Çərşənbə günü, 2019-08-21, 1:26 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Həcc

Həccin hökmləri (Miqatlar)
2013-03-22, 2:33 AM
Həccin hökmləri (Miqatlar)


Ehram bağlanılan yerlərə miqat deyilir və onlar aşağıdakılardan ibarətdir:

1) Zül-Hüləyfə:

Bu məkan müqəddəs Mədinə şəhərinin yaxınlığında yerləşən bir kəndin adıdır. Bu miqatın digər adı isə "Şəcərə”dən ibarətdir və orada "Şəcərə” adlı bir məscid də tikilmişdir.

Zül-Hüləyfə Mədinə əhalisinin miqat yeri sayılır və o yoldan həccə üz tutub gələnlər, Zül-Hüləyfədə ehram bağlamalıdırlar.

O diyarın bütün yerlərində ehram bağlamaq caizdir. Amma "Şəcərə” məscidindən ehram bağlamaq daha fəzilətli sayılır. İslam Peyğəmbəri (səlləllahu əleyhi və Alihi və səlləm) də "Şəcərə” məscidində ehram libası geyinərək ehram niyyətini edirdi.

Lakin "təlbiyə” ilə başlanan ehram əqdini məsciddən xaric olub [məscidin 7 kilometrliyində yerləşən] "Beyda” məhəllində əncam verirdi.

Bu niyyət isə yalnız onun orada əncam verilməsinin müstəhəb olduğunu yetirir və onun yalnız orada təyin edildiyinə dəlalət etmir.

Əvvəlcə qeyd etdiyimiz kimi "Şəcərə” [Zül-Hüləyfə] zonasının hər bir yerində ehram bağlamaq olar.

2) Ətiq vadisi:

Bu məkan, İraqdan gələn hacıların miqat yeri [ehram bağladıqları yer] sayılır və onlar o zamanlar səhra yolu ilə səfər edirdilər.

3) Cühfə:

Bu məkan Şam [Suriya], Misir və Mərakeş əhalisinin miqat yeridir və hal-hazırda onlar Cəddə şəhərindən ora tərəf gedərək Cühfədə ehram bağlayırlar.

4) Yələmləm:

Bu məkan Yəmən əhalisinin miqat yeri sayılır.

5) Qərnul-mənazil:

Bu məkan isə Taif əhalisi üçün təyin olunmuşdur.

Hal-hazırda bu miqatların hədd və hüdudları aydın şəkildə təyin olunmuşdur və həcc və ümrə əməlləri üçün Məkkəyə gələn və bu miqatlardan ötüb keçən hər bir şəxs, o yerlərdən ehram bağlaya bilər.

Bu yerlərdə sonradan bir sıra məscidlər də tikilmişdir və o məscidlərdə ehram bağlamağın heç bir zərurəti yoxdur.

6) Məhazat:

Bu məkan, bu miqatlardan keçməyən və onlarla çoxlu fasiləsi olan şəxslər üçün təyin edilmişdir.

7) Məkkə hərəminin çölü:

Bu məkan evi Məkkə hərəmindən xaricdə olanlar üçündür və onlar o yerdən ehram bağlaya bilərlər.

8) Məkkə hərəmi hüdudunun çölü:

Bu məkan isə Məkkə şəhərindən müfrədə ümrə əməlini əncam vermək üçün xaric olmaq istəyənlərə aiddir. Həmçinin, bu yerlərdə bir sıra məscidlər də tikilmişdir, amma bu məscidlərdə ehram bağlamaq zəruri deyildir.

9) Məkkə şəhəri:

Bu isə təməttö həccinin ehramı üçündür və ondan məqsəd, hərəm hüdudunda olan və yeni hazırlanmış zonalardan ibarətdir.

Amma bununla belə, "Məscidül-həram” və "Hicri-İsmayıl”da ehram bağlamaq daha fəzilətlidir.

İki halda miqata çatmamışdan qabaq ehram bağlamaq olar və onlar aşağıdakılardan ibarətdir:

1) Müəyyən bir nemət üçün şükr etmək və ya müəyyən bir bəlanın aradan getməsi üçün Allah-taala ilə əhd və yaxud nəzr edərsə, İraq, İran və Azərbaycan yaxud uzaq olan hər hansı bir ölkədən ehram bağlaya bilər və belə olan halda, o, öz əhd və nəzrinə vəfa etmiş və əməli düzgün sayılır.

Əlbəttə, bəzi fəqihlər demişlər ki, belə bir şəxs miqata çatdıqda ehtiyata əsasən niyyət və "təlbiyə”ni təzələsin.

2) Rəcəb ayında müfrədə ümrə əməlini niyyət edən və ehram bağlayanadək Rəcəb ayının sona çatmasından qorxan şəxs, miqatdan qabaq və Rəcəb ayı sona çatmamış ehram bağlaya bilər.

Yuxarıda qeyd olunmuş ehtiyat əməli buraya da, şamil olur.

Miqatdan qabaq ehram bağlamasını nəzr edən şəxsin, öz nəzrinə əməl etməməsi, onun ehramı üçün zərərli deyil. O şəxs, bu halda təkcə öz nəzrinin əksinə əməl etmişdir.

Miqatda ehramı unudan və yaxud bilməməzlik üzündən miqatda ehram bağlamayan şəxs, hərəmə daxil olsa belə, geri qayıdıb, ehram bağlamalıdır.

Lakin geri qayıtmaq üçün imkanı və yaxud vaxtı olmadıqda, imkan daxilində hərəmdən xaric olub, uzaqlaşmalı və ehram bağlamalıdır.
Category: Həcc | Added by: Ənfal
Views: 504 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]