Çərşənbə axşamı, 2024-12-03, 8:48 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Namaz

Namazı əvvəl vaxtda qılmağın böyük fəzilətləri
2012-12-12, 0:18 AM
Namazı əvvəl vaxtda qılmağın böyük fəzilətləri
   "Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın”. ("Bəqərə” 238).

Bəli, namaz dinin sütunudur və xüsusilə də vacib namazları əvvəl vaxtda qılmağın böyük fəziləti vardır. Çünki bu zamanın elə bir sirləri vardır ki, biz onları bilmirik və ona riayət edərək, çox böyük savaba çatmış olarıq.

İmam Sadiq (ə) bu haqda buyurur: "Namazı əvvəli vaxtda qılmaq müstəhəb və mükafatı artırandır”. Əvvəl vaxtda qılınan namazdan sonra edilən dualar da qəbul olar. İmam Həsən Əsgəri (ə) buyurur: "Allah Təala Musa (ə) ilə danışdı, Həzrət Musa (ə) buyurdu: "Allahım! O kəs ki, namazını vaxtında yerinə yetirər, hansı savabı vardır?” Allah buyurur: "Hacətini ona əta edərəm, behişti onun üçün mübah edərəm””.

Həzrət Peyğəmbərimiz (s) namazı əvvəl vaxtda qılmağa xüsusi əhəmiyyət verər və müsəlmanları bu əmələ dəvət edərdi. O, buyurardı ki, namazı əvvəl vaxtda qılmaq narahatçılıqları aradan qaldırar və nigarançılığı aparar. Həzrət (s) buyurur: "O bəndə ki, namazın vaxtlarına və günəşin yerinə əhəmiyyət verər, mən üç şeyi onun üçün zəmanət edirəm: giriftarlıqların və narahatlıqların aradan getməsi, ölən zaman rahatlıq və atəşdən nicat”.

Bu düzdür ki, bəndə namazını axır vaxtda da qılsa, vəzifəsinə əməl etmiş olar. Ancaq o işlər ki, Allaha aiddir və onu üzrsüz yerə sonraya saxlamaq məsuliyyətdir və ona görə cavab vermək lazımdır.

Dini məsələlərə əhəmiyyət vermək, onun təsirlərinə agahlığın olması dini elmə lazımlı qədər yiyələnməkdən irəli gəlir. İnsan elə bir varlıqdır ki, hədəfinə çatmaq üçün hər bir şeyi əsirgəməz. Əgər yəqinliyi olsa ki, bir əməl onun həm dünyası və həm də axirəti üçün faydalıdır, onu yerinə yetirmək üçün canını belə verər.

Bu elmi iki yoldan əldə etmək olar: ilk yol odur ki, insan mütaliə, tədqiq, Quran və hədislər haqqında təfəkkür edərək, bu elmi əldə edər. İkinci yol isə bu elmə ibadət və bəndəlik vasitəsilə çatmaqdır. Yəni, insanın etdiyi əməlinə elmi nə qədər çox olarsa, onu daha çox şövq və həvəslə yerinə yetirəcəkdir. İbadətini hər nə qədər nizamla və ixlasla yerinə yetirərsə, onun təsiri daha çox müşahidə olunacaqdır.

İnsan xəstə olan zaman həkimin dediklərinə əməl etməyə çalışır. Acı dərmanları içir və iynə vurdurur. Çünki sağalacağına yəqinliyi vardır. Ona görə də namazı əvvəl vaxtda qılmaq nəinki şövq və həvəs istəyir, bəlkə bu yolun çətinliklərini də geridə qoyur.



İmam Zaman ağa (ə.f) namazı əvvəli vaxtda qılır

Namazı əvvəl vaxtda qılan mübarək insanlardan biri İmam Zaman ağadır (ə.f). Çünki bunun əksi qeyri-mümkündür. Ondan sonra Allahın saleh bəndələri gəlir. Hədis nəql edənlər yazır: "Əvvəl vaxtda qılınan namaz mütləq yuxarı gedir. O kəs ki, namazını əvvəl vaxtda qılar, mələklər onun namazını İmam Zamanın (ə.f.) və saleh bəndələrin namazı ilə bir yerdə göyə qaldırar. Allahın kərəmindən uzaqdır o namaz ki, İmam Zamanın (ə.f) namazı ilə bir yerdə göyə qalxar və ona diqqət edilməsin və qəbul edilməsin”.

Quran namazı əvvəl vaxtda qılmağı möminlərin xüsusiyyətlərindən biri kimi bəyan edir. Allah buyurur: "Möminlər o kəslərdir ki, namazlarını hifz edərlər”. Yəni namazlarını əvvəl vaxtda qılarlar.

Namazda süstlük göstərməyin bir çox amilləri vardır, o cümlədən:

1. Bizim namazla bağlı olan problemimiz budur ki, özümüzü namaz qılmağa möhtac hiss etmirik. Ona ancaq İlahi bir vacibat kimi baxırıq. Vəzifə də, adından göründüyü kimi, çətinliklə yerinə yetirilən əməldir. Bütün bunlar ona görə baş verir ki, Xaliqimizi lazımlı qədər tanımırıq. Namazın sirlərini bilmirik. Əgər Allahın əzəmətini dərk etsəydik, Onun aşiqi olar və namazı daha həvəslə qılardıq.

2. Namazda süstlıük göstərməyimizə səbəb olan amillərdən biri isə günahdır. Allah buyurur ki, şeytanla dost olmayın, onun əmrlərini yerinə yetirməyin. Çünki şeytana itaət edən, Allaha itaət etməz. O insan ki, günah işlədər, namaza tərəf getməz və Allaha ibadət etməz.

3. Dünyaya bağlı olmaq insanı namazdan soyudar. İnsan hər nə qədər dünyaya bağlı olarsa, Allahdan uzaqlaşar. Ona görə də nəfsani istəklər və onlara qəlbən bağlanmaq - bütün günahların köküdür. Bu sevgidən də günahlar meydana gələr. Ona görə də namazdan ləzzət almaz, namazı tərk edər.

4. Namazda süstlük göstərməyin amillərindən biri də cavan və yeniyetmə olan zaman ruhi zərər görməsidir. Belə ki, bu böhranlı zamanda olan cavan bir tərəfdən dini baxımdan şəkdədir, o biri tərəfdən təcrübəsizdir, ona görə də namaza o qədər də meyl göstərmir.

5. Namazda süstlük göstərməyə səbəb olan amillərdən biri də səbirsiz olmaqdır. Hər bir vəzifəni yerinə yetirmək hövsələ və səbir istəyir. İmam Əli (ə) buyurur: "Hər kim itaətdə səbir edər, Allah ona 600 dərəcə yazar, bu dərəcələr arasındakı fasilə yerlə ərş arasında olan fasilə qədərdir”.

Namazı əvvəl vaxtda qılmaq zahirən çətin görünsə də, səbirlə bu iş daha asan olar. Bu bizim Qiyamət günü tək nicat vasitəmiz ola bilər. Ona görə də onu yerinə yetirməyə səy göstərək.

(Tebyan/Deyerler.Org/)
Category: Namaz | Added by: Ənfal
Views: 920 | Downloads: 0 | Comments: 3 | Rating: 5.0/1
Total comments: 3
0  
3 EHLI-BEYT_ASIQI   (2012-12-22 7:49 PM) [Daxil et]
twkkk. allah qildigmiz namalari qebul etsin amin...

0  
2 Ənfal   (2012-12-12 8:43 AM) [Daxil et]
Aleykum salam. Bahəm inşeallah

+1  
1 GADİR   (2012-12-12 8:25 AM) [Daxil et]
ALLAH RAZİ OLSUN.
SALAM ALEYKUM. book

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]