Şənbə günü, 2024-12-21, 3:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Həcc

Quranda həcc ayələri
2013-03-22, 2:42 AM
Quranda həcc ayələri


1. Məkkədə yerləşən Kəbə evi ilk hidayət yeri olmuşdur. "Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir." (Ali-imran surəsi, ayə 96)

2. Nuh Peyğəmbərin (ə) zamanında baş verən tufandan sonra İbrahim (ə) və oğlu İsmail tərəfindən tikilmişdir. " Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kə’bənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!" - deyə dua etdilər."("Bəqərə" surəsi, ayə 127)

3.Məkkə İbrahjim Peyğəmbərin (ə) duası nəticəsində əmin-aman məkana çevrilir. "Yadına sal ki, İbrahim; "Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et" ( "Bəqərə" surəsi ayə 126, "Ali-İmran" surəsi ayə 97).

4. Həccin vacibliyi. "(Onun yolunda gücü çatan hər bir kəsin Həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur)" (" Ali-İmran" surəsi, ayə 97 və "Həcc" surəsi, ayə 27).

5. Həccin ayinlərini yerinə yetirmək hər müsəlmanın borcudur. (Həccin sizə vacib olan əməli budur. Və hər kəs vacib (ehramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə,bu, Rəbbi yanında onun üçün xeyirli olar...) ("Həcc" surəsi, ayə 30-32 və "Maidə" surəsi, ayə 2)

6. Həccin günləri Allah tərəfindən müəyyən olunmuşdur. "(Həcc (mövsümü) məlum olan aylardır. (Şəvval, Zülqədə, Zülhiccənin birinci on günü)" ("Bəqərə" surəsi, ayə 197).

7. Ehram bağlayan zəvvara digər vaxtlarda halal olan bir neçə şey haram olur. "(Həcc ziyarətə vacib olan şexsə hecdə olarkən qadınla yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz)" ("Bəqərə" surəsi, ayə 197 və "Maidə" surəsi, ayə 2 və 95).

8. Kəbə evi hər növ zahiri və batini natəmizliklərdən kənar olmalıdır. "(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: "Mənə heç bir şərik qoşma, evimi təraf edənlər, namaza duranlar, ruku edən və səcdəyə yapananlar (namaz qılanlar) üçün təmizlə!"- demişdik)" ("Həcc" surəsi, ayə 26).

9. Təvaf namazı Məqam İbrahimin yanında qılınmalıdır. "(İbrahimin doğuldugu yeri (özünüzə) namazgah edin!)" "Bəqərə" surəsi, ayə 125).

10. Ümrə və Həcc zamanı Səfa ilə Mərva dağları arasındakı yürüş vacibdir. (Ey mominlər!) Həqiqətən, Səfa və Mərva Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafında dolanmasında) heç bir günah yoxdur)" ("Bəqərə" surəsi, ayə 158).

11. Saç və dırnaqların qısaldılmasının vacibliyi. "( Ey möminlər!) Siz, İnşeallah, əmin-amanlıqda, saşınızı qırxdırmış, dırnaqlarınızı qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız)" ("Fəth" surəsi, ayə 27).

12. Ərəfatda və Məşərülhəramda qılmağın vacibliyi. "(Ərəfatdan qayıdarkən Məşərülhəramda Allahı xatırlayın)" ("Bəqərə" surəsi, ayə 198 və 199).

13. Qurban kəsilməyin və qurbanlığın yoxsul və qeyri-yoxsullara paylanmasının vacibliyi. "(Biz qurbanlıq dəvələrini də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlıqda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları halda kəsərkən üzərində Allahın adını çəkin (Bismillah! deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) də yeyin, (yanınızda olub utandığından) əl açmayan dilənçiyədə verin)" ("Həcc" surəsi, ayə 36).

14. Minada bir neçə gün qalmağın vacibliyi. "Sayı bəlli olan günlərdə Allahı yada salın. Tələsik iki gündə qayıdana heç bir günah gəlməz. Eləcə də yubabana heç bir günah gəlməz ("Bəqərə" surəsi, ayə 203)

15. Qiran həccində sünnət olaraq qurbanlıq heyvanı təyin etmək. "(Ey iman gətirənlər! Allahın müəyyən etdiyi mərasimə (həcc mərasiminə), haram (hörmətli) aya (həcc ayı hesab edilən Zülhiccəyə və ya Rəcəb, Zülqədə, Zülhiccə və Məhərrəm aylarına), Kəbəyə gətirilən qurbanlıqlara, boynuna taxılmış qurbanlıq heyvanlar, həmçinin Rəbbinin lütfünü və razılığını diləyərək Beytülhərama (müqəddəs evə) üz tutub ziyarətə gələnlərə hörmətsizlik etməyin!) "Maildə" surəsi, ayə 2).

16. Həcc ziyarəti boyunca Allahı xatırlamaq. "(Həcc mərasimini tamamlayıb qurtardıqda (keçmişdə) ata-babalarınızı yada saldığınız kimi, ondan da artıq Allahı yad edin!) ("Bəqərə" surəsi, ayə 200).
Category: Həcc | Added by: Ənfal
Views: 1112 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]