Şənbə günü, 2024-12-21, 7:56 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Şəri məsələlər

Əhkamda müasir məsələlər (davamı)
2013-02-21, 9:46 AM
Əhkamda müasir məsələlər (davamı)

Məsələ 12. Sudan diri tutulan pulcuqlu balıqlar halal hökmündədir.

Məsələ 13. Balığın kürüsü onun özünə aiddir, yəni əti halal olan balığın kürüsü də halaldır.

Məsələ 14. Spirtli içkilər və araq içilən süfrədən bir şey yemək haramdır, hətta vacib ehtiyata əsasən belə süfrələr ətrafında oturmaq da haramdır.

Məsələ 15. Qeyri-islami ölkələrdən islam ölkələrinə gətirilən heyvanların üzərinə "İslam şəriətinə uyğun kəsilmişdir” yazılan sözün etibarı yoxdur. Lakin onları hazırlayan müsəlman olsa və ya əhalisinin əksəriyyəti müsəlman olsa və hazırlayan qeyri-müsəlman olduğu məlum olmasa belə heyvanların ətini yeməyə icazə vardır. Amma əgər istehsalçı qeyri-müsəlman olsa və ya əhalisinin əksəriyyəti qeyri-müsəlman olan ölkələrdə istehsal olsa onların ətini yeməyə icazə yoxdur.

Məsələ 16. Şərab içilən məclislərdə yemək içmək haramdır. Amma vacib ehtiyata əsasən orada iştirak etməkdə haramdır.

Məsələ 17. Şir, bəbir, pələng, tülkü, çaqqal və bu kimi yırtıcı heyvanların dərisindən hazırlanan əşyalarla namaz qılmaq caiz deyildir. Vacib ehtiyata əsasən yırtıcı olmayan meymun və fil kimi əti haram olan heyvanların dərisindən hazırlanan libaslarla namaz qılınmasın.

Məsələ 18. Qeyri-islam ölkələrində ilan və timsahların dərilərindən hazırlanan və dükanlarda satışa verilən bütün əşya və ləvazimatlar pakdırlar.

Məsələ 19. İstər namazlarda və ya qeyri-hallarda kişilərin qızıl üzük, qızıl nişan üzüyü, qızıl qol saatı və bu kimi qızıl əşyalarından istifadə etməsi düzgün deyildir.

Məsələ 20. Qadınlar bütün hallarda qızıldan istifadə edə bilərlər.

Məsələ 21. İstər islam, istər qeyri-islam ölkəsində piyada və ya maşın yolunu tutmaq və yaxud maneə yaratmaq caiz deyil.

Məsələ 22. Müsəlman heç bir kəsin malına və işinə xəyanət etməməlidir. Bu iş haramdır. Hətta əgər mal və iş sahibi kafir olsa da belə. Hər bir müsəlmana əmanəti qoruyub saxlamaq və kamil surətdə sahibinə qaytarmaq vacibdir. Bəs hər bir fabrik, mağaza və super market işləyirsə və yaxud bir şirkətin mühasibidirsə xəyanət etməyə və oradan bir şey götürməyə haqqı yoxdur.

Məsələ 23. Qeyri-islam ölkələrinə səfər edən müsəlman qeyri-müsəlmanların mallarından oğurlaya bilməz.

Məsələ 24. Heç bir müsəlman aylıq məvacibləri qanunsuz və saxta sənəd düzəltməklə ala bilməz.

Məsələ 25. Məktəb və Universitetlərdə qiymət saxtakarlığı caiz deyil. Bu istər yanında oturan şagirddən, yaxud tələbədən kömək almaqla, yaxud gizli vərəqələrdə düzgün cavabı yaymaqla və yaxud da qanuna xilaf olan hər hansı bir yolla olsa belə düzgün deyildir.

Məsələ 26. Bankamatdan pul götürərkən səhvən bankamat bir miqdar artıq pul buraxarsa, onu götürmək düzgün deyil.

Məsələ 27. Qeyri-islam ölkələdə su, işıq və ya qaz sayğaclarına müdaxilə etmək kimi işlər düzgün deyildir.

Məsələ 28. Bir müsəlman qeyri-islam ölkəsinin sığorta idarəsindən bir miqdar pul almaq üçün bir növ süni yanğın törədirsə, bu iş düzgündürmü? O aldığı pulun sahibi ola bilərmi?

Cavab: Malı tələf və zay etmək caiz deyildir. Yalan demək və həqiqəti gizlətmək də dzgün deyildir. Bu malı və pulu almaq halal deyil.

Məsələ 29. Avropa və Amerika məktəblərində saxtakarlıq etmək olarmı? Özəl məktəblərdə necə ?

Cavab: Ümumiyyətlə heç bir yerdə və heç bir halda saxtakarlıq səhih və düzgün deyildir.

Məsələ 30. Bəzi avtobuslarda və digər nəqliyyat vasitələrində "siqaret çəkmək qadağandır” yazılmışdır. Belə yerlərdə siqaret çəkmək düzgündürmü?

Cavab: Əgər bu işi şərt etməklə sərnişin mindiriblərsə və yaxud bu riayət olunası dövlət qanunudursa, qanuna əməl etmək lazımdır və qanuna əks olmaq düzgün deyil.

zeka.az


Category: Şəri məsələlər | Added by: Ənfal
Views: 951 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]