Main » Files » Əhkam » Şəri məsələlər |
2013-05-10, 6:17 AM | |
Qadın və kişi geyimləri Sual: Kişilərin qadın paltarları və ya əksinə, qadınların kişi paltarı geyinməsinin hökmü nədir? Cavab: Ayətullah İmam Xomeyni və Behcət: Vacib ehtiyata əsasən, əks cinsin nümayəndəsinə məxsus olan libası geyinmək caiz deyil. 1 Ayətullah Təbrizi, Xaminei, Safi, Fazil Lənkərani və Vahid Xorasani: Vacib ehtiyata əsasən, əks cünsin nümayəndəsinə məxsus olan geyimi o vaxt geyinmək caiz deyil ki, onun özünün geyimi qırar verilsin. 2 Ayətullah Sistani: Vacib ehtiyata əsasən, əks cinsin paltarını geyinmək onu əks cinsə oxşatsa, caiz deyil. 3 Ayətullah Mekarim Şirazi: Əks cinsin paltarını geyinmək, əgər onda xüsusi fəsad yaratmırsa, eybi yoxdur. 4 Ayətullah Nuri: Vacib ehtiyata əsasən, əks cinsin paltarını geyinmək caiz deyi. Yalnız o vaxt geyinmək olar ki, ortada aqilanə və daha mühüm bir məqsəd olsun. 5 1.Müctəhidlərin Tozuhul-məsaili, məsələ 846 2. Fazil Lənkərani, Müctəhidlərin Tozihul-məsaili, məsələ 846. Vahid Xorasanı, Tozihul-məsail, məsələ 852. Xaminei, Əcvibətul-İstiftaaat, səh. 1372, Safi, Camiul-əhkam, 2-ci cild, səh. 1688. Təbrizi, Siratun-nicat, 3-cü cild, səh 781. 3. Müctehidlərin Tozihul-məsaili, məsələ 846 4. Məkarim Şirazi, İstiftaat, 1-ci cild, səh 138 5. Nuri, Tozihul-məsail, məsələ 847 Qadın və kişinin müştərək libasları
Sual: Qadın və kişinin müştərək libaslarını necə ayırd etmək olur? Cavab: Bütün Bütün müctehidlər: Onu ayırd etmək camaatın nəzəridir. Məsələn: şalvar, başmaq və s. 1 1. Əl-ürvətul vusqa, c. 1, Ət-təqlid, məsələ 67 Teatr libasları Sual: Kişilərin qadın, qadınların kişi paltarrını teatr və filmdə oynamaq üçün geyinmələrinin hökmü nədir? Cavab: Ayətullah İmam Xomeyni, Behcət və Fazil Lənkərani: Vacib ehtiyata əsasən caiz deyil. 1. Ayətullah Xaminei, Sistani, Safi, Mekarim Şirazi və Vahid Xorasani: Əks cinsin paltarını oyunçuluq vaxtı və həqiqi şəxsin xüsusiyyətlərini bəyan etmək üçün geyinməyin (əgər fəsada səbəb olmasa) eybi yoxdur.2. Ayətullah Nuri: Əks cinsin paltarını o zaman geyinmək olar ki, zəruri bir hal yaransın. Yəni, mühüm məsləhət olduqda caizdir. Əgər teatr və filmdə əks cinsin paltarını geyinmək zərurət və məsləhət həddinə çatıbsa, bu halda eybi yoxdur. 3. Qeyd: Ayətullah Xaminei, Sistani, Təbrizi, Vahid Xorasani və Safinin fətvalarına əsasən, əks cinsin paltarını geyinmək o vəziyyətdə haramdır ki, onu özünün gendəlik geyiminə çevirsin. Şübhə yoxdur ki, kişi və qadın oyunçular əks cinsin paltarlarını özülərinin gündəlik geyimlərini qərar vermirlər. Yalnız rol zamanı onlardan istifadə edirlər. 1.İmam Xomeyni, İstiftaat, c.3, (Müxtəlif suallar), səh 174. Fazil Lənkərani və Behcət, Müctəhidlərin Tozihul-məsaili, məsələ 846 2. Xaminei, Əcbivətul-İstiftaat, səh 1279. Mekarim Şirazi, İstiftaat c.1, səh.132 və 138. Sistani, Sistani. org (Ziynət), Müctehidlərin tozihul-məsaili, məsələ 846. Vahid Xorasani, Tozihul-məsail, məsələ 852. Safi, Camiul-əhkam, 2-ci cild, səh.1688. Təbrizi, Siratun-nicat, c.3 səh.781. 3. Nuri, c.2, səh 569. Tozihul-məsail, məsələ 847. Şöhrət libası Sual: Şöhrət paltarını geyinməyin hökmünü bəyan edin. Cavab: Ayətullah İmam Xomeyni, Xaminei, Fazil Lənkərani və Nuri: vacib ehtiyata əsasən,şöhrətgətirici və barmaqla göstərilməyə səbəb olan paltarı geyinmək haramdır. 1. Ayətullah behcət, Safi və Vahid Xorasani: Şöhrətgətirici və barmaqla göstərilməyə səbəb olan geyimləri geyinmək haramdır.2. Ayətullah Təbrizi və Sistani: Onu geyinmək haram deyil. O zaman haramdır ki, şəxsin hörmətsizliyinə və xar olmasına səbəb olar.3. Ayətullah mekarim Şirazi: Riyakarlıq xüsusiyyətləri olan libasları geyinmək (məsələn bir şəxs istəyir bunun vasitəsi ilə dünyanı tərk etməklə zöhddə məşhurlaşsın) vacib ehtiyaya əsasən, haramdır. İstər bu geyim parça, istər rəngli və ya toxunma baxımından olsun. Amma qəsdi həqiqətən sadə geyinmək olsa, caiz olmaqla yanaşı layiqli bir əməldir.4. Qeyd: Bütün müctehidlərin fətvasına əsasən, şəxsin hörmətsizliyinə və xar olmasına səbəb olan hər bir geyimi geyinmək haramdır. 1. Xomeyni, Nuri və fazil Lənkərani, Müctehidlərin Tozihul-məsaili, məsələ 847, xaminei, İstiftaat, səh.550. 2. Safi,
Müctehidlərin Tozihul-məsaili, məsələ 845. Behcət,
Müctehidlərin Tozihul-məsail, məsələ 711. vahid Xorasani,
Müctehidlərin Tozihul-məsaili, məsələ 851
3. Təbrizi və Sistani,
Müctehidlərin Tozihul-məsaili, məsələ 845
4. Mekarim Şirazi,
Müctehidlərin Tozihul-məsaili, məsələ 846
Alt paltarları Sual: Əks cinin paltarını geyinmək haram olduğu kimi bu hökm əks cinsin alt paltarına aiddirmi? Cavab: Ayətullah İmam Xomeyni, behcət və Fazil Lənkərani: Alt paltarı və başqası hökmdə fərqlənmir.1. Ayətullah Təbrizi, Xaminei, Safi və Vahid Xorasani: əgər onu özünün geyimi qərar versə, vacib ehtiyaya əsasən, onu geyinmək caiz deyil.2. Ayətullah Sistani: əgər onu əks cinsə oxşatsa, vacib ehtiyaya əsasən, onu geyinmək caiz deyil.3. Ayətullah Mekarim Şirazi: Əgər onu xüsusi bir fəsad üz verməsə, onu geyinməyin eybi yoxdur.4. Ayətullah Nuri: Əgər onu geyinmək üçün arada aqilanə bir düşüncə və ya mühüm olan məsləhət varsa, eybi yoxdur.5. 1.Müctehidlərin Tozihul-məsaili, məsələ 846 2.Vahid Xorasani, Müctehidlərin Tozihul-məsail, məsələ 852, Xaminei, Əcbivətul-İstiftaat, səh 1372. Safi, camiul-əhkam, c.2, səh.1688, Təbrizi, Siratun-nicat, c.3, səh.781. 3.Müctehidlərin Tozihul-məsaili, məsələ 846 4. Mekarim Şirazi, istftaat, c.1, səh.138. 5. Nuri, Müctehidlərin Tozihul-məsaili, məsələ 847 Müvəqqəti libas Sual: Bəzən qısa müddətli və müvəqqəti olaraq mənzildə həyat yoldaşımın (ərimin) paltarlarını geyinirəm. Bu caizdirmi? Cavab: Bütün müctəhidlər: (İmam Xomeyni və Behcətdən başqa) Eybi yoxdur.1. Ayətullah Xomeyni və Behcət: vacib ehtiyata əsasən, caiz deyil. 2. 1.Xaminei, Əcbivətul-İstiftaat, səh. 1219. Mekarim Şirazi, istiftaat, c.1, səh.132-138. Sistani. Sistani.org (Ziynət), səh.34. Müctəhidlərin Tozihul-məsaili, m 846. Safi Camiul-əhkam, c.2 , səh. 1688. Təbrizi Siratun-nicat, c.3 səh.781. Vahid Xorasani Tozihul-məsail, m 852. Nuri İstiftaat, 1-ci cild. səh.569. Tozihul-məsail, m847. 2.Müctehidlərin Tozihul-məsaili, m846. İmam Xomeyni İstiftaat, c.3, (müxtəlif suallar) səh.174. Qadın geyimləri satmaq Sual: Kişilərin qadınların alt paltarlarını satmağın hökmü nədir? Cavab: Bütün müctəhidlər: əgər günaha düşmək qorxusu və ictimai fəsadı arxasınca gətirəcəksə, caiz deyil.1. 1. Xaminei Əcbivətul-İstiftaat, səh. 1396. Hamısının dəftərxanası | |
Views: 1147 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |