdi mən Şam camaatını heç bir vaxt bu cür görmədim ki, Məhəmmədin ölüm xəbərindən xoşhal oldular.»

İmam (əleyhissalam) buyurdu: «Lakin bil ki, bizim kədərimiz Şam camaatının şadlığından daha böyükdür.»

«Məhəmmədin şəhadətində bizim hüzn və kədərimiz Şamlıların şadlığı qədərdir. Çünki, onlar bir düşməni əldən verdilər, biz isə bir dostu itirdik. O, haqqın dostu və batilin düşməni idi.»

135-YENİ DOĞULUŞDA TƏBRİK QAYDASI

Allah bir kişiyə bir oğul vermişdi.

O kişinin dostu yanına gəldi və ona belə təbrik dedi: «Bu balacanın qəhrəman qədəmi mübarək olsun.»

İmam Əli (əleyhissalam)-ın da orada hüzuru var idi və onun təbrik qaydasını eşitdikdə. buyurdu:

Belə təbrik demə, əksinə bu cür de:

«Bağışlayana minnətdar ol və şükr et! Bağışlanan mübarək olsun. Ümidvaram böyüsün və sənin zəhmətlərinin qədrini bilsin. Və onun yaxşı əməllərindən xeyir görəsən.»

Bu tərtiblə nümunə oğulun ataya nisbətini belə tanıtdırdı ki, təkcə ataya heç bir ziyan və xətər yetirməz atası həmişə onun yaxşı işlərindən maddi və mə`nəvi xeyirlər görər.

136-İMAMIN ƏZA SAHİBİNƏ BAŞSAĞLIĞI

Bir şəxs dünyadan getmişdi. İmam Əli (əleyhissalam) o şəxsin qalanlarının yanına getdi və onlara belə başsağlığı dedi: «Bu ölüm sizdən başlanmayıb və sizinlə də sona yetməyəcək. Sizin bu keçmiş təzə dost və yoldaşınız bə`zi vaxt müsafirətə gedirdi. Budur o, yenə də müsafirətə gedib. Əgər səfərdən qayıtdı daha yaxşı, yoxsa siz ona tərəf gedəcəksiniz.» Bu tərtiblə İmam (əleyhissalam) həm qalanlarına ürək-dirək verdi (ki, bu ümumi bir məsələdir) həm də onlara ibrət dərsi öyrətdi ki, bir gün siz də ölüm karvanına qovuşacaqsınız.

Deyirlər: Ölkələr fəth edən böyük və məşhur sərkərdə İskəndər ölüm astanasında anasına belə vəsiyyət etdi «Mənim cənazəmi İsgəndəriyyəyə aparın anama deyin təam süfrəsi açsın və bütün camaatı də`vət etsin məgər o kəs ki, əzizini və dostunu əldən vermiş olsa. Qoy iştirakçılar acı xatirəsiz məclisə varid olsunlar. Elə ki, onun anası bu vəsiyyəti eşitdi, vəsiyyətinə görə müfəssəl təam hazırladı və bütün camaatı ora də`vət etdi. Bu şərtlə ki, əzizinin və dostunun dağını görməmiş olsun. Yemək zamanı heç kəs gəlmədi.

Ana vaqiənin səbəbini soruşduqda dedilər: «Siz şərt etdiniz ki, o adam ki, onun qəlbində dost və əzizinin dağı yoxdur məclisdə hazır olsun. Dünyada elə bir adam yoxdur ki, belə olmuş olsun. Ana vəsiyyətin sirrini anlayıb dedi: «Oğlum mənə ən yaxşı yolla təsəlli verdi.»

137-ƏMMARIN MÜĞEYRƏ İLƏ TOQQUŞMASI

Müğəyrətibni Şe`bə be`sətin beşinci ilində islamı qəbul etdi. O, zirək adamlardan biri idi və «Ərəb şeytanı» kimi şöhrəti var idi. Bu şəxs Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin rehlətindən sonra inhiraf yolda addımlayır və həyatda hədəfi qarın və məqam ələ gətirməkdə görürdü ki, bu yolda hər cür haqqı tapdamaq rüşvətxorluq və zülmdən çəkinmirdi.

Nəhayət Müaviyə tərəfindən Kufənin valisi oldu və yeddi il neçə aysa Kufədə hökumət etdi Müaviyənin göstərişlərini bir-bir icra etdi və nəhayət 49-cu hicri ilində taun xəstəliyi nəticəsində Kufədə dünyadan getdi.

Bu napak şəxsin müqabilində Əmmar Yasir adlı böyük və qiymətli bir adam var idi ki, düz onun əksinə olaraq Müaviyənin ən barışmaz düşmənlərindən idi. Və Əli (əleyhissalam)-ın ən müxlis arxadaşlarından və çox yaxın dostlarından hesab olunurdu. Əmmar Yasir axırda Siffeyn müharibəsində və mövlası Əli (əleyhissalam)-ın rikabında şəhadətə yetişdi. Bir halda ki, 94 il ömründən keçirdi.

Nəticə budur ki: Əmmar İmam Əli (əleyhissalam)-ın mehvərində addımlayırdı, Müğeyrə isə Müaviyənin mehvərində, ta bir gün bir mövzu üstündə Əmmar ilə Muğeyrə arasında düşməncəsinə söhbət və danışıq başladı. Bu xəbər Əli (əleyhissalam)-a çatdı. Əli (əleyhissalam) Əmmarı istədi və ona buyurdu: «Ey Əmmar! Onu (Muğeyrəni) burax! O, dini özünün dünyəvi mənafeyinə uyğun şəkildə əxz edibdir və əmələn haqqı özünə müştəbeh edibdir ki, öz batil şübhələrini özünün şum məqsədlərinə çatmaq üçün körpü qərar versin və onu özünün xilaf işləri üçün bir üzr kimi qələmə versin.»

Başqa sözlə Muğeyrə daha islah olunası deyil, qəlbi qaralıb və dünyanın zərq bərqi onu kar və kor edibdir ki, ona nəsihət etmək yumuruq vurmaq deməkdir.

138-HƏQİQİ, KAMİL İSTİĞFAR VƏ TÖVBƏ

Bir şəxs İmam Əli (əleyhissalam)-ın hüzurunda dedi:

«Allah dərgahından günahlarımın bağışlanmasını tələb edirəm.» Bir adamın bu cümləni səmimi qəlbdən ona e`tiqadı olub dilə gətirməsi çox göründükdən İmam Əli (əleyhissalam) ona buyurdu:

«Anan yasında otursun bilirsən istiğfarın mə`nası nədir?!»

İstiğfar – yüksək mərtəbəlilərin, şərif və mə`nəviyyatın yüksək səviyyəsində olanların məqamıdır.

Sonra İmam (əleyhissalam) daha çox izah üçün belə buyurdu: «İstiğfar bir kəlməsidir, lakin onun altı mə`na və məfhumu vardır:

1) Keçmiş günahlardan peşmanlıq.

2) Yenidən günaha tərəf qayıtmamaq üçün əbədi və qəti qərar.

3) Haqqun-nası əda etmək, belə ki, Allahla o cür görüşəsən ki, heç kimə borclu olmayasan.

4) Haqqullahı yerinə yetirmək (namaz, oruc, həcc...)

5) Diqqət edəsən o ətə ki, haram mal yeməkdən bədənində göyəribdir və onu keçmiş günahlarınla əlaqədar qəm və peşmanlıqla əridəsən ta onun yerinə təzə halal ət gəlsin. İlahi əhkamlardan itaət və onun ardınca getmək.

6) İtaətin çətinliyini özünə elə dadızdırasan ki, guya günahın ləzzət və şirinliyini dadırsan. Bu mərhələləri yerinə yetirəndən sonra edə bilərsən deyəsən:

«İlahi dərgahından bağışlanmaq tələb edirəm.»

Deyilməmiş qalmasın ki, tövbənin mərhələləri var. Şər`i tövbə həmən dörd əvvəlki xislətlə hasil olur. Lakin, həqiqi və kamil tövbə isə yuxarıda göstərilən mərhələlərdən keçməkdən asılıdır.

139-ƏLİ (ƏLEYHİSSALAM)-IN SƏBRİ VƏ DÖZÜMÜ

Təəssüflü Həkəmeyn hadisəsi Əli (əleyhissalam)-ın hökuməti zamanı baş verdi.

Əli (əleyhissalam)-ın dünənki arxadaşlarının bir hissəsi o Həzrətin kinli düşmənləri olmuşdular və Xəvaric ünvanıyla fitnəçiliklə və odlandırıcılıqla məşğul idilər.

Əli (əleyhissalam) əshab və arxadaşlarının kənarında əyləşmişdi. Bu dəmdə oradan gözəl bir qadın keçdi. Yığışanların gözü o qadına düşdü və onların hamısının diqqəti ona cəlb oldu. İmam Əli (əleyhissalam) buyurdu: «Bu camaatın gözləri bərk axtarışdadır (qadın görmək üçün həris olur) ki, bu da şəhvətin coşmasına və həyacana səbəb olacaq. Buna görə diqqətli olun ki, hərgah sizlərdən birinin gözü gözəl bir qadına düşdükdə öz həyat yoldaşınızla əlaqədə olun. Çünki, həyat yoldaşınız da o qadın kimidir!»

Xəvaricdən biri (rahatcasına və tamam azadlıqla) dedi: «Allah, bu kafiri öldürsün nə qədər bilikli və agahdır!.»

Əshab (onun cəsarətindən narahat oldular) öz yerlərindən sıçradılar ki, onu qətlə yetirsinlər, İmam (əleyhissalam) onlara buyurdu:

—«Sakit olun, söyüşün cavabı ya söyüşdür, ya bağışlamaqdır, ya da günahından keçmək.»

Bu cərəyan bizə bir neçə mətləbi öyrədir:

1) Əli (əleyhissalam)ın səbrani yüksəkliyi.

2) Əli (əleyhissalam)-ın hökumətində azadlıq.

3) Əli (əleyhissalam)-ın əfv və alicənablığı

4) Halal yolla coşan cinsi həvəsin söndürülməsi və haramın tərk edilməsi.

Deyilməmiş qalmasın: bu nəzərlə ki, Xəvaric cəhalət üzündən Əli (əleyhissalam)-ın kafir olmasına mö`təqid idilər. Onların nasəza demələri islama mö`təqid olan şəxsin, yə`ni Əli (əleyhissalam)-ma nasəza deməsidir ki, 2-cisinin həddi var və birincidə isə hədd yoxdur.

140-YOLDAN AZAN VƏ NAXƏLƏF OĞUL

Tarixdə çox görünüb ki, bə`zən oğul atanın yolunun azmasına səbəb olur və bə`zən də əksinə, ata oğulun yoldan azmasına səbəb olur. O cəhətlərdən biri ki, oğul atanın yolunu azmasına səbəb oldu Zübeyrin oğlu Əbdüllahın macərasıdır.

Zübeyr ibni Əvam ibni Xuvəylid Həzrəti Xədicənin qardaşı oğlu və Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin bibisi oğlu idi. Zira anası Səfiyyə Əbdülmütəllibin qızı idi. Zübeyr islamın sərdarlarından, möhkəm və sabit qədəm müsəlmanlarından idi ki, öz şəmşiri ilə dəfələrlə islamın hərimini müdafiə etmişdi hətta Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onu həvarilərindən (yaxın arxadaşlardan) hesab edirdi. Lakin, o, Əli (əleyhissalam)-ın xilafəti zamanı bu qədər layiq keçmişi ilə haqq yolundan münhərif oldu və Təlhə ilə birlikdə Cəməl müharibəsini başladı. Amma müharibənin başlanğıcında Əli (əleyhissalam) ona nəsihət etdikdə bir qədər özünə gəldi və kənara çəkilərək öz evinə qayıtdı. Amma yol boyunca ibni Curmuz adlı bir şəxs onu qafilgir edib öldürdü və o, 67 yaşında hicri 36-cı ildə Vadiyüs-səbada qətlə yetirildi.

Zübeyrin 20 övladı var idi. (on bir oğlan və doqquz qız) onun tanınmış oğlanlarından biri Əbdüllah idi. İbni Əbil Hədid yazır: Əbdüllah atası Zübeyr və xalası (Aişə) ilə birlikdə Cəməl müharibəsniin başlanmasında iştirak edirdi... Əbdüllah namazda, orucda və ibadətdə çox təzahür idi.

Bununla belə rəyasət tələblik onu yoldan çıxardı. Cəməl müharibəsində Əli (əleyhissalam) ilə müharibə etməyin cəhənnəmdən başqa aqibəti yoxdur.

Zübey dedi: «O vaxtdan ki, ağlım kəsməyə başlamışdır, heç bir məkanda bu məkandakı kimi şəkk və şübhədə olmamışam. Əli (əleyhissalam) mənim yadıma bir sözü saldı ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitmişəm?!...»

Aişə dedi: Nə etmək istəyirsən?

Zübeyr dedi: İstəyirəm müharibədən geri çəkiləm.

Bu arada Zübeyrin oğlu Əbdüllah üzünü atasına tutub dedi: «Sən bu iki ordunu burda yığdın indi ki, bir-birini əzmək üçün şəmşirləri itilədilər istəyirsən, onları buraxıb qaçasan?

Bəli, ey ata, sən həqiqəti demirsən, əksinə sən Əli (əleyhissalam)-ın bayrağını daşıyan igid oğullardan ki, ölümü çiyinlərində daşıyırlar qorxmusan...»

Bu tərtiblə Əbdüllah atasını Əli (əleyhissalam)-la müharibəyə təhrik edirdi və onun kənara çəkilməsinə maneçilik törədirdi. Vəli Zübeyr onun sözünə qulaq vermədi və Bəsrədən xaricə çıxdı. Həmin əsasa görədir ki, İmam (əleyhissalam) öz danışıqlarının bir qismətində buyurur:

«Zübeyr həmişə biz Əhli-beytdən idi – o zamana qədər ki, naxələf oğlu Əbdüllah böyüdü.»

Bu tərtiblə İmam gələcək ataya xəbərdarlıq edib ixtar verdi ki, öz dinlərini qorusunlar və dinlərini öz övladları xatirinə əldən verməsinlər. Yuxarıdakı danışıqdan istifadə olunur ki, Zübeyr bu barədə səhlənkarlıq ya işi pozmaqla məşğul idi. Oğlu Əbdüllah isə onu bu işə məcbur edirdi və arzu edirdi ki, atası ali məqam və rəyasətə yetişsin. Ta o, da öz atasının məqamından sui istifadə etsin. Bəli, Zübeyr nübüvvət xanədanından idi. Amma oğlu onu bu böyük iftixardan məhrum etdi.

***

İlahi! Sənə çox şükr deyirik ki, bu gücsüzə güclü tovfiq inayət etdin ki, «Nəhcül-bəlağə» okeanının dalğalarında öz bacarığıma görə üzüb faydalanam və bu kitabı ki, 140 dastanı əhatə edir, haqq vurğunları və ədalət aşiqlərinə hədiyyə edim. Bununla da qoy Əli (əleyhissalam)-ın iş bacarığı və yolunu tanıyıb bu yolda addım atsınlar. Hər nə qədər bu böyük elmi və ədəbi dəryada çox üzürdümsə başa düşürdüm ki, heç bir qələmin bu böyük hikmətləri layiq olduğu kimi qələmə almaq iqtidarı yoxdur.

Pərvərdigara! Sənə hədsiz şükr edirəm. Tovfiq inayət etdin ki, böyük təqva və ədalət məktəbi ilə sıx bağlılığımız olsun. Dünya və axirətdə bu böyük İmamın ardıcıllarından olaq.

Amin Ya rəbbəl-aləmin, vəlhəmdu lillahi Rəbbil aləmin


Category: QISA KƏLMƏLƏR BÖLÜMÜ | Added by: Ənfal
Views: 952 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]