Çərşənbə axşamı, 2024-12-03, 7:37 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əhkam » Şəri məsələlər

Hamiləliyin qarşısını almaq üçün
2013-06-01, 5:22 AM
Hamiləliyin qarşısını almaq üçün

edilən cərrahiyyə əməliyyatının hökmü


Sual: Hamiləliyin qarşısını almaq üçün qadınlarda, yaxud kişilərdə cərahiyyə əməliyyatı aparılır. Bu əməliyyatlar qadının, ya kişinin repreduktiv fəaliyyətdən (nəsil artırmaq qabiliyyətindən) məhrum olmasına səbəb olarsa caiz deyil?

Həzrət Ayətullah Xameneyi: Hamiləliyin qarşısını almaq üçün kanalların (kişilərdə sperma, qadınlarda isə analıq kanalının) bağlanmasının öz-özlüyündə işkalı yoxdur. Lakin cərrahiyyə əməliyyatı zamanı haram olan baxma və toxunmadan qorunmaq lazımdır. Həmçinin qadın üzərində deyilən cərrahiyyə əməliyyatı ərinin icazəsi ilə aparılmalıdır.

Həzrət Ayətullah Məkarim Şirazi: Nütfənin mayalanmasının qarşısını almaq üçün zərərsiz olan və qadın, yaxud kişinin naqisliyinə (nəsil artırma qabiliyyətindən həmişəlik məhrum olmaq kimi qüsurlara) səbəb olmayan istənilən qanuni (şəri) üsul öz-özlüyündə caizdir. Lakin cərrahiyyə əməliyyatında haram olan baxma və toxunma labüd olarsa, yalnız fərdi, yaxud ictimai zərurət bunu tələb etdiyi halda caizdir.

Həzrət Ayətullah Fazil Lənkərani (Allahın rəhməti olsun ona!): Damarın kəsilməsi və repreduktiv fəaliyyətdən (nəsil artırma qabiliyyətindən) məhrum olmaq qüsurdur və insanın özünü sonsuz və qüsurlu hala gətirməsi caiz deyildir. Doğuma nəzarət etmək (demoqrafik vəziyyəti sabitləşdirmək) üçün cinsi əlaqə zamanı spermanın qadının cinsiyyət orqanına daxil olmasının qarşısını almaq kimi şəriət baxımından işkalsız olan başqa yollar da vardır. Bunlar qadınlara da aiddir. Məhrəm-naməhrəm məsələlərinə riayət etməklə kanalları (kişidə sperma, qadında isə analıq kanalını) müvəqqəti bağlamağın maneəsi yoxdur. (Cameul-məsail, c.1/səh.488).

Həzrət Ayətullah Safi Gülpayqani: İnsanın özünü, yaxud başqasını həmişəlik olaraq nəsil artırma qabiliyyətindən məhrum etməsi caiz deyildir. Həmçinin müvəqqəti xarakter daşıyarsa, cərrahiyyə əməliyyatı zamanı naməhrəmə baxmaq və toxunmaq kimi haramlara düşmək labüd olduğu təqdirdə qaçılmaz hallar istisna olmaqla, caiz deyildir.

Həzrət Ayətullah Behcət (Allahın rəhməti olsun ona!): Caiz deyildir.

Həzrət Ayətullah Sistani: Hansısa üzvün kəsilməsi, ya iflic olması ilə nəticələnməyəcəyi halda, öz-özlüyündə işkalı yoxdur.

Həzrət Ayətullah Təbrizi (Allahın rəhməti olsun ona!): Həmin əməliyyatda haram sayılan baxmaq, ya toxunmaq, özgə kişinin qarşısında bədənin görünməsi, yaxud həyat yoldaşından başqasının qarşısında övrətin (cinsiyyət orqanının) görünməsi halları qaçılmaz olarsa, caiz deyildir. Əhvət (ehtiyata uyğun) nəzərə əsasən, ümumiyyətlə, caiz deyildir.

zeka.az


Category: Şəri məsələlər | Added by: Ənfal
Views: 1082 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]