Cümə günü, 2024-04-19, 2:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Şəri məsələlər

Təklif edilərsə müstəhəb orucu açmağın hökmü nədir?
2013-05-15, 8:19 AM
Təklif edilərsə müstəhəb orucu açmağın hökmü nədir?

Əgər mömin şəxs müstəhəb oruc tutduğumuz halda bizi yeməyə dəvət etsə vəzifəmiz nədir?

Onun bu təklifini qəbul edib orucumu açmalıyıq, yoxsa iftar vaxtına qədər oruc qalmalıyıq?


Cavab:

Ayətullah Seyyid Əli Xamenei: Müstəhəb oruc tutulduğu zaman mömin bir şəxsin yemək təkilifini qəbul etmək bəyənilir və orucu batil etsədə insanı orucun savabından məhrum etmir.

Ayətullah Seyyid Əli Sistani: Mömin şəxsin təkilifini qəbul etmək müstəhəbdir.

Ayətullah Nasir Məkarim Şirazi: Mömin şəxsin təkilifini qəbul edib, müstəhəb orucu açmaq insanı orucun savabından məhrum etmir. Lakin bu təklif ciddi şəkildə olmalıdır (Zarafatça və ya öncədən planlaşdırılmış halda yox).

Ayətullah Fazil Lənkərani: Orucu açıb-açmamaqda ixtiyar sahibidir. Lakin mömin şəxsin təklifini qəbul edib iftar edərsə 2 savabı var. Bir müstəhəb oruca görə, digəri isə möminə olan hörmətini saxladığına görə.

islamazeri.az


Category: Şəri məsələlər | Added by: Ənfal
Views: 971 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/1
Total comments: 1
0  
1 GADİR   (2013-05-15 11:08 AM) [Daxil et]
Allah razi olsun.
Ayətullah Fazil Lənkərani:
 Orucu açıb-açmamaqda ixtiyar sahibidir. Lakin mömin şəxsin təklifini qəbul edib iftar edərsə 2 savabı var. Bir müstəhəb oruca görə, digəri isə möminə olan hörmətini saxladığına görə. thumbup

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]