Şənbə günü, 2024-04-27, 0:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

Əhli Beytin Nəzərində Ölümün Həqiqəti
2013-07-20, 4:22 AM
Əhli Beytin Nəzərində Ölümün Həqiqəti



Hz. İmam Məhəmməd Mis (a.s)dan ölüm haqqında soruşulduğda, Həzrət belə buyurdular: "Ölüm, sizə hər gecə gələn yuxu deməkdir. Yalnız dəyişən şey, ölümün uzun müddətli olmasıdır. Ölən şəxs ancaq qiyamət günü ölüm yuxusundan qalxacaq. Yuxuda ikən sevindirici və qorxuducu şeylər görənin halı necəsə, ölənin vəziyyəti də elədir. O halda özünüzü qəti gələcəyə hazırlayın. "[1]


Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə öldükdə onun qiyaməti başlayır. Ona görə də Allaha elə ibadət edin ki, sanki Onu görürsünüz və hər an Ondan rəhmət diləyirsiniz.»(Nəhcül-Bəlağə, 156. )


İmam Əli (ə): «Ölüm axirətin darvazasıdır.»

İmam Sadiq (ə)(«De ki: Ondan qaçdığınız ölüm, mütləq öz vaxtında sizi haqlayacaq.»(əl-Kafi, c.3, səh.262, hədis44 ) ayəsi haqda): «İlləri sayırsan, sonra ayları, sonra da günləri sayırsan. Sonra saatları sayırsan, sonda da aldığın nəfəsləri. Əcəlləri çatanda nə bir saatını arxaya, nə də əvvələ ata bilməzlər.»(Biharul Ənvar, c.14 , səh.463 , hədis3 - Ali-İmran, ayə185)

Yenə İmam Zeyn-ül Abidin (a.s)a: "Ölüm nədir?" deyə soruşulduğunda, cavab olaraq belə buyurdular:
"Ölüm, mömin üçün çirkli və üzəri haşere dolu paltarı çıxarmaq, ağır zəncirlərdən xilas olmaq və ən qiymətli paltarlara, gözəl qoxulara, ən yaxşı cənnət miniklərinə və evlərinə çatmaq deməkdir. Kafir üçün isə ölüm, qiymətli paltarı çıxarmaq, çox sevdiyi evlərdən ayrılmaq, çirkli və əziyyət verici paltarlara bürünmək, dəhşət verici böyük əzaba tutulmaqdır." [2]

Hz. İmam Sadiq (a.s)a: "Bizə ölümü vasfedin deyilincə, İmam (ə.s) belə buyurar: "Ölüm, mömin üçün ən gözəl bir qoxunu iyləmək kimidir, onun qoxusunun gözəlliyindən yuxuya gedər. Ölüm ondan hər cür yorğunluq və ağrını aradan qaldırar. Kafir üçün isə, ilanın və ya əqrəbin sancması kimi və bəlkə daha şiddətlidir. "[3]


İmam (ə.s) belə davam edər: "Bəzi kafirlər və fasiqlər üçün ölüm belədir. Onlardan bu ağrıları çəkənlərin vəziyyətini görmürsünüzmü? O ağrılar bundan və dünya əzabından daha ağırdır."

Bu əsnada İmama: "Elə isə, nə üçün bəzi kafirlərin ruhlarının asanlıqla alındığını görürük? Onlardan bəziləri danışar, zarafat edər və gülə gülə can verər, buna qarşılıq möminlər içərisində bəzilərinin ölümü bu asanlıqla olarkən, bəzi mömin və kafirlər isə, ölüm anında bu çətinlikləri görürlər" deyildi.

İmam (ə.s) bu suala da bu cavabı verdi: "Ölüm əsnasında möminin qarşılaşdığı asanlıq, onun mükafatının təcili olaraq verilməsindəndir. Möminin qarşılaşdığı çətinlik isə, onun günahlarını təmizləyərək, axirətə təmiz olaraq gəlməsi və heç bir maneə törət qarşılaşmadan ilahi mükafata ləyaqət qazanması üçündür.

Kafirlərin ölüm əsnasında gördüyü asanlıq isə, dünyada ikən yaxşılıqlarının qarşılığını görüb, axirətə yalnız əzabı tələb edən səbəblərlə girmələri üçündür. Kafirlərin ölüm anında qarşılaşdığı çətinliklər isə, yaxşılıqlarının mükafatı bitdiyindən ötəri Allahın cəzasının başlamasındandır. Bax vəziyyət budur. Allah ədalətlidir, kimsəyə zülm etməz." [4]

Hz. İmam Musa  (ə.s), üzərinə ölüm ağırlığının çöküb də kimsəyə cavab verə bilməz vəziyyətdə olan bir xəstəni ziyarət edər. Bu vaxt orada olar: "Ey Rəsulullahın oğulu! Yoldaşımızın vəziyyətinin necə olduğunu və ölümün nə olduğunu bilmək istəyərdik" deyərlər.

Bunun üzərinə, İmam (ə.s) belə buyurar: "Ölüm təmizləyicidir. Möminləri günahlarından təmizləyər. Ölüm, möminin çəkdiyi ən son ağrılı və üzərində qalan ən son günahlarının keffaresidir. Ölüm, kafirlər üçün də təmizləyicidir. Ancaq onları yaxşılıqlarından təmizləyər. Bu səbəbdən ölüm kafir üçün dadacağı ən son ləzzət, ən son nemət və ən son rəhmətdir. Asan ölüm kafirlər üçün yaxşılıqları qarşısında verilən ən son mükafatdır. Bu yoldaşınıza gəlincə, o günahlarından təmizləndi,  günahlarından təmizləndi və bir paltarın yuyunub çirklərdən təmizləndiyi kimi, tərtəmiz olub, əbədi evimizdə biz Əhli Beytlə birlikdə olmağa haqq qazandı. "[5]

[1]- Mizan-ül Hikmət c. 9 s. 235, Elm-ül Yəqin c. 2 s. 1045

[2]- Me'an-ül Ahbar s. 289, Elm-ül Yəqin c. 2 s. 1045

[3]- Bihar-ül Envar c. 6 s. 152

[4]- Elm-ül Yəqin c. 2 s. 1055, Bihar-ül Envar c. 6 s. 152

[5]- Elm-ül Yəqin c. 2 s. 1056
Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 878 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]