Main » Files » İslam » Həcc |
Həccin hökmləri (Kəffarələr)
2013-03-22, 2:40 AM | |
Ovlanmış heyvanın kəffarəsi o heyvanın özü kimidir. Məsələn, ovlanmış ceyranın kəffarəsi bir qoyun, vəhşi inəyin kəffarəsi isə bir inəkdən ibarətdir. Bu kəffarəni verə bilməsə, altımış miskinə yemək verməli, onu bacarmadıqda isə 18 gün oruc tutmalıdır. Sərçədən böyük quşları ovlamağın kəffarəsi [süddən yeni ayrılmış] bir quzu, sərçə və ondan kiçik quşları ovlamağın kəffarəsi isə [yoxsula] 750 qram miqdarında yemək verməkdən ibarətdir. [Ehram halında] ov ətindən yeməyin kəffarəsi, ov etməyin özü kimidir. Elə buna görə də, özü ovladığı heyvanın ətindən yedikdə, iki kəffarə verməlidir. Ov kəffarəsində onun bilərəkdən, səhvən və yaxud bilmədən həyata keçməsi barədə heç bir fərq yoxdur. Təməttö ümrəsinin ehramı halında qadınla yaxınlıq etmək, ümrənin sonunda və "təqsir”dən qabaq olarsa, onun ümrə əməli batil deyil. Lakin ehtiyata əsasən, bir dəvə və ya bir inəyi kəffarə verməlidir. Ümrə əməli əsnasında bu işi əncam verdikdə isə ümrəni sona çatdırıb, miqatdan yenidən təməttö ehramı bağlamalı və onun üçün fürsəti olmadıqda, ümrəni sonra çatdırdıqdan sonra ifrad həccini yerinə yetirməli, həmçinin, gələn ildə həcc və ümrə əməllərini yenidən əncam verməlidir. Qadınla cinsi yaxınlıq həcc ehramı və Məşərdə dayanmazdan qabaq olsa, o şəxsin həcci batil sayılır və belə olan halda, həcci sona çatdırıb, gələn ildə onun qəzasını yerinə yetirməlidir. Qadınla cinsi yaxınlıq həcci qurtardıqdan sonra və "Nisa” təvafından qabaq olarsa, o şəxsin həcc əməli düzgün sayılır və onun yalnız kəffarə verməsi lazımdır. Qadın belə bir cinsi yaxınlıqda kişiyə itaət edərsə, onların hər birinə bir kəffarə, əks təqdirdə isə kişiyə iki kəffarə vacib olur və belə bir halda o qadının həcc əməli düzgün sayılır. Qadınla cinsi yaxınlıq müfrədə ümrə əməlinin ehramı halında səy əməlindən qabaq olarsa, həcc əməli batil sayılır və onun həm qəzası, həm də kəffarəsi vardır. Ehram halında spermanın xaric olmaması ilə başqasına şəhvətlə baxmaq və yaxud bir sıra cinsi ləzzətlər aparmağın kəffarəsi yoxdur. Ehram halında ətirdən istifadə etməyin kəffarəsi bir qoyundur. [Ətiri iyləmək və sair bu kimi] başqa şeylərdə isə istiğfar etmək lazımdır. Özünü bəzəmək üçün güzgüyə baxmağın kəffarəsi yoxdur, lakin belə hallarda "təlbiyə”ni yenidən deməlidir. Hətta zərurət üzündən, tikilmiş libası geyinməyin kəffarəsi, bir qoyundur. Qadının əlcək taxması və üzünə niqab örtməsinin kəffarəsi yoxdur, lakin buna görə istiğfar etməlidir. Üstüörtülü ayaqqabı və ya corab geyinməyin də, kəffarəsi yoxdur və belə hallarda təkcə istiğfar etmək lazımdır. Hətta zərurət üzündən başı örtməyin kəffarəsi bir qoyundan ibarətdir. Həcc və ümrə ehramlarının hər birində kölgə altına getdikdə, kəffarə olaraq bir qoyun vermək kifayətdir. Hətta bu işi bir neçə dəfə əncam versə də bir qoyun vermək kafidir. Öz bədənindən tük qoparmağın kəffarəsi bir qoyundur. Başqasının bədənindən tük qoparmağın isə kəffarəsi yoxdur. Dişi çəkdirməyin kəffarəsi bir qoyundan ibarətdir. Ehtiyata əsasən, hicamət [qan aldırmaq] və bu kimi işlərdə kəffarə olaraq bir qoyun vermək lazımdır. Heç bir zərurət olmadan silah gəzdirməyin kəffarəsi ehtiyata əsasən, bir qoyundan ibarətdir. Hərəmdə bitən otu qırmağın kəffarəsi yoxdur. "Cidal” [çəkişmə], "füsuq” [söyüş] və habelə yalançılığın kəffarəsi, ehtiyata əsasən, bir qoyundur. Ehramda haram sayılan işləri təkrar etdikdə, onun kəffarəsi də, təkrar olunmalıdır. Ovdan başqa haram işlərdə kəffarə yalnız o işləri bilərəkdən əncam verdikdə vacib olur. Amma o işləri yaddan çıxarmaq və ya bilməməzlik üzündən əncam verdikdə, kəffarə vacib sayılmır. Müfrədə ümrəsində ov üçün olan kəffarəni [heyvanı] kəsmək Məkkədə, həcc və habelə təməttö ümrəsi əməlləri əsnasında edilən ovun kəffarəsini [heyvanı] kəsmək isə Minada olmalıdır. Mümkün olmayan halda, onu imkan olan ayrı bir yerdə əncam verməlidir. Başqa işlərin kəffarəsi də mümkün olan hər bir yerdə əncam verilməlidir | |
Views: 865 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |