Main » Files » Əhkam » Şəri məsələlər |
2013-04-01, 1:28 PM | |
Bilməli olduğumuz məsələlər Qızıl və platin Sual: Zinət qəsdi olmadan və başqaları görmədən qızıldan istifadə etməyin eybi varmı? Cavab: Bütün müctehidlər: (Məkarim Şirazidən başqa) Qızıldan istifadə etmək kişi üçün haramdır. Zinət qəzdi olmadan və başqalarından gizlətsə belə (1) Ayətullah Məkarim Şirazı: Əgər gizli olsa eybi yoxdur (2) 1. Xaminei, Əcbivətul-İstiftat, səh.444. Təbrizi, Ət-təliyqə əla minhacuc-salihin, 1-ci cild. Əl-xalis və məsələ 31. İmam Xomeyni, Nuri, Fazil Lənkarani, Təliyqati ələl-ürvə, məsələ 24. Behcət, Bəsaitul-nicat, 1-ci cild, məsələ 639. Safi, Hidayətul-ibad, cild 1, məsələ 678. 2. Məkatim Şirazinin dəftərxanası. Sarı qızıl Ağ qızıl Sual: Ağ qızılın kişilər üçün hökmü hədir? Cavab: Bütün müctehidlər: (Məkarim Şirazidən və Fazil Lənkaranidən başqa) Rəngi ağ olsa da qızıl növündərdirsə, caiz deyil. (4) Ayətullah Müekarim Şirazi və Fazil Lənkarani: Ağ qızıldan istifadə etmək kişilər üçün caiz deyil. (5) Qeyd: Yuxarıda qeyd olunan məsələ barədə fəqihlər arasında heç bir ixtilaf yoxdur. Hamısının etiqadı budur ki, ağ qızıl camaat arasında məşhur olan qızılın növü ilə eyni olsa, ondan istifadə etmək caiz deyil. Ayətullahlardan Mekarim Şirazi və Fazil Lənkarani bu mövzu barəsində araşdırmalar aparıb mütəxəsislərdən əldə etdiyi məlumatlardan sonra belə bir nəticəyə gəliblər ki, ağ qızılın adi qızıldan heç bir fərqi yoxdur. Yalnız rəngi fərqlidir. 4. Təbrizi, istiftat, səh. 2194. Nuri, İstiftat, 2-ci cild, səh. 517. İmam Xomeyni, İstiftat, 1-ci cild, (namazqılanın libası), səh. 52, Sistani, Sistani. org (ziynət), səh. 2. Safi, camiul-əhkam, 2-ci cild, səh. 1737. Xaminei, Əcbivətull-İstiftat, səh. 433, Behcət və Vəhid Xorasaninin dəftərxanası. 5. Məkarim Şirazı, istiftat, 1-ci cild, səh. 811, Fazil Lənkarani, Camiul-məsail, 1-ci cild, səh. 969. Platin Sual: Platindən istifadə etməyin kişilər üçün eybi varmı? Cavab: Bütün müctehidlər: Platindən istifadə etməyin eybi yoxdur (6) 6. Mekarim Şirazi, İstiftat, 1-ci cild, səh. 811. Təbrizi, İstiftat, səh. 2193. İmam Xomeyni, istiftat, 1-ci cild, (namazqılanın libası) səh. 50, Sistani, Sistani. org (Ziynət) səh. 33, Fazil Lənkarani, Camiul-məsail, 1-ci cild, səh. 969. Xaminei, əcbivətul-İstiftaat, səh. 443. Safi, Camiul-əhkam, 2-ci cild, səh. 1739. Vahid Xorasani, Behcət və Nurinin dəftərxanası. Şübhəli qızıl. Sual: Şəkk edirik ki, görəsən bazarda satılan ağ qızıl adi haram olan qızılın növündəndir ya yox? Belə olduqda vəzifəmiz nədir? Cavab: Bütün müctehidlər: Əgər həqiqətən şəkk yaransa, ondan istifadə etməyin eybi yoxdur.(7) 7. Əl-ürvətil vusqa, 1-ci cild, (namazqılanın libası) məsələ 21. Qarışıq qızıl Sual: Əgər qızıl və başqa bir filizin qarışığından zinyət əşyası düzələrsə, qızılı onun tərkibində azlıq təşkil etdiyi halda üzük və saat kimi aksesuarları kişilərin sitifadəsinin eybi varmı? Cavab: Bütün müctehidlər: (Fazil Lənkaranidən başqa) Əgər ona qızıl deyilmirsə, eybi yoxdur. (8) Ayətullah Fazil: Ondan istifadə etmək caiz deyil. (9) 8. İmam Xomeyni, İstiftaat, 1-ci cild, (namaz qılanın libası), səh. 53, Xaminei, Əcbivətul-İstiftaat, səh. 433, Safi, Camiul-əhkam, 2-ci cild, səh. 1738. Mekarim Şirazi, Nuri və Sistani, Təlaiyqati-ələl-ürvə (namaz qılanın libası) əxalis, Behcət, Vahid Xorasani, safi və Təbrizinin dəftərxanaları. 9. Fazil Lənkərani, Təliyqati-ələl-ürvə (namaz qılanın libası) əxalis. Qızıl diş Sual: Kişi dişi üzərinə qızıldan diş qoydura bilərmi? Cavab: Ayətullah İmam Xomeyni və Xaminei; Zinət qəsdi yox, diş düzəltmək üçün olsa eybi yoxdur. (10) Ayətullah Behcət, Təbrizi, Sistani, Nuri: Bəli, caizdir.(11) 10.İmam Xomeyni, İstiftaat, 1-ci cild, (namazqılanın libası) səh. 56, Mekarim Şirazi, İstiftaat, 2-ci cild, səh. 163. Xaminei, Əcbivətul-İstiftaat, səh. 449. 11. Behcət, Vəsilətun-nicat, 1-ci cild, məsələ 639. Sistani, Təliyati-ələl-ürvə (namaz qılanın libası) məsələ 20, Təbrizi, İstiftaat, səh. 2195. Sistani sayt - zinyət. Qızıl nişan üzüyü Sual: Kişilərin qısa müddətli qızıl üzükdən istifadə etmələrinin (əhd-nigah zamanı) hökmü nədir? Cavab: Bütün müctehidlər: (mekarim Şirazidən başqa) Qızıl taxmaq kişi üçün haramdır. Müddət heş bir mahiyyət daşımaz. (12) Ayətullah Mekarim Şirazi: Əgər imtahan üçün və ya qısa müddətli saxlamağa görə olsa, eybi yoxdur. (13) 12. İmam Xomeyni, İstiftaat, 3-cü cild, (müxtəlif suallar), səh. 174. Xaminei, Əcbivətul-İstiftaat, səh. 445, Sistani. Behcət, Vahid Xorasani, Nuri, Fazil Lənkərani, Təbrizi və Safinin dəftərxanaları. 13. Mekarim Şirazi: İstiftaat, 2-ci cild, səh 164. Qızıl medal Sual: İdmançıların aldıqları qızıl medalları adətən onların boyunlarından asırlar. Bunun hökmü nədir? Cavab: Bütün müctehidlər:(Mekarim Şirazidən başqa)Qızıl medal qazanmağın eybi yoxdur. Amma qızıl medalın kişilərin boynundan asılması caiz deyil. (14) Ayətullah Mekarim Şirazi: Qızıl medal qazanmağın eybi yoxdur. Amma qızıl medalın kişilərin boynundan asılması caiz deyil. Yalnız zərurət olduqda eybi yoxdur. (15) Qeyd: Qeyd olunan medallar qızıl suyundan olsa eybi yoxdur. 14. Xaminei, Əcbivətul-İstiftaat, səh. 446. Müctehidlərin Tozihul-məsaili, məsələ 832. Nuri, Tozihul-məsail, məsələ 833. Vahid Xorasani, Tozihul-məsail, məsələ 838. 15. Mekarim Şirazi, İstfaat, 1-ci cild, səh 136 Kişilərə məxsus qızıl əşyaların satışı Sual: Kişilərə məxsus qızıl əşyalarını (məsələn üzük) düzəltmək, almaq və satmağın hökmü nədir? Cavab: Bütün müctehidlər: Kişilərə məxsus qızıl əşlyalarını almaq, satmaq və düzəltmək caiz deyil (16) 16. Fazil Lənkarani, Camiul-məsail, 1-ci cild, səh 97 və 970. Nuri, İstiftaat, 2-ci cild, səh 532, Xaminei, Əcvibətul-İstiftaat, 2-ci cild, səh 532. Xaminei, Əcvibəthul-istiftaat, səh 447. İmam Xomeyni, İstiftaat, 2-ci cild. (haram qazanclar), səh 13-14. Safi, Hidayəthul-ibad, 1-ci cild səh 1689. Təbrizi, Ət-təliyqə əla minhacus-salihin, (haram qazanclar) Məsələ 8. Behcət, Vəsiləthun-nicat, 1-ci cild Məsələ 1441 və 1442. Mekarim Şirazi, İstiftaat, 1-ci cild, səh 628. Sistani və Vəhid Xorasaninin dəftərxanası. | |
Views: 2174 | Downloads: 0 | Rating: 2.7/3 |
Total comments: 0 | |