Şənbə günü, 2024-04-20, 5:44 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Həcc

Sirli ziyarət
2013-03-22, 2:49 AM
Sirli ziyarət
Həcc - ziyarət mənasını verir, lakin bu adı ziyarət deyil, təkrarlanan, dəfələrlə yerinə yetirilən ziyarət anlamındadır. Həcc ziyarəti hər bir müsəlmana ömürdə bir dəfə vacib olduğu halda, görəsən, nə üçün belə bir məna daşıyır?

İş burasındadır ki, dünyadakı bəzi şeyləri anlatmaq mümkün deyil.Onlar yaşamalı və verdiyi zövq canla, ruhla dadmalıdır.Həcc ziyarətində eynilə belədir. Onun ruhiyyəsini adi dildə tərif və təsvir etmək mümkün deyil.

Ömründə Qızılğül görməyən bir şəxs onun iy və gözəlliyini hansı cümlələrlə başa salmaq olar?! Həcci yaşamaq üçün sadəcə, oralara getmək kifayət etmir. Məkan olaraq həccə gedib oranın əməllərini ardıcıl olaraq yerinə yetirmək heç də yetərli deyil. Keçmiş zamanlarda zəvvarla Həcc ziyarətinə dəvə və başqa minlik heyvanları ilə gedərdi. Heyvanlarda shibləri kimi, Ərəfatda qalar, oradan Mİnaya yola düşər, hətta bəzi hallarda əməlləri piyada yerinə yetirilə bilməyən şəxslər Şəfa ilə Mərva arasındakı məsafənin qət olunmasını və Kəbənin təvafını onlarla birlikdə edərdilər.Sahibləri ilə ziyarətdə olan və onlarla el-obasına qayıdan dəvələrə eyni hörmət və ehtiram göstərilməzdi. Onlara "hacı dəvə" deyilməzdi. Çünki dəvə ilə dəvənin üzərindəkini fərqləndirən bir şey var, o da şüurdur. İnsana yaxşını pisdən, halalı haramdan ayırmağa kömək edən şüur. Bu mənada həcc və Kəbənin əhəmiyyətini şüurlu şəkildə dərk edənlər oranı bir kərə ziyarət etdikdə sonralar dəfələrlə oraya gəlib həmin zövqü bir daha yaşamaq istəyirlər. Bunun üçün yer üzərindəki Kəbəni təmizləmək və onun üçün hazırlamaq lazımdır. İbrahim daşladıöı Şeytanı daşlamazdan əvvəl bizi günaha sövq edən nəfsimizi daşqalaq etməliyik, İsmail qurbanı kəsməzdən əvvəl bizi bu dünyaya bağlayan ipləri kəsməliyik. Bunu etməsək, Kəbəni gözü ilə görən, əlləri ilə ləms edən, lakin ruhu ilə tərk edənlərdən olarıq..
Category: Həcc | Added by: Ənfal
Views: 819 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]