Daşlanan Şeytan
Təməttü həccinin səkkizinci əməli Şeytana daş atmaqdır. Zilhiccə ayının 12 və 13-cü günləri niyyət etdikdən sonra kiçik, ortancıl və böyük Şeytanın hər birinə yeddi daş atılır.
Niyyət
"Allaha yaxınlaşmaq və təməttü həcci üçün Şeytana yeddi daş atıram”.
Şeytanların daşlanması gün çıxandan sonra başlamalı və bu zaman ardıcıllığa riayət olunmalıdır.
Əvvəl balaca, sonra ortancıl, axırda isə böyük Şeytan daşlanmalıdır.
Onların hər birinə yeddi və ümumilikdə 21 daş atılmalıdır.
Xəstə, qoca və bu kimi üzürlü şəxslər Şeytanı gecə də daşlaya bilərlər. Zəvvarın Şeytanı ardıcıl daşlaması vacib deyil. Bu işi fasilə verməklə də yerinə yetirmək olar. Yəni böyük Şeytanı səhər, ortancıl günorta, kiçiyi isə axşam daşlamaq olar. Şeytanı daşlamayan şəxs günah etmiş olur, lakin bu, həcci batil etmir və kəffarəyə də səbəb olmur. Bu əməli unutqanlıq və məlumatsızlıq üzündən yerinə yetirməyən şəxs günah etməmiş olur və boynuna kəffarə düşmür. Bunla belə o, bütün vacib əməllərin üəzasını yerinə yetirməlidir. Şeytanı daşlamağı ünudan və Məkkə şəhərinə gələn şəxs geri qayıdıb bu əməlin qəzasını yerinə yetirməlidir. Vətəninə gəldikdən sonra bunu xatırlayan şəxs ya növbəti ildə gəlib bu əməlin qəzasını yerinə yetirməli, ya da başqa birisini öz yerinə göndərin əməlin yerinə yetirməsini ona həvalə etməlidir. Şeytanın daşlanmasının bir neçə vacibatı var:
Niyyət etmək –
"Allaha yaxınlaşmaq və təməttü həcci üçün yeddi daşla Şeytanı daşlayıram”. Demək.
Şeytana yeddi daş atmaq. Bunla belə, hər ehtimala qarşı, bir neçə artıq daş atmaq da olar. Daşlar sütunabənzər tikiliyə dəyməlidirt. Daş səmtini dəyişib başqa birinə dəyərsə, bunun eybi yoxdur.
Daşlar mütləq sütuna atılmalıdır və onların kənara qoyulması kifayət etmir.
Daşlar bir – birinin ardınca atılmalıdır.
Üzürlü səbəb olmadan Şeytana daş gün çıxandan sonra şam namazına qədər atılmalıdır
Zəvvar atdığı daşın hədəfə dəydiyinə şəkk etdikdə onun dəydiyinə ehtimal verməli və növbəti daşını atmalıdır.
Sonradan şəkk etdikdə isə ümumiyyətlə, şəkkinə etina etməməlidir. Daşlar orta böyüklükdə olmalı və ilk dəfə istifadə olunmalıdır.
Daşları fasilə ilə atmaq olar, amma fasilə çox olduqda yenidən başlamaq lazımdır.
Şeytan, hətta zərurət yarandıqda belə, yuxarıdan daşlanmalıdır
|