Cümə günü, 2024-03-29, 5:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » İslam » Cəfəri məktəbinin əsasları

Əhli Beyt Məktəbində İmamet inanc(1. Hissə)
2013-08-05, 8:55 AM
Əhli Beyt Məktəbində İmamet inanc(1. Hissə)


FEYZ KAŞANİ
İmametin İsbatı
Peyğəmbərlərin lazımlılığı haqqında bəyan etdiyimiz dəlillərin eynisi, peyğəmbərlərin qəyyum və xəlifələri üçün də etibarlıdır. Bir peyğəmbərin qəyyumları, digər bir peyğəmbər zühur edənə qədər var olmalıdır. Çünki qəyyuma olan ehtiyac müəyyən bir zaman və ya hal ilə məhdud deyil. Çünki kitab və şəriət, dini qoyacaq biri olmadıqca, tək başına kafi deyil. Görmürsənmü bütün məzhəb və təriqətlər, özlərini Qurana söykəyirlər?! Ürəklərində əyrilik olan cahil insanlar da Qurana istinat edirlər?! Bu səbəblə, Allah indinden bir kitab və şəriətlə göndərilən hər peyğəmbərin qəyyumları olmalıdır. Bunlar, o peyğəmbərin peyğəmbərliyinin sirlərini və ona nazil olan kitabın maarifini insanlara şərhli, onun yolunda heç bir anlaşılmazlığın qalmamasını təmin etməlidirlər. Bu məzmunda, özü peyğəmbərlərin əfəndisi və sonuncusu, dini də dinlərin ən mükəmməli və sonuncusu olan Rəsulullahın da qəyyumları olmalıdır. Bunlar, Rəsulullahın insanlar üzərindəki hüccetleridirler. Quranın, insanların heva və həvəslərinə, ağıl və rəylərinə görə deyil, Allahın murad etdiyi şəkildə şərh olunmasının zəmanətidirlər. Bunlara uyğun gəlilmədiyi təqdirdə ixtilaflar çıxar, ürəklər dəyişik yollara sapar. Necə ki Allahı Təala belə buyurur:
"(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: " Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.(1)
Yenə buyurur ki:
"Lakin Allah olacaq işi (möminlərin qələbəsini, kafirlərin məğlubiyyətini) yerinə yetirmək üçün belə etdi ki, həlak olan aşkar bir möcüzə ilə (dəlillə) həlak olsun, sağ qalan da aşkar bir möcüzə ilə sağ qalsın"‌(2)

İmamın Varlığı İlahi Bir Lütfdür
İmamın varlığı Allahın qullarına olan bir lütfüdür. Çünki imam, insanları birləşdirər; zəifin haqqını güclüdən, kasıbın haqqını zəngindən alar; cahilin önünü alar, qafili oyandırar. Uca Allah buyurur ki:
"Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!."‌(3)
" Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!"‌(4)
"Qiyamət günü hər ümmətə özlərindən bir şahid (hər ümmətin öz peyğəmbərini) göndərəcəyik (tutacağıq)."‌(5)
Rəsulullah da belə buyurmuşdur:
"Ümmətin içində hər vaxt bir ədalətli imam var olacaq ki, hakimlərin təhrifini, batil əhlinin bidətlərini və cahillərin şərhlərini dindən uzaqlaşdırıb yox etsin."‌(6)
(1)- Ali- İmran / 7.
 (2)- Ənfal / 42.
 (3)- Fatır / 24.
 (4)- Rə'd / 7.
 (5)- Nəhl / 89.
 (6)- Bihar'ul-Envar, c. 33, s. 30, 46. hədis.
tebyan

Category: Cəfəri məktəbinin əsasları | Added by: Ənfal
Views: 793 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]