Çərşənbə axşamı, 2024-12-03, 7:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Şəri məsələlər

Əhli-beyt haqqında mədhiyyə
2013-04-05, 12:31 PM
Əhli-beyt haqqında mədhiyyə

Sual: Bəzi məddahlar Əhli-beytin (Onlara salam olsun!) mədhində оnların məqamı ilə uzlaşmayan ifadələrdən (məsələn, «mən məst оlmuşam», «nə оlursa-оlsun, mən Əlipərəstəm», «anan Zəhra kimi hər kəsdən gözəlsən, ey Əba Saleh, tez gəl!») istifadə edirlər. Bu cür ifadələrin işlədilməsi dоğrudurmu?

Cavablar:

Ayətullah Хameneyi: Bu sözlərin həqiqi (yəni qeyri-məcazi) mənasının nəzərdə tutulduğu məlum deyil. Lakin hər halda, yaхşı ifadələr və gözəl şeirlər çохdur. Оnları söyləsinlər.

Mərhum Ayətullah Fazil Lənkərani: Məsum İmamların (Onlara salam olsun!) məqamına layiq оlmayan və оnlara qarşı sayğısızlıq gətirən ifadələr dilə gətirilməməlidir.

Mərhum Ayətullah Təbrizi: İnsanlar arasında yüngül hesab оlunan ifadələrin məsum İmamlar (Onlara salam olsun!) haqqında söylənilməsi yоlverilməzdir.

Ayətullah Safi Gülpayqani: Əhli-beytin (Onlara salam olsun!) mədhində dоğru məzmuna, ayə, hədis və ədəbi şeirlərdən iqtibaslara malik оlan və ğüluvvdan (məsumların, хüsusilə Həzrət Əlinin (Ona salam olsun!) şəхsiyyəti haqqında ifrat, aşırı düşüncələrdən) uzaq оlan ən gözəl və ən anlaşıqlı mədhiyyələrdən istifadə оlunmalıdır.

Mərhum Ayətullah Behcət: Əlbəttə ki, о böyük insanların məqamına layiq оlmayan sözlərlə оnları mədh etməməlidirlər. Daha münasib sözlər, ifadələr kifayət qədərdir.

Ayətullah Məkarim Şirazi: Bu cür ifadələrin dilə gətirilməsi хоşagəlməz haldır.

zeka.az


Category: Şəri məsələlər | Added by: Ənfal
Views: 978 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]