Main » Files » İslam » Həcc |
Şeytana daş atmağın şərti
2013-03-22, 2:48 AM | |
Şeytana daş atmağın 10 şərti Təməttü həccinin səkkizincə əməli Şeytana daş atmaqdır. Zülhiccə ayının 12 və 13-cü günləri niyyət etdikdən sonra kişik, ortancıl və böyük Şeytanın hər birinə yeddi daş atılır. Belə niyyət edilir: "Allaha yaxınlaşmaq və Təmətte həcci üçün Şeytana yeddi daş atıram". Şeytanların daşlanması gün çıxandan sonra başlanmalı və bu zaman ardıcıllığa riayət olunmalıdır. Onların hər birinə yeddi və ümumilikdə iyirmi bir daş atılmalıdır. Xəstə, qoca və bu kimiüzürlü şəxslər Şeytanı gücədə daşlaya bilərlər. Zəvvarın Şeytanı ardıcıl daşlaması vacib deyil. Bu işi fasilə verməklə də yerinə yetirmək olar. Yəni böyük Şeytanı səhər, ortancılı günorta, kiçiyi isə axşam daşlamaq olar. Şeytanı daşlamayan şəxs günah etmiş olur, lakin bu,həcci batil etmir və kəffarəyədə səbəb olmur. Bununla belə, o, bütün vacib əməllərin qəzasını yerinə yetirməlidir. Şeytanı daşlamağı unudan və Məkkə şəhərinə gələn şəxs geri qayıdıb bu əməlin qəzasını yerinə yetirməlidir. Vətəninə gəldikdən sonra bunu xatırlayan şəxs ya nəvbəti ildə gəlibbu əməlin qəzasını yerinə yetirməli, ya da başqa birini öz yerinə göndərib əməlin yerinə yetirilməsini ona həvalə etməlidir. Şeytanın daşlanmasının bir neçə vacibatı var: 1. Niyyət etmək- "Allaha yaxınlaşmaq və təməyyü həcci üçün yeddi daşla Şeytanı daşlayıram" demək; 2. Şeytana yeddi daş atmaq lazımdır. Bununla belə hər ehtimala qarşı, bir neçə artıq daş atmaq da olar; 3. Daşlar sütunabənzər tikiliyə dəyməlidir. Daş səmtini dəyişib başqa birinə dəysə, bunun eybi yoxdur. 4. Daşlar mütləq sütuna atılmalıdır və onların kənara qoyulması kifayət etmir. 5. Daşlar bir-birinin ardınc atılmalıdır. 6. Üzürlü səbəb olmadan Şeytana daç gün çıxandan şam namazına qədər atılmalıdır. 7. Zəvvarlar atdığı daşın hədəfə dəydiyinə şəkk etdikdə onun dəydiyinə ehtimal verməli və növbəti daşını atmalıdır. Sonradan şəkk etdikdə isə ümumiyyətlə, şəkkinə etina etməməliodir. 8. Daşlar orta böyüklükdə olmalı və ilk dəfə istifadə olunmalıdır. 9. Daşları fasilə ilə atmaq olar, amma fasilə çox olduqda yenidən başlamaq lazımdır. 10. Şeytan, hətta zərurət yarandıqda belə, yaxarıdan daşlanmamalıdır. | |
Views: 1102 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |