Şənbə günü, 2024-12-21, 3:47 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Həcc

Həccin növləri
2013-03-22, 2:27 AM
Həccin növləri


Həcc əməli üç növdür və onlar aşağıdakılardan ibarətdir: 1) Təməttö həcci; 2) İfrad həcci; 3) Qiran həcci. Təməttö həcci ümrə əməlləri ilə birgə əncam verilir. Belə ki, əvvəlcə ümrə əməlləri, daha sonra isə həcc əməlləri əncam verilməlidir. İfrad həccində təkcə həcc əməlləri əncam verilir. Həcc əməllərini əncam verdikdən sonra – il boyu və bacardığı ayrı bir zamanda – ümrə əməllərini əncam vermək olar. Əlbəttə, bunu nə qədər tez əncam versə, bir o qədər yaxşıdır. İfrad həccində Minada qurban kəsmək vacib deyildir. Qiran həcci, ifrad həcci kimidir. Lakin qiran həccində ehram bağlamaqla yanaşı, o şəxsin Qurban bayramı günü Minada qurban kəsmək üçün özü ilə qurbanlığı olmalıdır. Bu əsrdə qiran həcci demək olar ki, mümkün olan bir əməl sayılmır. Çünki bu növ həcc əməlini heç kəs əncam vermir və onun üçün zəmin yoxdur. Qiran və ifrad həcc əməlləri Məkkə şəhərinin [Kəbədən onun] 85 kilometrliyinədək ətrafında yaşayan əhalisinin vəzifəsi sayılır. Amma müstəhəb həccdə başqaları da, qiran və ifrad həcc əməllərini yerinə yetirə bilərlər. Təməttö həcci isə Məkkə əhalisi olmayan və qeyd olunmuş məsafətdən xaricdə yaşayan və məskunlaşan şəxslərə məxsusdur. Ümrə əməlinin növləri Ümrə əməli iki növdür və onlar aşağıdakılardan ibarətdir: 1) Müfrədə ümrə əməli; 2) Təməttö ümrə əməli. Təməttö ümrə əməli həcc əməllərindən öncə əncam verilən əmələ deyilir. Müfrədə ümrə əməlini isə il boyu əncam vermək mümkün olsa da, onu Rəcəb ayında əncam vermək daha fəzilətlidir. Müfrədə ümrəsi ilə təməttö ümrəsinin əməlləri eyni cürdür. Lakin müfrədə ümrəsində "təqsir”dən sonra "Nisa” təvafı vacib, təməttö ümrəsində isə "Nisa” təvafı yoxdur. Müfrədə ümrəsinin əməlləri Müfrədə ümrəsinin əməlləri aşağıdakılardan ibarətdir: 1)-Ehram; Məkkə şəhərindən xaric sayılan yerlərdən gələnlərin ehram bağlaması "miqat”dan, Məkkənin istər sakin, istərsə də zəvvar adı ilə olan sakinləri isə hərəmdən xaricdə olan ən yaxın yerdən ehram bağlaya bilərlər. [Bu barədə ətrağlı məlumatlar gələn məsələlərdə qeyd olunacaq]. 2) Müəyyən şərtlər əsasında yeddi dəfə Kəbə ətrafında təvaf etmək; 3) İmkan surətində İbrahim (ələyhis-salam)-ın məqamı arxasında "Təvaf namazı” qılmaq; 4) Səfa və Mərvə dağları arasında yeddi dəfə səy etmək; Səy, Səfa dağından başlayaraq, Mərvə dağında sona çatır və hər getmək bir dəfə, hər gəlmək də bir dəfə sayılır. 5) Təqsir; Yəni, baş, saqqal və ya bığın tükünü bir az qısaltmaq; 6) Yeddi dəfə "Nisa” təvafı; 7) "Nisa təvafı”nın namazı. Mührim [ehram halında olan şəxs], "Nisa” təvafı və onun namazını əncam verməklə, ehram halından xaric olur və bundan sonra ona haram sayılan bütün əməllər halal sayılır. Müfrədə ümrəsini əncam vermək il boyunca müstəhəb sayılır. Bu əməli hər ayda bir dəfə, hər on gündə bir dəfə və hətta "Cəvahirul-kəlam” kitabı müəllifinin nəzəri və bir sıra dəlillərin zahirinə əsasən, hər gündə bir neçə dəfə əncam vermək olar. Hacı, təməttö ümrəsini əncam verib həcc ehramını bağlamamış Məkkədən xaric olmamalıdır. Amma həcc ehramını bağladıqdan sonra Məkkədən xaric ola bilər və qayıdarkən Allah evini qəsd etmədən Ərəfata getməli və həccin sair əməllərini əncam verməlidir. Əgər bilmədən Məkkə şəhərindən xaric olarsa və hələ ümrənin sonundan bir ay keçməyibsə, ehramsız halda Məkkəyə qayıtmalıdır. Amma ümrənin sonundan bir ay keçibsə, qayıdarkən təməttö ümrəsi ehramını yenidən bağlamalıdır. Çünki belə halda, onun əvvəlki təməttö ümrəsi batil sayılır. Zəruri işi olan və ehram halında Məkkədən xaric olduqda çətinliyə düşən şəxs, ümrə ehramını açdıqdan sonra ehramsız halda Məkkədən xaric olub və bir ay keçməzdən qabaq qayıda bilər. İlin hər bir vaxtında Məkkəyə daxil olmaq üçün ehram halında olmaq və habelə "təvaf”, səy və təqsir etmək lazımdır. Əgər onun əməli müfrədə ümrəsi olsa, "Nisa” təvafını da, əncam verməlidir. Lakin əvvəlki gəlişindən hələ bir ay keçməyibsə, ehram bağlamaq lazım deyildir.
Category: Həcc | Added by: Ənfal
Views: 933 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]