Main » Files » Əhkam » Şəri məsələlər |
2013-03-27, 8:13 AM | |
Qadın zinəti Sual: Qadınlardakı zinət məfhumu nədir və hansı şeylərə şamil olunur? Cavab: "Zinət" sözünün mənası ərəb dilində "bəzək" sözündən daha geniş və böyükdür. Ziyvərbəzək əşyaları o şeylərə deyilir ki, şəxsən bədən hissələrindən sayılmır. (Məsələn; cəvahirat, zinət əşyaları sayılan qızılllar) Amma zinət kəlməsi həm bu cür zinətlərə aid olunur və elə bil onun bir hissəsidir (sürmə və xizab kimi). Əlavə olaraq şəxsi gözəlliklər də zinət sayılır. Beləliklə şəxsin bədəninin gözəlliyinə də aid olunur. İndi görək şəri baxımından qadınlar üçün hansı növ zinətləri aşkar etmək haramdır? Nur surəsi 31-ci ayədə buyurulur ki, zinət iki növdür. Gizli zinət və aşkar zinət. Birincini aşkar etmək qadınlar üçün qadağandır. İkincini isə caiz sayılır. Bütün fəqihlər bu fikirdədirlər ki, zinət əndam və bədənin gözəllikləri mənasınadır. Bu gizli zinətdən sayılır və qadınlar gərək onları naməhrəm kişinin müqabilində örtsünlər. Bəzənmək və zinət əşyaları mənasındakı zinət barəsində onlar arasında nəzərlər müxtəlifdir ki, görəsən gizli zinətdən sayılır və ya aşkar zinətdən (məsələn: nişan üzükləri, bilərzik. Bəzilərinin fikrincə onu örtmək vacibdir. Amma bəziləri bu fikirdədirlər ki, lazım deyil.)
Seyyid Müctəba Hüseyni
| |
Views: 878 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |