Main » Files » İslam » Həcc |
Həcc ziyarəti neçə hissəyə bölünür?
2013-03-22, 2:43 AM | |
Hər bir hissənin özünəməxsus əməlləri var Peyğəmbər (s.ə.s) sünnətinə əsasən, Həcc ziyarəti üç hissəyə bölünür və onların hər biri özünəməxsus əməllərə malikdir. 1.Təməttü Həcci. Bu ziyarətə "Həcci-əkbər" (böyük Həcc) də deyilir. Məkkədən 83 km məsafədə yaşayan şəxslər maddi və fiziki vəziyyətləri daxilində ən azı, bir dəfə Zilhiccə ayında Həcc ziyarətini yerinə yetirməlidirlər. Bu əməlin özü də iki hissəyə bölünür. Ümrə Həcci - Şəvval, Zilnidə və Zilhiccə aylarında yerinə yetirilir. Ümrə ziyarətində beş əməl yerinə yetirilir: Ehram bağlamaq; Təvaf etmək; Təvaf namazını qılmaq; Səfa və Mərva dağları arasında yürüş etmək; Saç və dırnaqları qısaltmaq. Təməttü Həcci - yalnız Zilhiccə ayında yerinə yetirilir. Təməttü ziyarətinin on üç vacib əməli yetirilir: Ehram bağlamaq; Ərəfatda qalmaq; Məşərdə qalmaq;. Minada böyük Şeytana və ortancıl Şeytana yeddi daş atmaq; Qurban kəsmək» Saç və dırnaqları qısaltmaq; Minada qalmaq; Hər Şeytana yeddi, ümumilikdə iyirmi bir daş atmaq; Kəbəni təvaf etmək; Təvaf namazını qılmaq; Səfa və Mərva dağları arasında təvaf etmək; Nisa təvafı etmək; Nisa təvafının namazını qılmaq. 2.İfrad Həcci (kiçik Həcc). İfrad həcci Məkkə əhalisi və Məkkədən 84 km məsafədə yaşayan şəxslərə aiddir. Altı əməl istisna olmaqla, ifrad Həcci təməttü həcci ilə tamamilə eyni qaydada yerinə yetirilir. Fərqli olan altı əməl aşağıdakılardır: Təməttü Həccindən fərqli olaraq, ifrad həccində əvvəlcədən ümrə ziyarətini yerinə yetirmək vacib deyil. İfrad Həccində qurban kəsmək vacib deyil. İfrad Həccində insan ixtiyari olaraq təvaf və Səfa ilə Mərva dağları arasındakı yürüşü Ərəfat və Minada qalmaqdan əvvələ, və ya sonraya saxlaya bilər. Təməttü Həccinin ehramı Məkkənin özündə, ifrad Həccində isə xüsusi yerlərdə bağlanmalıdır. Təməttü Həccindən fərqli olaraq, ifrad Həccinin ümrəsini həcc ziyarətindən sonra yerinə yetirmək olar. Təməttü Həccindən fərqli olaraq, ifrad Həccindən sonra müstəhəb ümrə ziyarətini yerinə yetirmək olar. 3.Qiran Həcci. İfrad Həcci kimi, Qiran Həcci də Məkkə əhalisinə və Məkkədən 84 km məsafədə yaşayan şəxslərə aiddir. İfrad Həcci kimi, Qiran Həcci də eyni əməllərlə yerinə yetirilir. Fərq yalnız qurban kəsən (coz inke dər in Həcc mokəlləf Qorbani Ra neşandar-çizi be qərvəne heyvan avixte və neşani bər an miqozarad-ra az ehram ba xod be həmrah darəd) | |
Views: 820 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |