Cümə günü, 2024-04-19, 2:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

Ehl-i Beyt Mektebinde İmamet İnancı(4.Bölüm)
2013-08-05, 8:52 AM
Əhli Beyt Məktəbində İmamet inancı(4. Hissə)

Bütün imamlar, elm barəsində belə idilər. Halal və haram ilə əlaqədar suallar soruşulunca, hamısı eyni cavabı verirdilər. Halbuki bunu heç bir ustad və alimdən öyrənməmişdilər. Onların imametini bundan daha açıq bir şəkildə isbat edən bir dəlil ola bilərmi?! 
Peyğəmbər (s. a. a), onları təyin etmiş, onlara elm öyrətmiş, öz və keçmiş peyğəmbərlərin elmlərini onlara miras buraxmışdır. İnsanlar arasında kim, heç bir ustaddan elm öyrənmədən, Hz. Məhəmməd b. Əli və Hz. Cəfər b. Məhəmmədin ortaya qoyduğu elmləri ortaya sayıb qurtara bilməzlər?!"‌(14)
Peyğəmbər (s.a.a)dan Əhli Beytin fəzilətlərindən  nəql edilən hədislər saysızdır. Onları gizləmək qeyri-mümkündür. Xüsusilə də Hz. Əli (ə.s) haqqında olan hədislər olduqca çoxdur. İbni Abbas, Rəsulullah (s.a.a)ın belə buyurduğunu rəvayət edər:
"Ağaclar qələm, dənizlər mürəkkəb, cinlər müsahibəçi və insanlar da katib olsalar, Möminlərin Əmri Əli (a.s)ın fəzilətlərini sayamazlar."‌(15)
Bir elm əhlindən Əli b. Əbi Talibin fəziləti haqqında soruşulunca, belə cavab vermişdir:
"Düşmənlərinin, kin və həsəddən, dostlarının isə qorxudan, fəzilətlərini saxladıqları halda, cildləyər dolusu fəziləti yayılan bir kimsə haqqında nə deyə bilərəm ki?!"‌(16)

İmamların Ümumi Sifətləri
İmamlar (ə.s), Allahın özlərinə itaət edilməsini əmr etdiyi əmr sahibləridirlər. Onlar insanlar üzərindəki şahidlər, Allaha gedən yolun qapıları, Allaha çatan doğru yol və Allahın dəlilləridirlər. İmamlar, Allahın elminin xəzinələri, tövhidinin rüknləridirlər. Səhv və dolaşmalardan masundurlar. Allah onlardan hər cür pisliyi xərcmiş və onları tərtəmiz etmişdir. Bir çox kəramətlər göstərmişlər və ulduzlar göydəkilərin zəmanəti olduğu kimi, onlar da yer üzündəkilərin zəmanətidirlər. İmamlar, ümmət içində Nuhun gəmisi mövqesindədirlər. Ki o gəmiyə minənlər xilas oldu, geri qalanlar isə həlak olub getdi. İmamlar, Allahın uca etdiyi qullarıdırlar. Onlar, Allahın hər mövzudakı hökmünü bilərlər. Onları sevmək iman, onlara nifrət etmək isə küfrdür. Onların əmrləri Allahın əmrləri, nəhyləri də Allahın nəhyləridir. Onlara itaət Allaha itaət, onlara müxalifət də Allaha müxalif çıxmaqdır. Dostları Allahın dostları, düşmənləri isə Allahın düşmənləridir. Yer üzü, heç bir zaman Allahın ya açıqda ya da gizlidə olan bir hüccetinden boş qalmaz. Əks halda yer üzü əhlini udar.

Allahın Dostlarını Sevmək və Düşmənlərinə Nifrət etmək
Allahın dostlarını sevmək, düşmənlərinə də nifrət etmək fərzdir.
Bu səbəblə insan, Allahın düşmənlərindən, xüsusilə də Əhli Beytə zülm edən, miraslarını qəsb edən, Rəsulullah (s.a.a)ın sünnəsini dəyişdirən, imamlarına etdikləri beyətlərini pozan, Hz. Əli (ə.s) ilə döyüşən, Şiələri qətl edən, fəzilət əhli möminləri sürgün edən, lənətlənmiş insanlara zəmanət verən, malı zənginlər arasında çevirib dolaşdıran, səfehləri iş başına gətirən, Ənsar və Mühacirləri, fəzilət və salah əhlini öldürən kəslərdən və bunları sevənlərdən bəri olduğunu elan etməlidir. Çünki, " Halbuki onlar yaxşı işlər gördüklərini (və bunun müqabilində mükafata nail olacaqlarını) zənn edirdilər.. Onlar o kəslərdir ki, Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda duracaqlarını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmayacağıq!"‌(17)
Eyni şəkildə, Hz. Əlinin gerçək dostları olan, Rəsulullahın yolundan ayrılmayan və sünnəsini dəyişdirməyən Selmanı Farsı, Əbu Zerr'il Gifari, Mikdad b. Esved, Ammar b. Yasir, Huzeyfe b. Yeməyin, Əbu Heysem b. Teyhan, Sehl b. Huneyf, Ubade b. Samit, Əbu Eyyub əl-Ənsarı, Huzeyme b. Sabit, Əbu Səid əl-Hudri və digərləri kimi Əhli Beyt İmamlarına uyanları, onların hidayətiylə hidayət tapanları və onların yolunda gedənləri də sevmək lazımdır.
 (14)- İkmalud idin, s. 91.
 (15)- Menakıbı Harezmi, s. 2 və 235.
 (16)- Gayet'ul-Meram, s. 497, Şafininin sözüdür.
 (17)- Kəhf / 104-105.

tebyan

Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 749 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]