Main » Files » İslam » Həcc |
Şüur və niyyət
2012-10-20, 7:39 PM | |
Həcci digər ibadətlərdən fərqləndirən cəhətlərdən Qurani-Kərimdə tək onun barədə istifadə "şəair" (nişanə) kəlməsidir. Deməli, həcc bu vaxta qədər altmış dəfə yerlə-yeksan olunan və yenidən inşa edilən Kəbə evi də daxil olmaqla, İlahi nişanələr toplusudur. Əgər həcc və orada olan Kəbə evi, Ərəfat, Muzdəlifə, Mina, Miqat, qurbangah, Səfa və Mərva, qara daş, təraf, təvaf zamanı olunan zikrlər və s. hər biri ayrı-ayrılıqda İlahi nişanələrdirsə, onlar nəyə dəlalət edir, nəyi simvolizə edirlər? Əgər həcc ziyarətini yerinə yetirən zəvvar birini digərindən sonra yerinə yetirdiyi əməllər və birini digərindən sonra əvəz etdiyi məkanlar barədə özünə sual vermirsə, demək ki, ziyarətini şüursuz yerinə yetirmiş və digər şüursuz yerinə yetirmişsə, demək niyyətsiz hiss etmişdir. Çünki niyyət - şüurun özüdür! Bildiyimiz kimi, əvvəllər həcc ziyarətini dəvə və digər dördayaqlı minik heyvanları ilə yerinə yetirərdilər. Dəvələrlə Miqat, Muzdəlifə, Ərəfat, qurbangaha gedərdilər. Hətta üzürlü olduqda təvafı belə onların üzərində yerinə yetirərdilər. Heyvanlar ziyarətdən əvvəl, ziyarət zamanı və ziyarətdən sonra zəvvarlarla olsalar da, onlara hörmət əlaməti olaraq "hacı" adı verilməz və "hacı dəvə" deyərək münacat olunmazdı. Çünki onlar bunu şüursuz yerinə yetirər və şüursuz yerinə yetirdikləri üçün də niyyətləri olmazdı. Niyyət - şüurun özüdür! | |
Views: 831 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |